Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİNİN “BÖYÜK DONANMA” AMBİSİYASININ SONU – “Rusiya donanması Sovet donanması deyil”

 


6

Yenixeber.org: Ötən il Rusiya Hərbi Dəniz Donanması “Admiral Kuznetsov” aviadaşıyanının Suriya sahillərinə gətirilməsi və Xəzər dənizində bazalaşmış gəmilərdən qanadlı raketlərin buraxılması daxil olmaqla iri miqyaslı bir sıra əməliyyatlar həyata keçirib. Soyuq müharibə dövründəki səviyyəyə çatmasa da, Rusiya sualtı qayıqlarının fəallığı da artıb.

                                               - Müasir gəmilər

İlk əvvəl onu bildirək ki, Sovet İttifaqından Rusiyaya böyük həcmdə müasir suüstü gəmilər və sualtı qayıqlar miras qalmışdı. Lakin onların əksəriyyəti ortadan yox oldu, çünki Rusiya belə nəhəng armadaya xidmət etmək güdrətində deyildi. Başqa yandan, Rusiya donanmasının yerdə qalan iri gəmiləri köhnə və yararsız vəziyyətdədir.

Rusiya Hərbi Dəniz Donanamsının 24 suüstü gəmisindən yalnız üçü (“Admiral Qriqoroviç” sinfindən) soyuq müharibədən sonra tikilib. Sovet donanmasından qalmış əksər gəmilər öz istismar müddətini başa vurmaq üzrədir. Amma buna baxmayaraq, ruslar onların qismən modernləşdirilməsinə cəhd göstərirlər.

1474964904_gemi

Əsaslı təmir işləri olmadan “Admiral Kuznetsov” aviadaşıyanının hansı müddətədək döyüş cərgəsində saxlanılmasının mümkünlüyü aktual sualdır. Böyük vədlərə baxmayaraq, bu avaidaşıyanın adekvat əvəzləyicisi, hələ ki, təklif edilməyib. “Pyotr Velikiy” atom kreyseri son 10 ildir ki, fəaliyyətsiz dayanıb, “Admral Naximov”-un isə, hələ də döyüş cərgəsinə qayıdacağından danışılır, lakin bu gəminin artıq 30 yaşı var.

                                                 - Gələcək layihələr

Əgər Moskva həqiqətən də vəd olunduğu kimi son 10 ildə gəmilər tiksəydi, onda Rusiya donanması dünyada birinci yerə çıxardı. Lakin Rusiya jandarm dövləti, elan olunmuş iri layihələri reallaşdırmaq iqtidarında deyil. Suüstü gəmilərin inşası barəsindəki faktlar beynəlxalq səviyyədə çox solğun görünür.

Rusiyanın gəmi tikintisindəki böyük uğuru “Admiral Qriqoroviç” (4000 ton su basımı) və “Admiral Qorşkov”dur (5400 ton). Birincisi 7 il, ikinci isə 10 il ərzində inşa olunub. “Admiral Qriqoroviç” sinfindən olan 2 freqat artıq döyüş cərgəsinə qoşulub, 4-ü isə tikilir. “Admiral Qorşkov” sinfindən olan gəmi bu ilin sonunda silahlı qüvvələrə təhvil veriləcək, əlavə üçü isə hələ inşa mərhələsindədir.

скачанные файлы

Müqayisə üçün deyək ki, ingilislərin “Tip-45” esminesinin tikintisinə 6 il, amerikanların “Arleigh Burke” minadaşıyan eskadrosunun tikintsinə 4 il, yaponların “Atago”, çinlilərin “052D” tipindən olan eskadrilya minadaşıyanına 4 il vaxt sərf olunub. Bütün bu gəmilərin hamısı Rusiyanın vəd verib, ancaq tikintisini başa çatdırmadığı freqatlardan həcmcə təxminən iki dəfə böyükdülər.

Rusiyanın “Lider” sinfindən olan və 17 min su basımlı 12 gəmisi mövcud kreyserləri və esminesləri əvəzləyə bilərlər, lakin Kremlin bu gəmiləri tikmək planı yoxdur. Rusiyada baş vermiş bu yaxınlardakı iqtisadi böhran gəmi tikintisi perspektivini daha da dumanlı hala salıb. Digər tərəfdən, Krımın işğalı Rusiyanın xaricdən gəmi almasının yolunu bağlayıb. Bu, ilk növbədə “Mistral” sinfindən olan desant gəmilərinə aiddir.

                                  - Sualtı qayıqlar

Rusiyanın qüdrəti böyük dərəcədə ölkənin hərbi-dəniz doktrinasında mühüm yer tutan sualtı qayıqlarından da asılıdır. Ballistik raketlərlə təchiz olunmuş atom sualtı qayıqları, demək olar ki, İkinci Dünya Müharibəsindən sonra Rusiya gəmiqayırma sənayesinin ən qabaqcıl sahəsinə çevrilib.

“Borey” sinfindən olan səkkiz sualtı qayıq (onlardan üçü artıq istismardadır, üçü isə tikilir) yaxın gələcəkdə etibarlı qabaqlayıcı faktor rolunu oynayacaqlar. ”Yasen” sinfindən olan yeddi sualtı qayıq isə, mövcud “Barrakuda”, ”Antey” və “Şuka” sinfindən olan sualtı qayıqlar cərgəsinə qoşulacaq.

e54e65480481

Yaxın keçmişə nəzər salsaq görərik ki, Rusiya Federasiyasında olduğu kimi, Sovet İttifaqı da quruluşunun ilk iyirmi beş ilində hərbi-dəniz donanmasının inkişafıyla əlaqədar aydın konsepsiyaya malik olmayıb. İri miqyaslı proqramın həyata keçirilməsi yalnız İkinci Dünya Müharibəsi ərəfəsində baş verib. Müharibə bu planları səhmana salmaqla yanaşı, hərbi doktrinaya aydınlıq gətirib: Rusiyanın gücü və təhlükəsizliyinin bazası donanmaya deyil, quru qoşunlarına bağlıdır. Lakin soyuq müharibə zamanı SSRİ Hərbi Dəniz Donanması durmadan böyüdü və hansısa anda Fransa və Böyük Britaniya donanmasından daha güclü hala gələrək, dünyada ikinci yerə çıxdı.

Ancaq sonradan hər şey dağıldı. Rusiya SSRİ irsindən qalmış donanmanı saxlaya bilmədi və həmçinin də, yeni tip gəmilərin tikintisində lazımi tempi yaxalamamaqla hərbi sənayeni dəstəkləmək imkanını itirdi. Bunun ardınca ölümcül spiral gəldi: könə gəmilərə xidmət göstərməyin məsrəfi artdı, yenilərinin hazırlanması isə xeyli gecikdi, təmirin keyfiyyəti ağaşı düşdü.

Sualtı qayıqları nəzər almasaq, maliyyə böhranı nəticəsində neftin qiymətinin düşməsi və sanksiyalar üzündən hərbi gəmilərin inşasının hər hansı həyat əlaməti görünmür.

Hal-hazırda beynəlxaql arenadakı müqayisə Rusiyanın xeyrinə deyil. Belə ki, məsələn, Rusiya özünün ikinci aviadaşıyanını istismara verdiyi zaman, Çin artıq üç aviadaşıyana yiyələnəcək. Böyük Britaniya kimi Hindistanın da ən azından iki aviadaşıyanı olacaq. Adi suüstü gəmilər baxımından vəziyyət daha bərbaddır. Son on il ərzində Fransa, Böyük Britaniya, Yaponiya və Çin bir neçə iri hərbi gəmi sifariş verib və bu məsələdə onlar texniki cəhətdən köhnəlmiş Rusiya gəmilərini üstələyirlər.

Çinlə kontrast xüsusilə kəskindir: 2000-ci ildən indiyədək Rusiya istismara beş yeni suüstü gəmi verib. Onlardan üçü hələ sovet dövründə tikilməyə başlamışdı. Çin isə bu vaxt ərzində 40 suüstü gəmi inşa edib. Yaxın bir neçə il ərzində həmin proporsiya yalnız pisləşəcək.

Moskvanın hərbi-dəniz ambisiyası qeyri-real görünür. Rusiya öz gəmi tikintisi sənayesini bərpa etmədən Çin, Yaponiya və ya Cənubi Koreya ilə rəqabət apara bilməz. Müdafiəyə xərclənən böyük pullara baxmayaraq, Rusiya yalnız ayrı-ayrı sektorlar üzrə rəqabət aparmaq gücündədir. Bunlar atom sualtı qayıqları, ballistik raketlər daşıyan atom sualtı qayıqları, orta həcmli freqatlar və korvetlərdir.

Digər yandan Rusiya Hərbi Sənaye Kompeksi mövcud platformalar üstündə yeni raket texnologiyalarının quraşdırılmasında nəzərəçarpacaq işlər görüb.

Nəhayət, onu qeyd etmək lazımdır ki, müasir Rusiyanın qarşısında Sovet İttifaqı və Rusiya İmperiyasındakı kimi dəniz donanmasının gücləndirilməsi məsələsi dayanır. Rusiya Hərbi Dəniz Donanması dörd müxtəlif donamaya bölünür – Qara dəniz donanması, Baltik donanması, Şimal donanması və Sakit okean donanması. Həm də, coğrafi şərtlərə görə, bu donanmaların heç biri digərinə hər hansı operativ yardım göstərmək imkanında deyil.

Admiral_Kuznetsov_aircraft_carrier

“Admiral Kuznetsov” aviadaşıyanın heç bir ciddi texniki problem yaşamadan Aralıq dənizinə gedib, oradan geriyə qayıtması böyük nailiyyət sayılır. Çində isə vəziyyət tamamilə ayır cürdür. Çinin regional donanması bir-birlərindən uzaq məsafədə olmadığından, onların yardımlaşması çətin deyil.

Deməli, Rusiya donaması heç də yaxşı vəziyyətdə deyil və onu dirçəltməyə Rusiyanın imkanı çatmaz. Yaxın gələcək üçün Rusiya həyati vacib hərbi-dəniz layihələri ilə məhdudlaşacaq. Buraya atom donanması, kiçik suüstü donanma daxildir. Bundan daha artığına ümid bəsləməyə dəyməz. (“The National İnterest”-ABŞ)

Bizim əlavəmiz: Rusiya dövlət rəsmiləri hərbidəki və eləcədə donanmadakı vəziyyətin hansı səviyyədə olduğunu yaxşı bilirlər. Sadəcə onlar əhalinin vətənpərvərlik ruhunu yüksəltmək vasitəsiylə reallığı gizlətməyə çalışırlar. Ancaq bir müddətdən sonra bu reallıq çılpaq şəkildə üzə çıxır. Təxminən iki ay öncə Rusiya müdafiə naziri Sergey Şoyqu KİV-lərə verdiyi müsahibəsində deyib ki, ABŞ-la qarşıdurmada onun ölkəsinə aviadaşıyan lazım deyil.

1522792151_1522745826-434

Çox maraqlıdır ki, cəmi iki il əvvəl bütün Rusiya rəsmi nümayəndələri “Admiral Kuznetsov” aviadaşıyanına təriflər yağdırırdılar və hətta daha böyük həcmli aviadaşıyanın tikilməsi layihəsi üzərində iş aparılmasından danışılırdı. Hazırda ”Admiral Kuznetsov” təmir adıyla işə yaramayan dəmir yığıntısı kimi bir tərəfə atılıb. Yəni Moskvanın aviadaşıyanlardan imtina etməsinin səbəbi maliyyə çatışmazlığı ilə yanaşı, Rusiyanın ABŞ aviadaşıyanları səviyyəsində gəmilər hazırlaya bilməyəcəyindən qaynaqlanır. Bunu hələ sovet zamanında anlayırdılar və ona görə də üstünlüyü böyük kreyserlərə vermişdilər. Amerikan aviadaşıyanlarına qarşı tədbirlərin görülməsi planı Sovet İttifaqı dövründən başlayır. Sovet dövründə hərbiləşmənin bütün sahələrinə proporsional şəkildə pul ayrılırdı və yeni texnikanın ərsəyə gəririlməsi planauyğun gedirdi.

İndi Kreml görür ki, silahlanma baxımından SSRİ səviyyəsinə heç zaman çatmayacaq. Ona görə də silahlanmanın digər sektorlarında olduğu kimi donanmada da birtərəfli iş görülür. Hazırda əsas güc sualtı qayıqların üzərinə qoyulub. Məsələn, onlar düşünürlər ki, ixtiyarlarında aviadaşıyanları batıra biləcək silahın olması yetərlidir. Lakin hərbi donanma təkcə sualtı qayıqlardan ibarət deyil və belə meyl perspektividə ziyanlar gətirəcək.(azpolitika)

Vaqif NƏSİBOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam