İlya Kusa: “İsrail-Fələstin münaqişəsinin həlli baxımından Haniyyənin qətli heç nəyə təsir etməyəcək”
Yenixeber.org: “İsrailin Hizbullahın komandirini və Fələstinin radikal HƏMAS hərəkətinin siyasi qanadının lideri İsmayıl Haniyəni Tehrandakı iqamətgahında öldürməsinin Qəzzadakı müharibəyə heç bir təsiri olmayacaq. Çünki HƏMAS-ın Siyasi Bürosu hərəkatın Qəzzadakı hərbi əməliyyatlarına təsir gücündə deyil. Hətta onların bir çox məsələlərdə hərbi komandirlərlə uzun müddət fikir ayrılığı mövcud idi. Ona görə də, İranda Həniyənin ölümü HƏMAS təhlükəsizlik qüvvələrini bəlkə bir az da sevindirib”. Bu sözləri ukraynalı analitik, Ukrayna Gələcək İnstitutunun beynəlxalq siyasət üzrə eksperti İlya Kusa HƏMAS Siyasi Bürosunun rəhbəri, hərəkatın liderlərindən olan İsmayıl Haniyənin Tehranda öldürülməsini şərh edərkən deyib.
Kusa analitik yazısında qeyd edib ki, İsrailin əməliyyatının üç məqsədi var: “Beynəlxalq vəziyyətin pisləşdiyi bir şəraitdə İsrailin özündə Netanyahu ətrafında dəstəyi səfərbər etməklə İran və onun müttəfiqlərinin həssas və zəif olduğunu göstərmək istəyir. Belə bir təəssürat yaradır ki, İran və onun etibarlı tərəfləri üçün İsraillə qarşıdurmanın dəyəri artır, bu o deməkdir ki, ya onu dayandırmaq, ya da gərginliyi azaltmaq üçün danışıqlarda güzəştə getmək lazımdır. İsrail istəyir ki, ABŞ seçkilərinə qədər istədiyini etməyə vaxtı olsun. Çünki noyabrdan sonra nə olacağı bəlli deyil. Trampla razılaşmaq mümkün ola bilər, amma Kamala Harrislə yox. Demokratlar əsasən İsraili tənqid edirlər. Bu tendensiya Vaşinqtonda yeni nəsil siyasi liderlər özünü yenilədikcə dəyişməyəcək”.
“Praktikada HƏMAS ilə atəşkəs və əsirlərin azad edilməsi ilə bağlı danışıqlar yenidən dondurulacaq və Baydenin diplomatik təşəbbüsü uğursuzluğa düçar olacaq. Regional ərəb dövlətləri Haniyəyə əhəmiyyət verməsələr də, ona qarşı heç bir müsbət emosiya yaşamasalar da, belə bir eskalasiyadan məmnun olmayacaqlar. Və Tehrana yeni administrasiyanın gəlişi ilə əlaqədar İran və ABŞ arasında gərginliyi azaltmaq imkanları azalacaq. Çünki sərt xətt tərəfdarları İranın yeni Prezidenti Məsud Pezeşkiana ikiqat təzyiq göstərəcəklər ki, o, münasibətlərin normallaşmasına cəsarət etməsin. Çünki Pezeşkian normallaşmanı öhdəsinə götürmək və danışıqları yenidən başlamaq niyyətində idi”, analitik qeyd edib.
Ekspert hesab edir ki, İsrail-Fələstin münaqişəsinin həlli baxımından Haniyyənin qətli heç nəyə təsir etməyəcək: “Bu hadisə tərəfləri heç bir adekvat həll yoluna sövq etməyəcək. Beləliklə, qeyri-sabitlik yaxın gələcəkdə də davam edəcək”.(AYNA)