Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya ordusu Ukraynaya girdi

NATO və rəsmi Kiyev bəyan edib ki, tanklar artıq sərhəddən keçib

"Xeberinfo.com"NATO Ukrayna sərhədində Rusiya qoşunlarının cəmləndiyini müşahidə edir. ANS PRESS-in məlumatına görə, bu barədə Reuters-ə NATO-nun zabitlərindən biri məlumat verib.

Adının açıqlanmasını istəməyən zabitin sözlərinə görə, NATO-da Rusiya tanklarının sərhədi keçərək, Ukrayna daxil olması haqqında dəqiq məlumatlar var.

“Biz bu məlumatları təsidqləyə bilərik. Rusiya qoşunları və hərbi texnikası Ukraynanın sərhədində cəmlənib”, – deyə zabit bildirib.

Rəsmi Kiyev Ukraynaya Rusiya ərazisindən 32 tankın daxil olduğunu bəyan edib.

Qeyd edək ki, noyabrın 4-də NATO baş katibi Yens Stoltenberq bəyan etmişdi ki, Rusiya qoşunları Ukrayna sərhədinə yaxınlaşır.

Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi də açıqlama vermişdi: “Guya bizim qoşunlar Ukrayna sərhədinə yaxınlaşır. Yalandır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam