Cənubi Asiyada strateji rəqabət:Tehran bir limanla iki rəqib "gəmi"ni okeanda batırır - Təhlil
Meysəm Behraveş
“Middle East Eye” (Böyük Britaniya)
İran ümumiyyətlə, Fars körfəzindən Levanta, İraqdan Suriyaya və Livana qədər öz fəaliyyəti ilə gündəmdədir. Adətən, regional səlahiyyətlilər və müşahidəçilər, "müqavimət oxu", ya da daha siyasi "şiə hilalı" söz birləşməsindən istifadə edərək Tehranın Yaxın Şərqdə geniş təsirini göstərirlər.
Yenixeber.org:Ancaq Oman körfəzi, Ərəb dənizi və daha geniş mənada, bütün Cənubi Asiya, İslam Respublikasını da əhatə edən, qəti olsa da, açıqlanmayan rəqabət səhnəsidir.
Ölkənin Sistan və Bəluçistan əyalətindəki, Hindistan tərəfindən maliyyələşdirilən Çabahar limanının gələn ildən fəaliyyət göstərəcəyi, Əfqanıstan və Orta Asiya malları üçün yeni tranzit marşrutu olacağı gözlənilir.
Bu, həmçinin Çinin maliyyələşdirdiyi, ondan 100 kilometr uzaqlıqda yerləşən Pakistanın Qvadar limanı üçün böyük bir problem yaradacaq və artıq güclü tarazlığı olmayan bölgədə Tehrana Cənubi Asiyalı oyunçular üzərində üstünlük verəcək.
Pakistandan yan keçmə
İsraildən tutmuş Kəşmir münaqişəsinə qədər bir sıra mübahisələrlə bağlı İranla ciddi siyasi fərqliliklərə baxmayaraq, Hindistan uzun müddətdir Çabahar limanı layihəsində əməkdaşlığı davam etdirir.
2016-cı ilin may ayında Tehrana ilk rəsmi səfərində Hindistanın baş naziri Narendra Modi, Çabaharı tranzit mərkəzi halına gətirmək üçün İran və Əfqanıstanı əhatə edən üçtərəfli sazişi imzalayıb və limanın inkişafına 500 milyon dollar vəd verib.
Bu razılaşma hər üç ölkəyə qitə və Hind okeanına rahat və etibarlı giriş imkanı təmin etmək üçün rəqib Pakistandan yan keçmək imkanı verəcək.
Dənizə çıxışı olmayan, ərazisində ona qarşı militant qrupları bəsləyən Pakistanın dominant mövqeyinə hələ ki boyun əyən Əfqanıstan üçün bu layihə xüsusilə vacibdir.
Cənubi Pakistandakı Qvadar limanından 100 km uzaqlıqda olan Çabahar, həmçinin Hindistanı Orta Asiya, Rusiya və Avropa bazarlarına alternativ marşrutla təmin edəcək, rəsmi Dehlini əhatə edən Çin-Pakistan cəhdlərinə zərbə vuracaq.
Tehrana səfəri zamanı Modi "strateji tərəfdaşlıqda yeni bir fəsil" açıldığını deyərək bu razılaşmanın bölgədə tarixin gedişini dəyişə biləcəyini dilə gətirib.
İranın balanslaşdırma bacarığı
İran üçün strateji baxımdan əhəmiyyətli olan Çabahar limanı Tehranın Cənubi Asiyanın iki nüvə silahlı rəqibi – Hindistan və Pakistanla əlaqələrini balanslaşdırmağa kömək etmək potensialındadır.
Tarixi olaraq, şərqi qonşularına təzyiq etmək üçün İslam Respublikası Cənubi Asiyadakı müsəlmanlara, xüsusilə də Pakistanda və Hindistanda şiə cəmiyyətlərinə təsir göstərmək üçün şiə dini ideologiyasını işə salıb.
İyun ayında Fitr bayramı ilə bağlı çıxışında İranın ali rəhbəri Ayətullah Əli Xamnei Kəşmirdə müsəlmanların çətinliyi də daxil olmaqla, İslam ümmətinin bədəninə vurulan "çox sayda yaralar"ı xatırladıb. "Müsəlman dünyası Yəmən xalqına dəstək verməli, Bəhreyn və Kəşmirdə olduğu kimi, onlara hücum edən zülmkarları qınamalıdır", – o deyib.
İranın baş strateqi Kəşmir mübahisəsini bir həftə sonra başqa çıxışında xatırladıb, məhkəmə sistemindən hüquqi kanalları istifadə və "Kəşmir müsəlmanlarına dəstəy"i açıqlamasını tələb edib.
Xamneinin mövqeyi İslamabad tərəfindən rəğbətlə qarşılanıb və Dehli tərəfindən qınanıb. Bununla da Tehran Modinin Tel-Əvivə tarixi səfəri və Hindistan-İsrail arasındakı əlaqələri – İslam Respublikasının əzəli düşməni ilə dostluğa narazılığını açıqlayıb.
İndi Çabaharla Hindistan və Pakistana təsir etmək üçün İranın "sərt" geosiyasi vasitəsi var və öz regional siyasətlərini Tehranın maraqları ilə uyğunlaşdırmaq üçün onların ikisinə də təzyiq göstərəcək.
Əfqanıstanda müharibə
Çabahar limanı və 1,6 milyard dollar dəyərində olan Zahedan dəmir yolu layihəsi Əfqanıstan teatrında da İranın əlini gücləndirməkdir.
Hindistan və Rusiya da daxil olmaqla, müxtəlif regional iştirakçıların Cənubi Asiya ölkələrindəki müharibə dinamikasını öz lehinə çevirməyə çalışdıqları bir dövrdə bu, böyük əhəmiyyətə malikdir.
Bu baxımdan, son on ildə İran üçün iki əsas hədəfdən biri – Əfqanıstanda Amerika hərbi varlığının mövcudluğuna zərbə vurmaq və digər tərəfdən, Pakistanın orada artan təsirini azaltmağı ehtiva edir.
Köhnə hədəf, əsasən, Rusiya ilə birlikdə “Taliban”la hərbi və kəşfiyyat əlaqələrini inkişaf etdirilib, odur ki, artıq “Taliban” ABŞ-ın missiyasına qarşı İran-Rusiya etirazçısı kimi çıxış edə bilir.
Bununla yanaşı, sonuncu məqsəd Hindistana – Pakistanın əsas rəqibinə yardım etmək, müharibənin diddiyi ölkədə nüfuzu artırmaqdır. Həqiqətən sərhəd bölgəsindəki infrastruktur Tehran və Dehli arasında hərbi əməkdaşlığa təkan verə bilər.
Fars körfəzindəki strateji dərinlik
Nəhayət, Çabahar limanı İrana Fars körfəzində və Hörmüz boğazında – zaman-zaman İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və xarici qüvvələr arasında qarşıdurmaların baş verdiyi ərazidə daha çox manevr imkanı verəcək.
Oman körfəzində və Ərəb dənizindəki hərbi dəniz varlığını artırmaqla, İranın strateji dərinliyi bu mühüm sahədə güclənəcək. O, Fars körfəzində fəaliyyət göstərən İİKK qüvvələrinə maddi yardım üçün etibarlı mənbə kimi xidmət edə bilər.
Orta Asiyaya çıxış imkanını artması ilə yanaşı, Çabahar Tehrana Hind okeanının şimalındakı suları –əli çatmayan dənizləri öz təsir dairəsinə çevirmək potensialına malikdir.
Tərcümə: Strateq.az