Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İsrail liderlərinin fikrini məşğul edən iki dəhliz:İsrailin dəmiryolu ambisiyaları

İki ərazi dəhlizi İsrail liderləri və hərbi rəislərinin zehinlərini məşğul edib. Onlardan biri narahatlıq, digəri ümid qaynağıdır: ikisi də eyni strategiyadan irəli gəlir.

Yenixeber.org:   İlk torpaq dəhlizi İsraili narahat edən "şiə hilalı" adlanır.

"Düşmənimin düşmənim dostumdur" kəlamına əsaslanan İsrailin və Səudiyyə Ərəbistanı bir-biri ilə əlaqə səviyyələrini artırıb.

Bu, İraq və Suriyadakı vətəndaş müharibələrindən faydalanmaq istəyən İranın səyləri sayəsində oldu. Tehran İraqdakı şiə nəzarətində olan ərazilərdən Suriya, daha sonra isə Livandakı “Hizbullah”la birbaşa əlaqə qurub və bununla da Aralıq dənizi hövzəsində möhkəmlənib.

İran həm İsrail, həm də Səudiyyə Ərəbistanının düşmənidir. "Düşmənimin düşməni dostumdur" köhnə kəlama əsaslanan hər iki ölkə bir-biri ilə təmas səviyyələrini artırdı, baxmayaraq ki, onların çoxu gizli və radar altındadır. Lakin məhz bu əlaqələr ikinci dəhlizin mənşəyi arxasında qalır.

 

Səudiyyə Ərəbistanı, İsrail arasındakı sakitlik

 

Rəsmi olaraq İsrail və Səudiyyə Ərəbistanı hələ də müharibə vəziyyətindədir. Digər ərəb dövlətləri ilə bərabər, Səudiyyə Ərəbistanı da 1948 və 1967-ci illərdə İsraillə mübarizə aparmaq üçün kiçik hərbi kontingent göndərmişdi. 1973-cü ildə İsrail, Misir və Suriya arasında savaş zamanı o, ABŞ və Avropa ölkələrinə neft boykotu elan etdi.

Səudiyyə Ərəbistanı, İsrail qanunlarına görə, "düşmən dövlət" kimi tanınır. Lakin 1981-ci ildən bəri Səudiyyə Ərəbistanının padşahları və vəliəhd-şahzadələri Ərəb-İsrail sülh prosesində iştiraklarını artırdılar. İsrail-Fələstin münaqişəsini həll etmək üçün bir neçə plan hazırladılar.

Ərəb Birliyinin sülh təşəbbüsü, həmçinin "Səudiyyə təşəbbüsü" kimi tanınan sənəd 2002-ci ildə qəbul edildi və 2007-ci ildə bir Ərəb Zirvə toplantısında yenidən təsdiqləndi.

Təşəbbüs – İsrailin Şərqi Qüds daxil olmaqla, işğal edilmiş ərazilərdən tamamilə geri çəkilməsi qarşılığında Ərəb dünyası ilə İsrail arasında normal münasibətləri ehtiva edir. Həmçinin 1948-ci ildən bəri BMT-nin 194 saylı qətnaməsinə əsaslanan fələstinli qaçqın probleminin "ədalətli həllinə" dəvət edir.

O zamandan bəri iki ölkə arasındakı əlaqələr, xüsusilə son iki onillikdə ümumi maraqlar ətrafında inkişaf edib. Xüsusən, hər ikisi də Tehranın nüvə proqramı əleyhinə, İraq, Yəmən və Suriyadakı müharibələrə birbaşa və dolayı yollarla cəlb olunub və Tehranın regional hegemoniyasını dayandırmaq istəyir.

Bu paylaşılan strateji dünyagörüş nəticəsində İsrail rəsmiləri, hərbi və kəşfiyyat şefləri bəzən Səudiyyəli vəzifədaşları ilə görüşüblər.

“Mossad” rəhbərlərinin Səudiyyə milli təhlükəsizlik şuralarının başçıları və kəşfiyyar orqanları rəhbərləri ilə görüşdüyü bildirilir. O cümlədən baş nazir Ehud Olmertin Səudiyyə kəşfiyyatı rəhbəri şahzadə Bəndar Bin Sultan, eyni zamanda, Səudiyyə Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşüb.

2002-ci ildən 2010-cu ilə qədər “Mossad” başçısı Meir Daqan rəsmi Riyad ilə Səudiyyə Ərəbistanının təyyarələrinin İranın nüvə sahələrinə hücum etmək istəsə, öz hava məkanına uçmasına icazə verəcəyini müzakirə etdi.

Bütün bu görüşlər və qarşılaşmalar çox gizli olub: İsrailli səlahiyyətlilər hər hansı bir təsdiqin Səud Evinə son dərəcə utanc verəcəyini bilirlər.

Baş nazir Benyamin Netenyahunun da "Sünni dünya" ilə ortaq mənfəətləri artırmaq barədə ümumi və qeyri-müəyyən açıqlamaları da var. Lakin hər bir ekspert və müşahidəçi bu sözlərin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Oman və hətta Körfəz qonşuları və Səudiyyə Ərəbistanı ilə mübahisədə olan Qətərin kodlaşdırılmış adı olduğunu bilir.

İyunun 28-də İsrailin turizm naziri Yariv Levin də ABŞ-dan Körfəzdəki bir neçə dövlətlə danışıqlara kömək etməsini xahiş edib.

 

İsrailin dəmiryolu ambisiyaları

 

Nəhayət, digər torpaq dəhlizinə – İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Qatar, Oman və BƏƏ arasında olan dəmir yolları məsələsinə gəlib çatdıq.

İsrailin Hayfa limanından İordan vadisindəki Biet Şinə qədər 60 km-lik dəmir yolu var. O, xəttin İsrail-İordaniya sərhədində 6 km uzatmaq istəyir. Bu, İordaniya və əks istiqamətdə yük daşımasına imkan verəcək. İsrail planına əsasən, növbəti mərhələ İordaniya öz dəmir yolu xəttini genişləndirməlidir. Bundan sonra dəmir yolu Səudiyyə və Körfəz əmirliklərinə uzanacaq.

İsrail və İordaniya rəsmiləri üç il bundan əvvəl bu ideyanı müzakirə ediblər və yaxınlarda müzakirələri yeniləyiblər.

Hökumətin açıqladığı "Regional Sülh İzləri" adlı sənəddə İsrail "quru körpüsü" və İordaniya "mərkəz" kimi təsvir edir. "Təşəbbüs İsrail iqtisadiyyatına qatqı təmin edəcək və İordaniya iqtisadiyyatını gücləndirəcək" və "İsraili bölgəyə bağlayacaq və İranın “şiə oxu”na qarşı praktik düşərgəni birləşdirəcək".

Sənəddə deyilir ki, "Suriya və İraqda müharibə təhlükəsi quru nəql yollarını bağladı". Tehranın siyasəti Yəməndə İranın husi vəkillərinin hədəfə aldığı Hörmüz, Qırmızı dəniz və Bab-əl-Mandəb boğazlarında "dəniz marşrutlarına qarşı təhlükə" meydana gətirib.

 

Çox danışmaq?

 

Ancaq iki tərəf arasında işgüzar əlaqələr İsrail-Sünni dəhlizinin gerçəkləşməzdən əvvəl də çiçəklənir.

İsrail Bəhreyn, Oman, Qətər və Səudiyyə Ərəbistanı və BƏƏ-yə (ən böyük bazar və alıcı Əbu Dabidir) kənd təsərrüfatı məhsulları, kəşfiyyat, kiber və təhlükəsizlik texnologiyaları satır.

Bəzi müqavilələr İordaniya, İraq, Kürdüstan və Kipr kimi üçüncü tərəf vasitəsilə, bəziləri isə birbaşa həyata keçirilir.

Səudiyyə kimya sənayesindən xammal, İordaniyadan İsrailə göndərilir.

Yaxın zamanlarda İsrailin milli aviaşirkəti “El Al”ın Hindistana uçuşlarının Səudiyyə hava sahəsindən keçməsinə icazə veriləcəyi bildirildi.

Ancaq Səudiyyə Ərəbistanı – İslamın müqəddəs yerlərinin qəyyumu bu fikirləri ictimaiyyətə açıqlamaqda çətinlik çəkərdi, xüsusilə də İsrail-Fələstin cəbhəsində irəliləmə olmadığı müddətdə.

İslam padşahlığı ilə yəhudi dövləti arasındakı əlaqələr, yazıçı Çarlz Dadli Uornerin bir sitatını xatırladır: "Çox şey haqqında danışılır, amma çox az iş görülür".

Yossi Melman

“Middle East Eye”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam