Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Brüssel görüşünü təşkil edənlər Azərbaycanın nüfuzu ilə hesablaşmalı oldular -ŞƏRH

Avropa İttifaqı, Ermənistan və ABŞ arasında Brüsseldə keçirilən görüşün nəticələri əvvəlcədən də gözləndiyi kimi, ikili standartlara əsaslanmaqla həm qərəzli, həm də regionda sülhün, əmin-amanlığın təmin edilməsinə deyil, münaqişənin yenidən qızışdırılmasına, yeni müharibənin yaradılmasına hesablandığını göstərir. Görüşdən əvvəl ABŞ Dövlət katibi Antoni Blinkenin və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarında tərəflər rəsmi Bakıya görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirsələr də, bu gün ortadakı nəticələr çirkli niyyətlər və məkrli planları aşkarladı. Adını iqtisadi yardım qoyduqları dəstək anti-Azərbaycan mahiyyəti daşıyır və bu kimi addımlar, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasəti regionda silah yarışına rəvac verməklə yanaşı, hərbi təxribatlara da gətirib çıxara bilər.

Yenixeber.org xəbır verir ki, bunu açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli söyləyib.

F.İbrahimli qeyd edib ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan Ermənistanı gücləndirməyin, onun “müqavimətini artırmağın” ayrı hər hansı adı, yaxşı anlamı ola bilməz. “Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində qrant ayırır, buna bənzər iqtisadi dəstək ABŞ tərəfindən də ifadə olunub. Gəlin diqqət edək, Ermənistan hazırda KTMT-nin üzvüdür, həmçinin Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqına daxildir. Necə olur ki, Avropa İttifaqı və ABŞ bir tərəfdən iqtisadi dayanıqlılıqdan, inteqrasiyadan danışır, digər tərəfdən bütün iqtisadiyyatı Rusiyadan asılı olan, onun sanksiyalardan yayınmasına, qanunsuz maliyyə dövriyyəsinə kömək edən, Moskvanın silah istehsalında istifadə edilən və Ukraynaya qarşı müharibəyə ötürülən texnologiyalarının daşınmasına şərait yaradan Ermənistana iqtisadi yardım göstərirlər? Halbuki gerçək sülhpərvər iqtisadi dəstək Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayan, Yaxın və Orta Şərqdə terrorizmə qarşı mübarizədə ABŞ-ın müttəfiqi olan işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparan ölkəmizə göstərilməli idi. Təkcə bu müqayisə ikili standartlar və qərəzli yanaşmanın açıq təzahürüdür”, – deyə Milli Məclis sədrinin müavini əlavə edib.


Vurğulanıb ki, bütün bunlardan sonra ABŞ Dövlət katibi Antoni Blinkenin “Biz sülhün olduğu Cənubi Qafqaz istəyirik” fikrinin səmimiyyətinə inanmaq çətindir. Amma hər şeyə rəğmən, Brüssel görüşündə rəsmi İrəvan bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bu, bir daha onu göstərir ki, artıq dünya Azərbaycanın gücü və yaratdığı reallıqlarla hesablaşır. Dünya Azərbaycanın gücündən çəkinir və Bakıya nəyisə diktə edə bilmir. Həmçinin Azərbaycanla hədə-qorxu dilində danışmağın mümkün olmadığı və bunun heç bir nəticə verməyəcəyi qlobal güclər tərəfindən də etiraf edilir. “Uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq birlik tərəfindən həyata keçirilmədi. Sonda həmin qətnamələrin icrasını öz gücümüzə həyata keçirdik, bölgədə yeni bir güc və söz sahibi olduğumuzu sübut etdik. Azərbaycan mütəmadi olaraq öz mövqeyini qarşıya qoyaraq sübut edir ki, müstəqil siyasət yürütməklə bölgədə yeni mühit formalaşdırmaqdadır. Təbii ki, heç bir kənar təsirlərə baxmayaraq, Azərbaycan öz mövqeyini ortaya qoyur. Brüssel görüşünün iştirakçıları da bu reallığa tabe oldular”, - deyə o bildirib.(AZƏRTAC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam