Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Brüssel görüşü erməniləri məyus edib:"Qərb bizə iqtisadi alternativ təklif etmir"

"Brüssel görüşündən sonra məlum oldu ki, Qərbin bizim regionda heç bir möhtəşəm iqtisadi planı yoxdur. ABŞ və Avropa İttifaqının həyata keçirdiyi proqramlar, bəlkə də əvvəlkindən bir qədər geniş miqyasda davam edəcək". 
Yenixeber.org: Bunu "Sputnik Ermənistan"a müsahibəsində erməni iqtisadçı Suren Parsyan Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçirdiyi görüşlərdən sonra əldə olunan razılaşmaları şərh edərkən deyib.
Aprelin 5-də Brüsseldə Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında üçtərəfli görüş keçirilib. Görüşün nəticəsi olaraq Aİ Ermənistanın inkişafı üçün 270 milyon avro, ABŞ isə 65 milyon dollardan çox vəsait ayıracaq.
"Son illərdə Aİ Ermənistanda kiçik və orta biznesə dəstək proqramı həyata keçirir ki, bu da əsasən kredit faizlərinin subsidiyalaşdırılmasında, eləcə də kənd yerlərində biznesin maliyyələşdirilməsində ifadə olunur. Kənddə iş yerlərinin açılması üçün qrantlar, məsləhətlər  verirlə, treninqlər keçirirlər və s. Bu proqramlar yeni deyil, 3 ilə yaxındır ki, mövcuddur. İndi bu proqramların davamından söhbət gedir", deyə Parsyan bildirib.
Eyni şey ABŞ tərəfindən maliyyələşdirilən və Ermənistanda həyata keçirilən və vəd edilən proqramlara da aiddir. İqtisadçı qeyd edir ki, ABŞ uzun illərdir Ermənistanda enerji müstəqilliyinin möhkəmləndirilməsi ilə bağlı müxtəlif subsidiya proqramları həyata keçirir: "Hazırda hər hansı yeni iqtisadi obyekt, zavod və ya infrastrukturdan söhbət getmir".
Brüssel görüşünün rəsmi bəyanatında qeyd olunan infrastrukturun modernləşdirilməsi planlarına gəlincə, Parsyanın sözlərinə görə, orda da yeni heç nə yoxdur, söhbət Avropa Yenidənqurma və İnkişaf Bankının təmsil etdiyi Aİ-nin artıq kreditor olduğu Şimal-Cənub yolunun tikintisi layihəsindən gedir.
Parsyan bildirir ki, 2023-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsinin 36%-i Avrasiya İqtisadi İttifaqı ölkələri, 13%-i Aİ, 3%-i ABŞ ilə ticarətin payına düşüb: "Yəni Aİ və ABŞ ilə ticarətimiz Aİİ ilə müqayisədə təxminən 2,5 dəfə az olub. Qərb isə hazırda bizə iqtisadi alternativ təklif etmir".
Onun sözlərinə görə, bəyanatların ardınca konkret proqramlar və layihələr aparılmalıdır ki, bu da həyata keçirilmir:
"Qərb Ermənistan iqtisadiyyatının şaxələndirilməsindən danışır, lakin 2023-cü ildə ABŞ və Aİ-yə ixrac azalıb. Həmin ABŞ Ermənistandan öz ölkəsinə alüminium folqa idxalına qadağa qoyub, nəticədə Ermənistandan ABŞ-a ixrac 40% azalıb. İndi bu zavodun taleyi bəlli deyil, bağlana və bir neçə yüz işçi küçədə qala bilər. HSBC Bank biznesini sataraq Ermənistanı tərk edib. Bundan əvvəl alman şirkəti mis-molibden zavodundakı 60 faiz payını satıb və gedib. Əgər onlar həqiqətən iqtisadiyyatımızı şaxələndirmək istəyirlərsə, qalmalı və sərmayə qoymalıdırlar. Amma onlar bunun tam əksini edirlər - Ermənistan iqtisadiyyatında iştiraklarını azaldırlar", deyə iqtisadçı vurğulayıb.
Parsyan əmindir ki, Qərbin vəd etdiyi iqtisadi dəstək proqramlarına baxmayaraq, ötən il ABŞ-dan Ermənistana idxalın məhz Aİİ-yə üzvlük hesabına 40% artdığını nəzərə alsaq, Ermənistan Aİİ-dən çıxmayacaq:
"Məsələn, ABŞ-dan maşınlar Ermənistana gətirilib, sonra Rusiyaya reeksport edilib. Aİ ilə də vəziyyət eynidir. İdxal olunan malların Rusiyaya ixracı ilə Aİ-dən idxal artıb. Və əksinə, Rusiya qızılı və almazları Ermənistan vasitəsilə həm Aİ-yə, həm ABŞ-a, həm də ərəb ölkələrinə ixrac olunurdu. Burada Rusiya və Aİ-nin marağı var və Ermənistan bütün ölkələr üçün birləşdirici, tranzit keçid olaraq qalmalıdır".(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam