Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Aşırı dərəcədə təzyiq altındayam"

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verən oğlu Rüfət Səfərov özü ətrafında baş verənlər barədə son xəbərləri sosial şəbəkə vasitəsilə paylaşıb.

Xeberinfo.com:   Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, dekabrın 20-də bu vəzifədən istefa verdiyini, daha sonar isə aclıq elan etdiyini bəyan edən R.Səfərov səhhəti haqda da məlumat yayıb: “Məndən ötrü narahat olun, həm də olmayın. Olun, ondan ötrü ki, aşırı dərəcədə təzyiq altındayam. Olmayın, o səbəbdən ki, ləyaqət hissi hər zaman ön planda olacaq. İmtina mədəniyyətinə yüksək qiymət verən xalqım məni ruhlandırıb. Barəmdə alınan haqsız, haqsız olduğu həddə də bayağı qanunsuzluqlara etiraz rəmzi olaraq dirəniş davam edəcək. Ağrılarım imkan vermir ki, arayışı təfsilatı ilə ortaya qoyum”.

R.Səfərov paylaşdığı digər statusunda isə onu dəstəkləyən-dəstəkləməyən şəxslər barədə yazıb: “Qəribə vəziyyətdir. Bəlkə də normaldır. İki gün ərzində təxminən 30-40 yaxın və uzaq qohumum zəng edib, məni söyüb təhqir etdikləri halda təxminən 1000 nəfər zərdablı mənə zəng edib, dəstək vermək azmış kimi kirayədə qaldığım ünvanın darvazasında “qarovulçu” qalmağı təklif edir”.

Xatırladaq ki, R.Səfərov dünən vəzifəsindən azad edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam