Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycan yeni çağırışlarla üz-üzə...

 

ABŞ-Türkiyə müttəfiqliyi yeni mərhələyə adlayır; region uğrunda Rusiya və İranın güclənən rəqabəti Amerikanın öz müttəfiqlərinə ehtiyacını artırıb.

 

Xeberinfo.com:   Türkiyədəki 1 noyabr seçkiləri qardaş ölkənin xarici siyasət kursu ilə bağlı yaşanan bəzi qeyri-müəyyənlikləri də aradan qaldırmış oldu. Xüsusən də Ankara-Vaşinqton münasibətlərində pozitiv mənada yəqinlik hasil olduğunu söyləmək olar. 
ABŞ prezidenti Barak Obamanın bir neçə gün qabaq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə ayrıca telefon danışığı aparması və onları seçkilərlə bağlı təbrik eləməsi, həmçinin telefon danışıqları zamanı İŞİD terror qruplaşmasına təzyiqləri birgə davam eləmək barədə anlaşma əldə olunması və Suriya böhranının nizamlanması yollarını geniş müzakirə edilməsi, bundan başqa Amerikanın öz müttəfiqinin hava məkanının təhlükəsizliyini Rusiya və başqa təhlükələrdən daha etibarlı qorumaq üçün İncirlik bazasına yeni nəsil hərbi təyyarələr göndərməsi artıq ondan xəbər verir ki, Ağ Evin regiondakı əsas müttəfiqi ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə keçib.
 
Avropa Birliyi ilə də Türkiyə arasında münasibətlərin dərinləşməyə üz tutduğu, avropalı rəsmilərin son vaxtlar Türkiyənin önəmini tez-tez vurğulaması da nəzərə alınarsa, söyləmək olar ki, regionda dost-müttəfiqlərin təzədən dəqiqləşməsi prosesi başlayıb. 
***
Təsadüfi deyil ki, bu arada Rusiyanın İrana S-300 zenit-raket sistemləri satmasına qərar verdiyi bəlli olub. Sistemlər ilin sonunadək İrana təhvil verəcək. Rəsmi Ankaranın buna sərt reaksiyası özünü çox gözlətməyib. Türkiyə xarici işlər nazirinin müavini Əli Şahin xəbərdarlıq edib ki, S-300 sistemləri bölgədəki vəziyyəti daha da gərginləşdirəcək, bütövlükdə İranın silahlandırılması müharibə ocaqlarının miqyasını genişləndirəcək. 
“İran nə qədər çox silahlanarsa, bölgədə bir o qədər müharibə riski artar. Yeni münaqişə ocaqları yarana bilər. Bu addım Yaxın Şərqdəki sülh prosesini ləngidəcək. Bundan əlavə, İranın S-300 sistemləri Türkiyəyə təhlükə yaratmır. Ölkəmiz NATO-nun havadan müdafiə sistemlərinə sahibdir” - əlavə edib nazir müavini.
İranın üzərindən sanksiyalar götürüldükdən sonra Tehran-Moskva əməkdaşlığının güclənəcəyi əslində  gözlənilən idi. Həm də o səbəbə ki, Suriya (Bəşər Əsəd) məsələsində hər iki tərəf ortaq mövqedədir. Bu xüsusda onların hərbi əməkdaşlığı əlbəttə ki, təkcə kommersiya xarakteri daşımır, eyni zamanda bölgədəki ənənəvi Ankara-Vaşinqton-Bakı geosiyasi üçbucağına qarşı Moskva-Tehran-İrəvan “oxunu” gücləndirmək niyyəti güdür. 
Rusiya prezidenti Vladimir Putinin iki gün öncə Ermənistanla ortaq Raketdən Müdafiə Sistemi (RMS) yaradılması haqda imzaladığı sənəd və Rusiyanın Ermənistan səmasına nəzarəti tam ələ keçirməsi də sözsüz ki, eyni hədəfə hesablanıb. 
Xəbər verdiyimiz kimi, Putin bununla bağlı bəyan edib ki, Moskva Qərbin son vaxtlar güclənən RMS-ə adekvat cavab vermək niyyətindədir. Analitiklər isə bunu dərhal Kremlin ABŞ da daxil olmaqla, Qərbin RMS-i altında olan ölkələrə - Avropa ölkələri, Türkiyə, İsrail, hətta Gürcüstana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı hədəsi kimi qiymətləndirib. İddialara görə, xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da İrəvana etdiyi səfər də öncəliklə məhz bu hədəfə hesablanıb. 
***
Vaşinqton-Ankara-Bakı üçbucağına qarşı Moskva-Tehran-İrəvan oxunun güclənməsi özünü Güney Qafqaz uğrunda güclənən rəqabətdə də göstərməkdədir. Söhbət İranın qaz anlaşmaları vasitəsilə Ermənistanı, hətta Gürcüstanı öz təsir zonasına salmağa çalışmasından gedir. Vəziyyətin özəlliyi ondadır ki, cənub qonşumuzun ənənəvi tərəfdaşı İrəvanla yanaşı, rəsmi Tiflis də bu prosesdə maraqlı görünür. 
Ancaq məsələ ondadır ki, Rusiya və İran Suriya, Qərb məsələsində nə qədər müttəfiq və tərəfdaş olsalar da, Cənubi Qafqaz məsələsində rəqibdirlər. Çünki Moskva Güney Qafqazı da özünün “həyati maraqlar zonası” elan edib və ora “üçüncü qüvvə”nin girməsini yumşaq desək, qıcaqla qarşılayır. Politoloqlar da eyni qənaəti bölüşür.
“İran son zamanlar özünü xüsusilə Ermənistanla münasibətlərdə daha fəal göstərir”. Bu sözləri axarş.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri Tehranın çox riskli oyunlar oynadığını düşünür: “Ermənistan var qüvvəsi ilə çalışır ki, İran qazı bu ölkənin ərazisindən keçməklə Gürcüstana, ola bilsin oradan da başqa ölkələrə getsin. Üstəlik, Tehranla İrəvanın arasında geniş ticari əlaqələri var və bu əlaqələr  genişlənir. Tehran hətta İrəvana xam neft göndərilməsi və onun emalı ilə bağlı tədbirlər görməyə hazırlaşır. İranın hazırda üzərində işlədiyi çox mühüm planları var. Buraya təbii ki, Ermənistan vasitəsilə Gürcüstanı təsir altına almaq da daxildir. Moskva hələ ki prosesləri cilovlaya bilir. Lavrovun İrəvana səfərində gündəlikdə duran məsələlərdən biri də İran qazının Ermənistana göndərilməsinin qarşısının alınması idi”.
Politoloqun sözlərinə görə, planın ikinci hissəsində Azərbaycanla münasibətlərdə daha çox dini amillərin qızışdırılması yer alır: “Son zamanlar bunun müəyyən təzahürləri özünü büruzə verir. Bəzi İslam təşkilatları iğtişaşlar törətməyə belə cəhd göstərdilər. Düzdür, Tehranla Bakı arasında da ticarət əlaqələri var, ancaq İran Azərbaycanda dini baxışların yayılmasında israrlıdır ki, bu da çox təhlükəli tendensiyadır. Tehran çox riskli oyunlar oynamaqda davam edir”. 
Ekspert əmindir ki, İran üzərindən sanksiyaların qalxması fonunda Cənubi Qafqaz uğrunda rəqabət kəskinləşəcək: “İran heç vaxt Rusiyanı üstələyə bilməyəcək. Bu rəqabət fonunda, əksinə, Rusiyanın təsiri güclənəcək və Rusiya meylli qüvvələrin sayı artacaq. Üstəlik, mümkündür ki, Rusiyanın Cənubi Qafqazda baza xarakterli yeni istinad nöqtələri də yaransın”.
***
“Yeni istinad nöqtələri” isə artıq yaradılmağa başlayıb. Rusiyanın Ermənistanda RMS-lər yaradaraq ABŞ-ı və müttəfiqlərini hədələməsini nəzərdə tuturuq. Bölgədə və ətrafında gedən son proseslər fonunda isə ən həssas və sürüşkən durumda təbii ki, Azərbaycan, Bakı görünür. Çünki Tiflis və İrəvan öz geosiyasi seçimlərini artıq edib. Ankara, Moskva və Tehranın yer aldıqları təhlükəsizlik sistemləri də bəllidir. 
Bu xüsusda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin srağagünkü Moskva səfəri və orada MDB təhlükəsizlik şuraları katiblərinin üçüncü toplantısı çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə ayrıca görüşməsi diqqət çəkir. Bakı üçün çətin seçim problemi qalır...

 

Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam