Yanğınlar təsadüf yoxsa maraqların işi?
Ticarət mərkəzilərindəki yanğına səbəb nədir?
"xeberinfo.com": Əgər firik versəniz, aydın görərsiniz ki, Azərbaycanda ticarət mərkəzlərinin yanma halları çox tez-tez baş verir. Hər dəfə də yanğın hadisəsindən sonra ortaya, alovlar içərisindən külli miqdarda vəsaitin yanmasından söhbət açılır. Bu təsadüfdür yoxsa, maraqların işi.
Bazarlarda od tutub yanan təkcə qiymətlər deyil, həm də ticarət mərkəzlərinin özüdür. Son iki gündə Bakıda iki ticarət mərkəzi yanıb. “Sahil” ticarət mərkəzindən sonra bu səhər, Moskva univermağında yanğın oldu. Son bir neçə ayda isə respublika üzrə 10-a qədər bazar yanıb. Paytaxtda Sədərək və Binə, Sumqayıtda Karvan ticarət mərkəzi yandı, son yanğınlara Salyan və Xaçmaz rayon bazarlarını da qatmaq olar. Yanan obyektlərin digər profilli deyil, məhz ticarət mərkəzi olması, eyni ssenari üzrə səhər tezdən, hələ işçilər obyektə gəlməmiş yanması qaranlıq məqamlardan xəbər verir.
“Son günlər bir neçə ticarət mərkəzinin yanmasa təsadüf hesab edilmir, hətta ekspertlər qəsdən törədilmə versiyasnı istina etmirlər”.
Keçmiş polis rəisi Mahmud Hacıyev bildirir ki, ard-arda eyni motivli kriminal hadisə, eyni profil üzrə işləyən obyektlərdə baş verirsə, bu ciddi siqnaldır. Hadisələrin eyni xronologiya üzrə törənməsi də ciddi araşdırma tələb edir. Çünki yanan ticarət mərkəzləri insanların daha çox miqrasiya etdiyi yerlərdir.
“Şablon cavablar verir, qısaqapanma olub, eyni sözlər. Bunlar araşdırılmalıdır, təhqiqat var, istintaq var, gərək obyektiv araşdırma keçsin, çünki zəncirvaridir hadisələr. Mən martda daha bir hadisə olmağını istisna etmirəm”.
Lakin şahidlər bildirir ki, alov qəflətən başlayıb və bu nə qısa , nə də uzun qapanmaya bənzəmirdi.
Şahid Rəşad Fərəcov deyir ki, elə bil benzin tökdülər, qəfildən alov qalxdı.
Moskva ticarət mərkəzində yanğınsöndürənlər qısaqapanma versiyasını irəli sürdülər. Ən qeyri adi versiyanı Moskva ticarət mərkəzinin inzibatçısı Zülfüqar Abdullayev ortaya atdı. Sözündən belə çıxdı ki, yanğına gəmiricilər səbəb olub. “Siçanlar kabeli yeyib, ondan olub”.
Hadisənin baş verməsində məsuliyyəti obyekt sahibi də daşıyır.Yəni məsələnin texniki tərəfləri də var. Obyektlər yanğınsöndürmə ləvazimatları ilə lazımi qədər təchiz olunmur. Məsələn son hadisələrdən biri “Sahil” ticarət mərkəzində baş verən yanğını təftiş edən ekspert Afin Nəzərov bildirir ki, mərkəz yanğın təhlükəsizliyi tələblərinə cavab verməyib.
“Yanğın zamanı baxış keçirdik, 2 tüpdən biri işləmirdi, yox idi, dedilər. Aparıblar zapravka eləməyə, böyük ticarət mərkəzində, ən azı 4 dənə tüp olmalıdır”.
Hələ bu, bizim ən yüksək kateqoriyalı ticarət mərkəzimizdir. Respublikada ayrı-ayrı ticarət mərkəzlərində baş verən yanğınlarla bağlı araşdırma aparan fövqəladə hallar nazirliyi isə hələlik araşdırmalar aparır. Amma o da var ki, bugünədək aparılan digər hadisələrin istintaqı ortaya ciddi fakt qoymayıb.