Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan “erməni soyqırımı”ndan imtina edir? –Onu yaxından tanıyan ekspertdən sensasion açıqlamalar

Ermənistanın Baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verdiyi bildirilir. Baş nazir hadisələrdə həyatını itirən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Ermənistan Milli Məclisi Müdafiə komitəsinin sədri Andranik Koçaryan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, Nikol Paşinyan “soyqırımına” aid real əsaslar yaratmaq, “soyqırımına” məruz qalan soydaşların daha obyektiv siyahısının tərtib olunmasını istəyir:

Yenixeber.org: “Paşinyanın məqsədi soyqırımı ilə bağlı “real təməllər” qurmaqdır. Bu, bizim 1,5 milyon soydaşımızın hər birinin ünvanlarını və yerlərini bilmək üçün sadə bir məqsəddir. Həmçinin gələcəkdə qonşularla münasibətlərimizin qurulması üçün çox vacibdir. 1.5 milyon, 2 milyon və ya bundan az, tam dəqiqləşdirilmə olmalıdır. Əgər biz bunu sənədləşdirməsək, qarşı tərəf həmişə deyəcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də”.

O, siyahı tərtib olunandan sonra həmin adamların adlarının Soyqırım Muzeyinin divarlarına həkk edilməsini əlavə edib.

Ancaq hökumətin bu təşəbbüsünü “çox təhlükəli” adlandıranlar da var. Onlar deyir ki, bu inkar tezisidir və bunu türklər ötən əsrin 60-cı illərindən dövriyyəyə buraxıb. Hətta bu addıma görə Nikol Paşinyan hökumətini Türkiyədən tapşırıq almaqda ittiham edənlər də az deyil.

Baş verənlərlə bağlı konfliktoloq Arif Yunus Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.//Turan.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam