Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Karvan”ın sahibi danışdı

 

               

                        “Onu isə bəndə yox, yalnız Allah dağıda bilər”

     "Xeberinfo.com": Sumqayıt şəhərində yerləşən və 1 il ərzində 2 dəfə yanan “Karvan” ticarət mərkəzinin sahibi Ağamirzə Əhədov üzə çıxıb. O, “Bizim Yol”a açıqlamasında sahibi olduğu ticarət mərkəzinin yandırıldığını bəyan edib. Deyib ki, yanğın qəsdən törədilib: “Bura elə-belə yanmır ki! Yəqin hər hansı bir qüvvə var. Əgər mən pisəmsə, gəlsin məni vursun-öldürsün və yaxud evimi yandırsın. Camaatın çörəyinə niyə bais olur? Burada 5000 insan çörək qazanır, niyə onların çörəyinə bais olurlar? Lakin Allah onların cəzasını verəcək, yaxınlarda hər şey üzə çıxacaq…”

A.Əhədov ötən il yanğın zamanı ticarət mərkəzinin 90 faizinin yararsız vəziyyətə düşdüyünü bildirsə də, bu yanğında onu sevindirən bir məqamın olduğunu da dedi: “Ötənilki yanğında sevindim ki, burada Heydər Əliyev guşəsi yanmamışdı. Ancaq bu dəfə həmin yer yandı. Elə-belə yanmır ki! Nə isə bir şey atırlar, qapı-pəncərə hamısı partlayıb yanır”.

Ticarət mərkəzinin yanğın sisteminə gəldikdə isə A.Əhədov mərkəzin yeni layihəsində artıq bütün mənfi cəhətlərin aradan qaldırılacağını açıqlayıb. Mərkəzdə çalışan ticarət işçilərinin obyektlərinin və orada olan malların sığortası ilə bağlı isə A.Əhədov hüquqi şəxs kimi ticarətçilərə sığorta ilə bağlı tövsiyələr edə bilmədiyini söyləyib: “Mən onlara heç bir tövsiyə edə bilmərəm. Ticarət obyekti özü sığortalıdır. Onlar həm də ya Türkiyədən, ya ”Sədərək”dən 3-5 manata nisyə mal alıb gətirirlər, o malları isə sığortalamaq mümkün deyil. Lakin burada bir-iki türk brend mağazası var ki, onların sığortası var”.

A.Əhədov inşa etdirəcəyi yeni binanın topdağıtmaz olacağını dilə gətirib: “Onu isə bəndə yox, yalnız Allah dağıda bilər”.

Zərərçəkən ticarətçilərə yeni yerlərin təklif ediləcəyini açıqlayıb.

Qeyd edək ki, oktyabrın 10-da baş verən yanğın nəticəsində ümumi sahəsi 10 min kvadratmetr olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində 600 kvadratmetr sahə və içərisində olan satış malları yanıb. Yanğın zamanı 1967-ci il təvəllüdlü İlqar Tərlan oğlu Əliyev ölüb, 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub. Bu, “Karvan”da ilk yanğın deyil. 1 il 9 gün əvvəl də – 19 oktyabr 2013-cü ildə ticarət mərkəzinin yarıdan çox hissəsi – 6 min kvadratmetrlik bir ərazisi yanmışdı. Həmin gün mərkəzin sahibi Ağamirzə Əhədovun ad günü idi. Sahibkarın 76 yaşı tamam olurdu. Belə məlumatlar vardı ki, bu, A.Əhədova ad günü “hədiyyəsi”dir.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Ərəstun Oruclu “Karvan”dakı və digər ticarət mərkəzlərindəki yanğınlarla bağlı demişdi ki, natəmiz rəqabətin nəticəsi olaraq qəsdən yandırılmanın mümkünlüyünü istisna etmir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam