Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Necə gəlmişdilər, elə də getdilər

 

        "Xeberinfo.com": Qəzetlər  manjetə  çıxardılar, televiziyalar  ilk  xəbər  kimi  verdilər- gəlirlər. Oxuyanlar, görənlər,eşidənlər  bildilər  kimlər  gəlir, niyə  gəlir, nə  vaxt  gəlir?Çoxsu   ümidsiz-ümidsiz  əlini  yelləyib  "eh"  dedi, ağız   büzdü. Söyüş  söyə  bilənlər  özləri  eşidəcək  qədər  (yüksək)  səslə  söyüş    söydülər. Bakıda  məskunlaşmış, torpaq  həsrəti  ilə  alışıb  yanan  qocalar  "sizi  heç  sağ  gəlməyəsiniz" qarğışı  da  etdilər.

  Əyalətdə  yaşayanların  ölkəyə  kimlərin  gəlib-  getdiyindən   heç  xəbərləri  belə olmur. Mən  onları  dünüyanın  ən  xoşbəxt  (işıqları  olmasa  da)  adamları  sayıram. Yalana  baxmırlar, yalan  oxumurlar. Amma  biz  yazıqlar  (şəhərdə  yaşayanları   deyirəm)  televiziyaya  da  baxırıq, qəzetləri  də  oxuyuruq. Çünkü baxmağa  və  oxumağa  məhkumuq. Məhkumuq  ona  görə  ki,hərəmiz  bir  məsləkə, hərəmiz  bir  əqidəyə  qulluq  edirik. Bütövlüyümüz, birliyimiz  yoxdur.

   Cələnlər  uzun  illərdir  Azərbaycanı  bambılı  yerinə  qoyan , yolunu  su  yoluna döndərən  ATƏT-in  Minski  Qurupunun  həmsədirləridir  və  bir  də  ATƏT-in fəaliyyətdə  olan  sədrinin  şəxsi  nümayəndəsi, keçisaqqal  Anjey  Kaspsik.

   Həmsədirlərin  hər  dəfə  regiona  səfərlərinin  marşurutu  Azərbaycanı  qane  etməyib. Buna  baxmayaraq,  həmsədirlər  öz  bildiklərini  dədələrinə  yox, heç təmsil  etdikləri  dövlətlərə  də  verməyiblər.

  Dəyirman  (ATƏT  həmsədirləri)  bildiyini  edər, çax-çax  baş  ağrıdar.

  Azərbaycanın  ərazi  bütövlüyünü  tanıyan  və  illərdir  beynəlxalq  qanunlarla bu  ölkənin  pozulmuş  hüquqlarını  bərpa  etməyə  söz  verən, borclu  olan  bir  qurum bilərəkdən (bizi  ölkə  yerinə  qoyur  ki)  qanunları  pozub  işğalçı  tərəfdən  gəlməsi  ən  azından  bizim  maraqlarımıza  biganəlikdir.

   Cənab  həmsədirlər, gəlin- gedin, sizin  gül  üzünüzə  Azərbaycanda  püf  eləyən olmayacaq. Bunu  siz  bizdən  də  yaxşı  bilirsiniz. Çünki  Azərbaycan  bambılıdır.Bambılıyla  dil  tapmağa  nə  var  ki, ATƏT-in  həmsədirləri  gələrlər  də,  gedərlər  də.Bunu  qəzetlərin  manjetinə  çıxarmağa, televiziya  xəbərlərində  önə çəkməyə  dəyməz. Onlar  hələ  çox  gəlib- gedəcəklər, bunu  bu  günün  nəvələri gələcəyin  kişiləri  olanda  da  görəcəklər.

 

                

 

     Məhərrəm  Şəmkirli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam