Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

KXDR Cənubi Koreyaya xəbərdarlıq edib

Cənubi Koreyanın yeni hərbi müdaxiləsi müharibə elanı sayılacaq və cavab zərbələri ilə nəticələnəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) Şimali Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik Seulun hərbi obyektlərinin KXDR ərazisinə, hava məkanına və ərazi sularına təkrar müdaxiləsinin Pxenyan tərəfindən ölkənin suverenliyinə qarşı ciddi hərbi təxribat, habelə müharibə elanı kimi qiymətləndiriləcəyini vurğulayıb.

"Bunun ardınca dərhal cavab zərbələri endiriləcək", - Nazirlik bəyan edib.

Oktyabrın 19-da Cənubi Koreyaya məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqlarının Pxenyanın ərazilərindən birində tapıldığı bildirilib. Koreya Respublikası rəsmiləri bununla bağlı şərh verməyib.

Xatırladaq ki, Koreya Xalq Ordusunun Baş Qərargahı oktyabrın 9-da Koreya Respublikası ilə avtomobil və dəmir yollarını bağlayacağını və “cənub sərhədini qalaya çevirəcəyini” açıqlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam