Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Obamanın Ərdaoğan haqda skandal ifadələri: “Ən çox canımı sıxan siyasətçi avtoritar Ərdoğandır”

 

ABŞ-ın qabaqcıl xarici siyasət jurnallarından olan Atlantik Obamanın Ərdoğan haqda ağır sözlər dediyini yazıb. 
Xeberinfo.com:   Məlumata görə, jurnal ABŞ prezidenti Barak Obama ilə müsahibəsi zamanı Obamanın Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan haqda ağır sözlər istifadə etdiyini irəli sürüb. 
ABŞ-ın xarici siyasətinin istiqamətini müəyyən edən rola sahib olması ilə tanınan Atlantik jurnalından Ceffri Goldberq, Obamadan müsahibə aldığı zamanı Obamanın Ərdoğanı avtoritar olaraq xarakterizə etdiyini bildirib. 
Bundan başqa Obama reportaj zamanı ən çox canını sıxan liderlərdən birinin İsrailin baş naziri Benyamin Netanyahu, digərinin isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu söyləyib.
Jurnalın internet saytında də dərc olunan reportajda, bildirilir ki, ABŞ prezidenti Barak Obamanın fikrincə Ərdoğan əvvəllər mülayim bir müsəlman və Şərq ilə Qərb arasındakı uçuruma körpü ola biləcək bir sima idi. Obama indi isə Ərdoğanın bacarıqsız və avtoritar olduğu qənaətindədir. 
Barak Obamanın, 7 ildən çoxdur ki, ABŞ-a rəhbərlik etdiyi dövrü dəyərləndirdiyi və “Obama Manifesti” başlığı ilə dərc olunan müsahibəsindəki açıqlamalar, ABŞ Dövlət Departamentinin təşkil etdiyi mətbuat konfransında da gündəmə gəlib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam