Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ABŞ-ın erməni ordusuna yerləşdirdiyi şəxs türkdür? –Sensasion

 

“ABŞ ordusunun Ermənistan Müdafiə Nazirliyində işə başlayacaq rəsmi nümayəndəsi milliyyətcə türk olsa, İrəvanın hansı addımı atacağı maraqlıdır”.

Yenixeber.org: Nəşr yazır ki, belə olan halda İrəvanın Vaşinqtonun göndərdiyi mütəxəssisdən imtina edib-etməyəcəyi sual altındadır.

İddialara görə, bu, ABŞ-ın Ermənistan dövlət orqanlarında kadr yerləşdirmək üçün ilk cəhdi deyil. Uzun illər Ermənistanın Fövqəladə Hallar Nazirliyində (FHN) işləmiş adı açıqlanmayan şəxs Vaşinqtonun 2003-cü ildə nazirliyə adam yerləşdirməyə çalışdığını deyib. Həmin il Ermənistan FHN ilə ABŞ-ın Kanzas ştatının Milli Qvardiyası arasında fəal əməkdaşlıq yaradılıb. Dövlət sistemində xarici vətəndaşların işə götürülməsi istiqamətində təlimlər, seminarlar keçirilib.

Məlumata əsasən, Ermənistanda hakimiyyət dəyişikliyindən bir il sonra – 2019-cu ildə psixoloji xidmət göstərən Amerika özəl şirkəti FHN-in xilasetmə xidmətinin psixoloqlarına təlim keçməyi təklif edib. Şirkət bunun qarşılığında amerikalı ekspertlərin nazirliyə gəlib erməni psixoloqların fəaliyyətini izləməsi, daxil olan zənglər, mesajlar barədə onlara məlumat ötürülməsi şərtini irəli sürüb. İrəvan hakimiyyəti proses barədə ətraflı məlumat verə biləcəyini, lakin nazirliyə kənar şəxslərin yerləşdirilməsinə ehtiyac olmadığını deyib. Şirkət isə bununla razılaşmayıb və nümayəndə göndərməkdə israr edib.(Hraparak)

Əslində, İrəvanın bu qərarı rədd etməsi Daxili İşlər Nazirliyinin bəzi əməkdaşlarına görə olub. Onlar məsələnin mahiyyətini başa düşüb, amerikalıların təklifini qəbul etməyiblər. Maraqlıdır ki, həmin ABŞ şirkətinin qurucusu və rəhbəri erməni qadın olub.

Nəşr yazır ki, Ermənistan FHN və DİN-də bir çox gizli məlumatlar var. Bu səbəbdən amerikalıların nazirliklərə daxil olması arzu edilmirdi. Lakin ABŞ ordusunun rəsmisinin birbaşa Ermənistan Müdafiə Nazirliyinə gəlməsi bütün vəziyyəti tamamilə dəyişəcək.

Ayşən Mustafa


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam