Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Prezdetin sözü yalan çıxdı

 

 

          Rusiya qoşunları Ukrayna ilə sərhəd ərazidən çəkilməyibmiş

 

  "xeberinfo.com": Rusiyanın öz qoşunlarını Ukraynanın şərqi ilə sərhəddən geri çəkdiyinə dair heç bir dəlil-sübut yoxdur. Bunu Tiflisdə rəsmi səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq gürcü həmkarı Maya Pancikidze ilə görüşündə bəyan edib. Məlumata görə, Heyq növbəti dəfə Rusiyanı öz qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb.
"NATO-nun Baş katibi Rasmussenin də açıq şəkildə bəyan etdiyi kimi, biz son həftələrdə Rusiya qüvvələrinin yerləşdirildikləri ərazilərdən geri çəkilməsinə dair dəlillərə rast gəlməmişik. Ona görə də Rusiyanın şərq sərhədlərində Rusiyanın xeyli sayda qüvvələrinin qalmağa davam etdiyini hesab edirik. Təbii ki, gərginliyin azaldılması məqsədilə bu qoşunların geri çəkilməsinə çağırışlar etmişik. Ümid edirik ki, bu baş verəcək, amma hələ ki buna dair heç bir işarə görmürük", - deyə Heyq bildirib. 
Britaniyalı nazir Ukraynanın şərq bölgələrində Rusiya-yönümlü separatçıların referendum keçirməyə hazırlaşmasına qarşı da çağırış edib. «Ümid edirəm ki, Donetskdə və digər regionlarda referendumlar keçirməyi planlaşdıran, lakin qanuni və ya əhəmiyyətli referendum nümayiş etdirməyə qadir olmayanlar bizim sözlərimizi nəzərə alacaq və bu referendumları keçirməyəcəklər. Onlar diqqətlərini mayın 25-də keçiriləcək prezident seçkiləri üzərində cəmləşdirməlidirlər və bu seçkilərdə bütün ukraynalılar iştirak edə bilməlidir", - Uilyam Heyq belə deyib. 
Heyq Rusiyanı aprelin 17-də əldə edilmiş Cenevrə razılaşmasının şərtlərini yerinə yetirməyə və gərginliyi azaltmağa çağırmağa davam edəcəklərini də vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam