Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

KREML TRAMPA “YOX” DEDİ - “Bu plan yerinə yetirilə bilməz...”

Donald Tramp dəfələrlə prezident seçiləcəyi təqdirdə Rusiya ilə Ukrayna arasındakı müharibəni bir gündə həll edə biləcəyini desə də, onun bu iddiasına heç də hamı ciddi yanaşmır. Bir çoxları Rusiyanın Trampın sülh planına müsbət reaksiya verəcəyini düşünürdü. Lakin Kreml bu illüziyaların üzərindən xətt çəkir.

Yenixeber.org: Xarici KİV-lər xəbər verir ki, Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Trampın Ukraynada müharibəni 24 saata bitirəcəyi barədə iddiasının reallığa uyğun olmadığını deyib və əlavə edib ki, bu, yerinə yetirilə bilməz.

Trampın bəyanatını şərh edən Nebenzya jurnalistlərə deyib ki, “Ukrayna böhranı bir gündə həll oluna bilməz”.

Səfirin dediyinə görə, müharibə 2022-ci ilin aprelində, Rusiya və Ukraynanın razılaşmaya “çox yaxın” olduqları İstanbulda başa çata bilərdi. Eyni zamanda o, Ukraynanın Qərb müttəfiqlərini 2022-ci ilin aprelində bağlanmış sülh sazişinə mane olmaqda və Kiyevi Rusiya ilə mübarizəni davam etdirməyə sövq etməkdə ittiham edib.

Nebenzya Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh planına da münasibət bildirib və deyib ki, “bu, sülh planı deyil, zarafatdır”.

Rusiyanın BMT-dəki səfiri Zelenskinin sülh düsturunu “qeyri-real” adlandırıb və deyib ki, o, “realist” olmalı və döyüş meydanındakı vəziyyəti nəzərə almalıdır. Nebenzya xəbərdarlıq edib ki, Ukrayna üçün yerdə vəziyyət nə qədər çətin olsa, müharibəni diplomatik yolla bitirmək də bir o qədər çətin olacaq.

Xatırladaq ki, Tramp Ukraynadakı müharibəni 24 saat ərzində dayandıracağına söz verib. Co Bayden ilə debat zamanı Tramp deyib ki, ABŞ-nin “əsl prezidenti” olsaydı, Putin heç vaxt Ukraynaya hücum etməzdi. Eyni zamanda, o, Putinin Ukraynadakı müharibəni dayandırmaq şərtlərinin onun üçün “qəbuledilməz” olduğunu deyib.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam