Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“İndi daha başımızı gizlətməyin zamanı deyil”

 

“Mən sizi bu miskin vəziyyətdən xilas olmağa çağırıram”

Xeberinfo.com:   Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən siyasi bəyanatla istefa verib, ölkə ictimaiyyətinin diqqət və rəğbətini qazanmış Rüfət Səfərov zərdablılara müraciət edib. O, feysbuk səhifəsində paylaşdığı müraciətdə yazır:

“Əziz zərdablılar!
Bu statusu məxsusi olaraq sizə ünvanlamağımın səbəbi özümü səmimi-qəlbdən sizlərdən biri saymağımdır. Məni pis tanımırsınız, seçdiyim indiki yol, etdiyim imtina sizlərə bəllidir. Mən indi özümdə güc tapıb Azərbaycana Həsən Bəy Zərbadbi kimi şəxsiyyət təqdim edən torpağın yetirmələrinə səslənirəm. Ümidvaram, səsimi eşidəcək, ən azı dediklərim barədə düşünəcəksiniz.

Vəziyyətimiz çox ağırdır. Xalqımız xırtədəyə qədər problemlər içindədir. Biz müstəqilliyi qazanarkən hansı xəyallar qurmuşduq? Bütöv Azərbaycan, qüdrətli dövlət, qürurlu vətəndaş və s. Çox təəssüf ki, ölkəmiz bir qrup yırtıcı xislətli insanın əlinə keçdi və sonda nəinki biz işğal altında olan torpaqları itirdik, indi hətta hər bir azərbaycanlı öz şərəf və ləqayətini qorumaq üçün sözün əsl mənasında ölüm-qalım mücadiləsi verir. İşə bax ki, vətəndaşlarımız indi öz şərəf və ləyaqəti onları qoruyacaq, himayə edəcək insanlardan zərər görür. Bu, dözülməz haldır. Mən sizi bu miskin vəziyyətdən xilas olmağa çağırıram. Necə? Bunun birinci yolu canımızı sarısarmaşıq kimi saran qorxundan azad eləməkdir. Ancaq şəxsi qorxularımızı dəfn eləməklə biz ölkəmizi basan bu kol-kos yığınında xilas ola bilərik. İndi daha başımızı gizlətməyin zamanı da deyil. Nə qədər gizlənsək belə, “qara xəbərlər” qapımızı tapıb döyəcək. “Şər” formasında, xəstəlik formasında, kredit borcu formasında və s.
Qorxmayın əzizlərim, cəsur olun. Ulu Zərdabidən güc alın. Mən sizin oğlunuz, kiçik qardaşınız kimi sonacan yanınızdayam. Mən sizi ittiham etməkdən əl götürmüş insanam. Mən sizin müdafiəçiniz olmağa qərarlıyam.

Bizlər, bu qədər təhqiramiz mühitdə yaşamağa, övlad böyütməyə layiq deyilik. Sizin inamlı addımlarımızın səsini eşitmək ümidi ilə Rüfət Səfərov”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam