Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qlobal güc savaşının ortasında:“Azərbaycanı alovun içərisinə atmaq istəyirlər”

Mərkəz rəhbəri: “İndiki halda Azərbaycan-Türkiyə müttəfiqliyi, ittifaqı daha da gücləndirilməlidir”

Yenixeber.org: Rusiya donanmasının NATO ilə potensial münaqişə vəziyyətində nüvə başlıqları daşıya bilən raketlərə qarşı təlimlər keçirdiyi bildirilir. “Financial Times”ın jurnalistləri Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl zabitlər üçün hazırlanmış gizli təqdimatı araşdırıblar. Bildirilib ki, sənədlərdə həm adi, həm də nüvə başlıqları daşıya bilən raketlər üçün hədəflərin siyahısı da verilib. Operativ istifadədən daha çox təqdimat üçün yaradılmış xəritələrdə Avropadakı Rusiya donanması üçün 32 hədəf göstərildiyi güman olunur.

“Baltik Donanması üçün hədəflər əsasən Norveç və Almaniyada verilib. Onların arasında Bergendəki dəniz bazası, radiolokasiya stansiyaları və xüsusi təyinatlıların obyektləri var. Şimal Donanması isə hərbi gəmilərin və sualtı qayıqların tikildiyi Britaniyanın Barrou-in-Furnessdəki gəmiqayırma zavodu da daxil olmaqla, müdafiə sənayesi obyektlərini vura bilər. Xəritələrdə Rusiyanın hazırkı müttəfiqləri – Çin, İran, Azərbaycan və Şimali Koreya ilə müharibə ssenariləri də əksini tapıb”, – “Financial Times” yazıb.

Mövzu barədə suallarımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra gərginləşən Moskva-Qərb gərginliyi bu gün də davam edir:

- Bu gün Rusiya ilə Qərb arasında dezinformasiya müharibəsi gedir. Bəzən Rusiya dezinformasiya yayır, bəzən Qərb mediasında Rusiyanı ifşa edən xəbərlər dərc olunur. Bu da informasiya müharibəsinin tərkib hissəsidir. Mən deyə bilmərəm ki, “Financial Times”ın yazdıqları düzdür, yaxud səhvdir. Bəlkə də Qərblə bağlı Rusiyanın planları haqqında yazılanlar doğrudur. Çünki vəziyyət gərginləşərsə, Rusiya Qərb istiqamətində hansısa hədəflərə zərbələr endirə bilər. Söhbət Qara dənizdə, Aralıq dənizindəki hədəflərə zərbələrdən gedir. Amma məqalənin digər hissəsində deyilənlər suallar doğurur. Rusiyanın Şimali Koreya, Çin, İran, yaxud Azərbaycanla münasibətləri yaxşıdırsa, o zaman Moskva bu dövlətləri niyə hədəf alsın?

- Demək istəyirsiniz ki, “Financial Times”ın yazdığı informasiya müharibəsinin tərkib hissəsidir?

- İnformasiya savaşındakı xəbər axınına bənzərliyi var. Çünki Rusiya müttəfiq saydığı ölkələri hədəf alması məntiqsiz görünür. Bununla ola bilsin ki, Rusiyaya üzdə müttəfiq olan ölkələrə də Qərbdən mesaj göndərilir ki, “əslində Rusiya sizin üçün də təhlükə mənbəyidir”.

- Bu iddia əsassızdır?

- Əsassız deyil. Çünki Rusiyanın müttəfiqləri yoxdur, müttəfiqliklər sözdədir. Məsələn, Çinin özünün özünün maraqları var və o maraqların izindədir. Pekin Rusiya-Ukrayna müharibəsində maraqlı deyildi, çünki Çinin özünə də bu müharibədən zərər gəldi. Qərblə Çin arasında buna görə gərginlik yaşaynır, Rusiyanın müdafiəsinə görə Çinə sanksiyalar gündəməı gəlir, iqtisadiyyatında problemlər yaranır. Pekindən belə bəyanat verilmişdi ki, Rusiyanın Ukraynaya hücumundan Çin məlumatsız olub. Bundan Çin narazı idi ki, tərəfdaşını məlumatlandırmayıb. Demək istəyirəm ki, baxmayaraq Çinlə Rusiya tərəfdaşdır, müttəfiq kimi görünürlər, amma Pekinin özəl maraqları var. Eləcə də İranın öz maraqları var və s. Əlbəttə, Rusiya müttəfiq, dost adlandırdığı ölkələrə belə təhlükədir, təhdiddir. Bu mənada, yayılan informasiyada mesaj əsassız sayılmamalıdır.

- Son vaxtlar beynəlxalq mediada Azərbaycanın adı xoşagəlməz informasiyalarda hallandırılır. “Financial Times”ın yazdığı, bundan qabaq İran Prezidentinin Azərbaycanı vurmaq göstərişi ilə bağlı xəbərlər, İsrailin “Kaan” televiziyasının “İsrail hərbçilərinin Azərbaycandan çıxarılması ilə bağlı əmr” barədə informasiyası nələrdən xəbər verir?

- Yaxın Şərqdə gərginliyin artmasının Cənubi Qafqaza təsirsiz ötüşməyəcəyi barədə proqnoz vermişdim. Bəziləri hesab edə bilər ki, Livan hara, İsrail hara, Fələstin hara, Azərbaycan hara, amma elə deyil. Azərbaycanı alovun içərisinə atmaq istəyən beynəlxalq mərkəzlər və dövlətlər var. Məsələn, İranda yeni Prezidentin andiçmə mərasimində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürüldü, Azərbaycanın adı hallandı. İrandan bəyanatlar verildi ki, İsrailin bölgədəki mərkəzlərinə zərbə vurulmalıdır və burada Azərbaycanın adı çəkildi, İsrailin Azərbaycandakı səfirliyinin hədəf götürülməsi təklif edildi. Əgər Tehrandan belə bir addım atılarsa, bu, İran-Azərbaycan arasındakı suallarla dolu münasibətlərə çox pis təsir edəcək.

Təəssüf ki, eyni təxribatçı informasiyalar İsraildən də gəldi. Bu ölkənin dövlət televiziyası “Gürcüstan və Azərbaycandakı İsrail hərbçilərinin geri qaytarılması əmri” verildiyi barədə məlumat yaydı. Halbuki İsrailin Azərbaycanda hərbi bazası və hərbçiləri yoxdur. Sanki İsrail dövlət kanalı kiminsə göstərişi ilə İranın “əlinə oynayan” məlumat yaydı. Çünki İranın mühafizəkar dairələri hər zaman özlərindən uydururlar ki, guya Azərbaycanda İsrailin hərbi mərkəzləri var. Demək istədiyim odur ki, bu dezinformasiyalar göstərir ki, Yaxın Şərqdə gedən proseslərin bizə təsiri var və bizi təxribata çəkirlər.

Hesab edirəm ki, Azərbaycan təhlükəsizliyini ciddi qorumalıdır, neytrallığını saxlamalıdır. Eyni zamanda, indiki halda Azərbaycan-Türkiyə müttəfiqliyi, ittifaqı daha da gücləndirilməlidir. Bu ittifaqın əhəmiyyəti bir daha özünü göstərir.

- Amma Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın “Qarabağa girdiyimiz kimi, İsrailə də girərik” bəyanatından sonra sanki münasibətlərdə soyuma hiss olunur. Azərbaycan ictimaiyyətində bəzi şəxslərin Anrakaya qarşı bəyanatlarını görürük...

- Ərdoğanın məlum açıqlaması məndə də müəyyən suallar yaratdı. Türkiyə Prezidentinin açıqlaması belə təəssürat yaratdı ki, Türkiyə Qarabağı işğaldan azad edib. Halbuki, ərazilərimizi Azərbaycan Ordusu gücü, qüdrəti və verdiyi şəhidləri ilə azad edib. Bəli, Türkiyənin Azərbaycana hərbi və siyasi dəstəyi olub və bu, davam edir. Ərdoğanın bəyanatından sonra anti-Azərbaycan qüvvələri danışmağa başladılar, sanki Azərbaycan Ordusu yox, Türkiyə Ordusu savaşıb. Məncə, bu, yanlış idi. Amma Ərdoğanın bu bəyanatından çıxış edən Azərbaycandakı Rusiyaya bağlıp bəzi qüvvələr Türkiyəyə qarşı danışmağa, məqalələr yazmağa başladılar, hətta Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinə qarşı çıxış etdilər. Hesab edirəm ki, bu ittifaqa qarşı çıxmaq Azərbaycana qarşı düşmənçilik mövqeyidir. Bəli, Ərdoğanın dedikləri tənqid edildi, edilməli idi, bu öz yerində. Amma Ərdoğanın dediklərini bəhanə edib Türkiyəyə qarşı müxtəlif açıqlamalar vermək, yazılar yazmaq, sərt ifadələr işlətmək doğru deyil. Baxın, bu gün Yaxın Şərqdəki gərginlik, İrandan Azərbaycana qarşı təxribatçı bəyanatlar verilir. Rusiya-Ukrayna müharibəsinin də bizə müəyyən təsirləri var. Proseslər Şuşa Bəyannaməsinin əhəmiyyətini bir daha ortaya qoyur. Anlamaq lazımdır ki, Türkiyə ilə hərbi ittifaqın güclənməsinə ehtiyacımız var. Belə olan halda, Türkiyənin əleyhinə siyasət yürütmək Rusiya və İranın xeyirinədir, Azərbaycanın isə tamamilə ziyanınadır.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam