Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qanla yuya biləcəyimiz ləkə

       

 

   

     "Xeberinfo.com": Kiminsə  bizə  qarşı  etdiyi  pisliyi, yamanlığı  tez  unuduruq, tez  də  yaddan  çıxarırıq. Daxilimizdə  unutqanlıq  hissi  kök  atır, böyüyüb  qanımıza, iliyimizə  işləyir. Söyürlər- döyürlər  dözürük, üzümüzə  tüpürürlər, "yaz  yağışıdır" deyib  silirik. Bir  sözlə, unutqanlığın, yaddaşsızlığın  əli- qolu  bağlı  qulu  oluruq.

     Əsrlərdir  atalarımız  bizi  bu  ruhda  tərbiyə  ediblər. Biz  bədbəxtlər, korazehinlər  də  atalarımızın  göstərdiyi  yoldan  bir  addım  kənara  atmırıq  ki, ayıbdır, milli  adət-ənənəmiz  var,atalarımız  dediyi  Quran  ayəsidir,onu  dəyişmək,ondan  qırağa  çıxmaq  olmaz. Pislik  edənə  yaxşılıq  edir, yaxşılıq  edənləri  isə  gözümüzün  üstündə  saxlayırıq.

     Həyatda  elə  şeylər  var  ki, onları  unutmaq  qətiyyən  olmaz. Gələcək  nəsillər  bilməlidir  ki, adına  faşist  deməyin  özü  yüngül  söz  olan  ermənilərin  məskunlaşdığı  torpaqlar  bizim  öz  ata- baba  torpaqlarımızdır. Zaman- zaman  onlar  Dəclə- Fərat  cayları  sahillərindən, qonşu  Türkiyə  və  İran  torpaqlarından  rus  imperiyasının  havadarlığı  ilə  köçürülənlərdir.

    Almanlar  65  ildən  çoxdur  ki, Berlindən  qatarları  yola  saldıqda  diktor  sərnişinlərə  belə  bir  xatırlatma  deyir: "Hörmətli  sərnişinlər, müvəqqəti  olaraq  Berlindən  Könüsberqə  (Kalininqrada ) qatar  işləmir". Bu  xatırlatma  65  ildən  çoxdur  ki, hər  gün  təkrar  olunur. Uşağın  da, böyüyün  də  beyninə  həmişəlik  həkk  olunur  ki, Kalilininqrad  Almaniniyanın  əzəli  torpağıdır. Bununla  da  alman  xalğının  yurduna, elinə- obasına  bağlılığı, unutqan  olmadığı  başqa  xalqlara  da  örnək  olur.

   Bu  bizə  yer  üzünün  bütün  xalqlarından  daha  çox  lazımdır. Ona  görə  ki, tarixdə  bizim  kimi  haqsız  hücumlara  məruz  qalan, torpaqlar  itirən  ikinci  xalq  yoxdur. Bədbəxtliyimiz  odur  ki, itirdiklərimizi. başımıza  açılan  olayları  çox  tez  unuduruq. Yaramız  qaysaq  bağlamamış  yara  vuranla  dost  oluruq, alış- veriş  edirik. Bundan  öz  xeyrinə  nəticə  çıxaran  düşmən  harınlaşır  və  daha  dərin  yaralar  vurur. İllərlə  bu  yaranın  göynərtisi  ilə  yaşayırıq.

  Azərbaycan  zaman- zaman  torpaqlar  itirib, iki  yerə  bölünüb. Ürəyinin  ortasında  Araz  adlı  sağalmayan, qaysaq  bağlamayan  yarası  var. Dünyanın  ikili  olan  dövlətləri  birləşib, Azərbaycan  birləşə  bilməyib. İkinci  dünya  müharibəsində  bu  birləşməyə  cəhd  olunub, amma  Stalin  rejmi  buna  yol  verməyib, əngəl  törədib. Beləliklə,Cənubu  Azərbaycan  həmişəlik  İranın  tərkibində  qalıb  və  hər  zaman  da  haqqı, mənsubluğu  tapdalanıb, söyülüb, döyülüb, fars  şovinizmi  bu  milləti  pərən- pərən  dünyaya  səpələyib.

   Hələ  çox- çox  qabaqlar  Dəmirqapı  Dərbənd  Rusiyanın, İrəvan, Göyçə, Zəngəzur... Ermənistanın, Borçalı  Gürcüstanın  torpaqları  kimi  formalaşdırılıb.

   XX  əsrdə  erməni  faşizmi  xarici  havadarlarının  köməyi  ilə  bir  milyondan  artıq  azərbaycanlını  öz  qədim  dədə- baba  torpaqlarından  köçkün, didərgin salıb.22 ildir  ki, köçkünlər  insan  adına  layiq  olmayan  şəraitdə  yaşayırlar.

   Demokratiyadan, insan  haqlarından , sivil  dünyadan  bol- bol  danışmaqda  ağzına  çullu  dovşan  sığmayan  yalançı  dünya  təşkilatları  və  ölkələri  özlərini karlığa  və  korluğa  vurub. rus-erməni  işğalına , təcavüzünə  dəstək  olurlar. İşğal olunanla  işğal  edənə  fərq  qoymurlar. Bu  da  bizdə  dünya  təşkilatlarına , dünya ölkələrinə  inamsızlıq  və  nifrət  hissi  oyadır.

  Vətəndə  qaçğın. köçkün  olmaq  insanlığa  ən  böyük  ləkədir, təhqirdir. Biz  bu  ləkəni  Ammerikanın  diqtəsi  ilə  oturub- duran  BMT-nin  kağız  üzərində  qalmış  kəsərsiz,heç  nəyə  yaramayan  4  qətnaməsi, ATƏT-in  ikili  münasibəti, illərdir Bakını  su  yoluna  döndərməsi  ilə  yuya  bilmərik. Biz  bu  ləkəni  ancaq  və  ancaq  qanla  yuya  bilərik. Əgər  ürəyimizdə  təpər. qolumuzda  güc  olsa  və  kimliyimizi, nəyə  qadir  olmağımızı  unutmasaq.

  22  ildə  tökülən  qanların  torpağa  hopduğunu  və  torpaqdan  çıxan  güllərin, çiçəklərin  ancaq  bir  rəngdə- qan  rəngində  olduğunu  qəbul  etdik. Minlərlə  günahsız  insanların  ölüm  fəryadını  unutduq. Lənətlənmiş  bir xalqın (daşnaq  xalqının)  qız, gəlnimizə  təcavüzünü  unutduq. Unutduq  əcdadımızın  yatdığı torpağı, diş  göynədən, göz  yaşı  kimi  dupduru  bulaqlarını, sıx  meşələrində  nəğmə  deyən  quşlarını, dağlarının  zirvəsində  qıy  vuran  qartallarını, dünyanın heç  bir  yerində  bitməyən, bənzəri  olmayan  xarı  bülbülünü.

  Bakıda  "Ağdam", "Şuşa", "Laçın","Zəngilan", "Cəbrayıl" və s.və i. adlarla  açılan  şadlıq  evləri,restoranlar  xatırlatma  yox, təhqirdi. Bir  Allah  şahiddir  ki, o  yerlərdə  insan  adına  yaraşmayan  nələr  baş  verir.

   Qabaqkı  illərə  baxanda  son  illər  Bakı  dəmir  yolu  vağzalından  və  Binə  Hava  limanından  dünyanın  müxtəlif  yerlərinə  qatarlar  gedir, təyyarələr  uçur. Yaxşı  olardı  ki. hər  gün  diktor  vağzaldan  və  limandan  Xankəndinə,İravana  və  başqa  tarixi  Azərbaycan  torpaqlarına  qatarların  müvəqqəti  olaraq   işləmədiyini, təyyarələrin  uçmadığını  elan  edəydi. Onda  bilinərdi  Xankəndinin, İrəvanın, Şuşanın, Borçalının, Təbrizin, Dərbəndin...kimin  olduğu.

              

 

 

 Məhərrər  Şəmkirli

 

 

   

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam