Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NATO Rusiyanı Ukraynadan çıxmağa çağırır

 

NATO-nun baş katibi Jens Stoltenberg Moskvanı öz qüvvələrini Ukraynadan çıxarmağa və bu ölkənin şərqindəki separatçılara dəstəyi dayandırmağa çağırıb.

"Xeberinfo.com":  Stoltenberq bu gün Brüsseldə keçirilən mətbuat konfransında deyib ki, NATO hələ də Rusiyanın Ukraynanın şərqində güclü hərbi iştirakı və separatçılara güclü dəstəyini müşahidə edir.

NATO qüvvələrinin baş komandanı amerikalı general Flip Bridlav isə (Philip Breedlove) bildirib ki, atəşkəs sahəsində bir qədər irəliləyiş müşahidə olunur, amma cəbhə xəttindən çıxarılan ağır silahların harda yerləşdirildiyini demək çətindir.

O həmçinin qeyd edib ki, Rusiya ilə Şərqi Ukrayna arasındakı sərhəd çox açıq olduğundan Ukrayna ərazisindəki Rusiya qüvvəllərinin sayını bilmək çətindir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Martın 15-də qüvvəyə minən atəşkəs rejimindən sonra hərbi əməliyyatlar xeyli səngiyib və ağır silahlarınbir qismi cəbhə xəttindən çıxarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam