Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İş adamından qazancını gizlətməyin yeni yolu: ÖZƏL


 

"Sədərək" Ticarət Mərkəzində giriş-çıxış terminallarının fəaliyyəti dayandırılıb

 

Xeberinfo.com:   Son günlər mediada “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəyli ilə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır. Məlumatlarda iş adamının dövlət çevrilişinə cəhd etməsi kimi faktlar yer alır. Bu məqsədlə onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova 10 milyon verdiyi də bildirilir. Maraqlıdır ki, bunca ciddi ittihamların qarışılığında cənab Qədimbəyli tərəfindən heç bir açıqlama olmadı.

Bu arada isə xeberinfo.com-a “Sədərək” Ticarət Mərkəzi ilə bağlı daha bir məlumat daxil olub. Məlumatda ticarət mərkəzi rəhbərliyinin qazancını gizlətməsindən bəhs olunur. Belə ki, məlum son hadisələrdən sonra Yusif Qədimbəylinin böyük narahatçılıq keçirdiyi və ciddi maliyyə sanksiyaları ilə qarşılaşdığı deyilir. Bu səbəbdən də müəyyən dairələrdən qazancını gizlətmək məcburiyyətində qalıb. Bundan ötrü isə dörd gündür ki, ticarət mərkəzinə bütün tərəflərdən giriş-çıxış terminallarının fəaliyyətini dayandırmaq kimi bir priyoma üstünlük verib. Məlum olduğu kimi, ticarət mərkəzinə daxil olarkən hər bir avtomobil sahibi müvafiq düyməni basmaqla kart götürür və əks istiqamətdə çıxarkən 50 qəpik ödəməli olurdu. İlk baxışdan xırda rəqəm olsa da, gün ərzində böyük məbləğ alınırdı. Məbləğin böyüklüyü səbəbindən də, bu işə birbaşa cənab Qədimbəylinin oğlu sorumludur. İndi isə terminallar işləməsə də, ticarət mərkəzini tərk edən hər bir avtomobil sahibi həmən 50 qəpiyi necə deyərlər əlbəəl verməli olur...

Bununla da, həm məlum rəsmi ödəmələrdən yayınma mümkün olur, həm də müəyyən dairələri ticarət mərkəzində “passivliklə” bağlı dedi-qodularla inandırmaq. Gırış-çıxış terminalları ilkin olaraq hesablama vasitəsi də ola bilər. Ticarət mərkəzinə gün ərzindəki giriş-çıxışla təxmini də olsa nələrisə hesablamaq mümkündür. Təəbii ki, giriş-çıxış terminalları işlək olarsa...

Məlumatla bağlı ticarət mərkəzinin rəhbərliyini dinləmək istiqamətindəki çabalarımız nəticəsiz qaldı.

Mövzu diqqətimizdədir.

 

Kamal 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam