Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Minsk qrupu ilə münasibətlər bir müddət dayandırılmalıdır" -Sabiq nazirdən təklif

 

 

Tofiq Zülfüqarov: “Rəsmi Bakı Vyana görüşündən imtina etməlidir” 


Yenixeber.org:   “ATƏT-in Minsk qrupunun təsir mexanizmləri yoxdur. Birləşmiş Millətlər Təşkilatı (BMT) yeganə qurumdur ki, onun sülhə məcbur etmə siyasəti var. Amma ATƏT və digər beynəlxalq təşkilartların nizmanaməsi imkan vermir ki, onlar hansısa ölkəni sülhə məcbur etsin.  Bu baxımdan məsələ doğurudan da gərgindir”.


Bunu Modern.az-a açıqlamasında keçmiş xarici işlər naziri  Tofiq Zülfüqarov deyib.


Sabiq nazir bildirib ki, Azərbaycan məsələləri sülh yolu ilə həll etmək istəyir, amma  Ermənistan hər zaman buna maneəçilik törədir və demək olar ki, sülh prossesini tam şəkildə pozur. 


“Sadəcə olaraq danışıqlar prosesi gedir. Təbii ki, bu da Azərbaycan tərəfindən qəbul olunmur. Ermənistan tərəfinin məqsədi təmas xəttinin sərhəd olmasıdır. Təəssüflər olsun ki, Minsk qrupunun həmsədrləri də buna qarşı çıxmırlar”.
 

T.Zülfüqarov qeyd edib ki, Azərbaycan tərəfi cəbhədə baş verən son hadisədən sonra Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir.

“Hesab edirəm ki, Azərbaycan ATƏT-in Minsk qrupu ilə münasibətləri bir müddət dayandırmalı, Vyana görüşündən imtina etməlidir. Həmçinin cəbhə bölgəsində mülki əhalinin təhlükəsizliyi təmin edilməsə, danışıqları bərpa etmək niyyətində olmayacağını açıqlamalıdır. Şərtlərdən biri də erməni işğalçı ordusunun cəbhə xəttində indiki mövqeyindən 5-10 kilometr geriyə çəkilməsi ilə bağlı olmalıdır. Yalnız bunlar həyata keçirildikdən sonra biz görəcəyik ki, Ermənistan tərəfi danışıqlara hazırdır. Hesab edirəm ki, bu şərtləri irəli sürməliyik. Həmsədrlər də bu tələbləri təmin etməlidirlər. Fikrimcə, Azərbaycan tərəfi bunları etsə, daha məqsədəuyğun olar”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam