Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

NATO-dan Rusiyaya tələb

 

NATO-nun baş katibi Rusiyanı öz silahlarını və qoşunlarını Ukrayna ərazisindən çıxarmağa və Minsk razılaşmasına hörmət etməyə çağırıb.

"Xeberinfo.com":«Son günlər, biz Ukraynanın şərqinə daxil olan iri hərbi maşın karvanları barədə çoxsaylı məlumatlar alırıq» –NATO-nun baş katibi Jens Stoltenberg-in bəyanatında deyilir.
«Bizim təxminlərimizə görə, hərbi gücün artırılması Rusiya artilleriyasının, tanklarının, hava hücumundan müdafiə sistemlərinin və şəxsi heyətin bölgəyə gətirilməsi hesabına baş verir» – deyilir bəyanatda.
Bundan əvvəl, çərşənbə günü NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı, Amerika generalı Philip Breedlove bəyan etmişdi ki, son iki gündə Rusiyanın hərbi texnikası və piyada qoşunlarının karvanları Ukrayna sərhədini keçərək separatçıların nəzarətində olan əraziyə gəlib.
General dəqiq rəqəmlər göstərməsə də, vurğulayıb ki, bu barədə NATO-nun məlumatları ATƏT-in məlumatları ilə üst-üstə düşür.
RUSİYA İTTİHAMLARA MƏHƏL QOYMUR
Breedlove-ın bu bəyanatından sonra Rusiyanın Müdafiə Nazirliyi dərhal təkzib verərək bildirmişdi ki, «Ukraynada guya Rusiya silahlı qüvvələrinin olması barədə Brüsseldən gələn müntəzəm hay-küyün arxasında heç bir fakt olmayıb və yoxdur».
«Biz artıq Avropadakı NATO birləşmiş qüvvələrinin komandanı Philip Breedlove-ın onun guya Ukraynaya müdaxiləsini müşahidə etdiyi Rusiya hərbi karvanları barədə əsassız bəyanatlarına fikir vermirik» –Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor Igor Konashenkov deyib.
Philip Breedlove Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi barədə bəyanatı Bolqarıstanda keçirilən mətbuat konfransında verib.
O deyib ki, noyabrın 10-da Şaxtyorsk şəhərinin yaxınlığında Rusiya tanklarından ibarət karvan müşahidə edilib.
Şaxtyorsk şəhərinin yaxınlığında tanklar
RUSİYA HƏRBİYƏSİNİN NİYYƏTLƏRİ
Rusiya hərbçilərinin niyyətləri barədə suala tam əminliklə cavab verə bilməyəcəyini söyləsə də, Amerika generalı belə bir mülahizə irəli sürüb:
«Mənim strateji komandamın ehtimalına görə, Ukraynanın şərqindəki bu ərazi daimi nəzarət zonası deyil. Burada bir çox kommunikasiya xətləri qırılır. Məsələn, burada elə aeroportlar var ki, Rusiyayönümlü qüvvələrin nəzarətində deyil» – deyib Breedlove. «Bizim ehtimalımıza görə, bu qüvvələr bu zonanı genişləndirmək və uzun müddət saxlamaq niyyətindədirlər».
Çərşənbə axşamı ATƏT bildirmişdi ki, Donetsk istiqamətində nömrə nişanları olmayan 43 hərbi maşından ibarət karvanın hərəkət etdiyi müşahidə olunub.
Elə həmin gün Donetskdəki xarici jurnalistlər «Qrad» tipli artilleriya qurğuları daşıyan azı beş maşın görüblər.
Noyabrın 11-də çəkilmiş şəkildə yük maşınına yedəklənmiş qısalüləli top görünür.
Elə həmin gün NATO Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının cəmləşdirildiyini xəbər vermişdi.
Cümə günü isə Ukrayna hökuməti ölkə ərazisinə çox sayda Rusiya hərbi texnikası və heyətinin daxil olduğunu bəyan etmişdi.
Rusiyanın Müdafiə Nazirliyi bu bəyanatları «Ukraynanın cənubundakı vətəndaş münaqişəsinin daha da qızışdırılmasına yönəlmiş təxribat» adlandırmışdı.
Stepan Poltorak
 
NATO: UKRAYNA-RUSİYA SƏRHƏDİNİ BAĞLAMAQ LAZIMDIR
NATO generalı Breedlove deyib ki, yaranmış vəziyyətdə onu ən çox narahat edən Ukrayna və Rusiya arasındakı sərhədin tamamilə açıq olmasıdır.
General deyib ki, çox tezliklə sərhədin hər iki tərəfdən riayət olunduğu vəziyyətə qayıtmaq lazımdır.
Son günlər Ukrayna hökuməti, demək olar ki, hər gün Rusiya hərbi texnikasının sərhədi pozduğu barədə bəyanatlar verir.
Çərşənbə günü Ukraynanın müdafiə naziri Stepan Poltorak bəyan edib ki, Ukrayna qoşunları hərbi əməliyyatlara hazır olmalıdır.
Hökumət kabinetinin iclasındakı çıxışında Poltorak məlumat verib ki, separatçılar «qondarma Donetsk və Luqansk respublikalarında» təmas xətti boyunca ikiqat müdafiə istehkamları qururlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam