Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sumqayıtda aksiya olacaq

 

     Yanmış ticarət mərkəzində çalışanlar haqlarını tələb etmək üçün İcra Hakimiyyətinin önünə toplaşmaq fikrindədirlər 

     "Xeberinfo.com": Ötən il Sumqayıt şəhərində fəaliyyət göstərən «Karvan» Ticarət Mərkəzinin yanması nəticəsində orada çalışan kiçik iş adamlarına külli miqdarda zərər dəyib.

Məlumata görə, həmin hadisədən sonra ticarət mərkəzində çalışanları sakitləşdirmək üçün onlara xeyli vədlər verilib. 

Xəzər Mirzəyev adlı Sumqayıt şəhər sakini yazır ki, onun da başqaları kimi «Karvan»da yeri olub və yanğın zamanı 4500 manat zərər çəkib. 

O qeyd edir ki, yanğın olayından sonra işləyənlər ayağa qalxaraq, onlara dəyən zərərin ödənilməsini təlb ediblər. Lakin Ticarət Mərkəzinin rəhbərliyi o zaman kiçik tacirləri başından rədd etmək üçün onlara xeyli vədlər veriblər. Elə Xəzər Mirzəyevi bir ildir aldadan «Karvan»ın rəhbərliyi ona nə yer verir, nə də vəd etdikləri yeni ticarət mərkəzini tikirlər. 

Sumqayıt sakini bu yaxınlarda etiraz edərək, yeni iş yerinin açılacağını soruşub. Bazar rəhbərliyi də onu sakitləşdirmək üçün bildirib ki, yaxın 2-3 gündə «Karvan»ın inşasına başlanılacaq və qısa müddətdə ona yeni köşk veriləcək. 

Araşdırmalar zamanı belə məlum olub ki, yanan «Karvan» Ticarət Mərkəzinin yerində, ümumilikdə, Sumqayıt şəhərində belə bir ticarət obyektinin tikintisi həyata keçirilmir. «Karvan»da zərər çəkmiş satıcılara isə ən yaxşı halda ayrı-ayrı Ticarət Mərkəzlərində yer veriləcək. 

Məlumatda qeyd edilir ki, «Karvan»da çalışanlar yaxın günlərdə yenidən Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası önünə toplaşaraq, haqlarını tələb edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam