Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“PUTİN NATO İLƏ BİRBAŞA SAVAŞ İSTƏMİR, AMMA...” -ABŞ kəşfiyyatının yeni hesabatı

“Rusiya Prezidenti Vladimir Putin NATO ilə birbaşa qarşıdurma istəmir və o, asimmetrik tədbirlərlə məhdudlaşacaq”.

Yenixeber.org: ABŞ kəşfiyyatının yeni hesabatında belə deyilir.

Hesabatda Rusiyanın böyük itkilər verdiyi, lakin buna rəğmən intensiv hərbi əməliyyatları davam etdirmək imkanına malik olduğu qeyd edilir: “Rusiya İkinci Dünya Müharibəsindən sonra heç vaxt olmadığı qədər çox itki verib - şəxsi heyət arasında təxminən 300 000 nəfər (həm bərpa olunmaz, həm də sanitar itkilər), eləcə də minlərlə tank və digər zirehli texnika itirilib”.

Kəşfiyyat bildirir ki, Putin bütün Ukraynanın işğal edilməsilə bağlı ilkin planını həyata keçirə bilməyib, Rusiya ordusu isə kadr çatışmazlığı, hərbçilərin tükənməsi və aşağı əhval-ruhiyyə faktı ilə üzləşib. ABŞ kəşfiyyatı bu problemlərin indidən sonra da davam edəcəyini proqnozlaşdırır.

Eyni zamanda qeyd olunur ki, işğalçı qüvvələr Ukraynanın yay əks-hücum əməliyyatlarını poza biliblər və indi vəziyyət Rusiyanın xeyrinə dəyişməyə başlayıb. Xüsusilə də Rusiya müdafiə sənayesi ona uzun müddət yüksək intensivlikli döyüş əməliyyatlarına tab gətirməyə imkan verəcək uzaq mənzilli silahların, artilleriya qurğuları, mərmiləri və digər silahların istehsalını tədricən artırır.

İcmalda həmçinin deyilir ki, Moskva 2023-cü ilin sonundan bəri döyüş meydanında böyük olmasa da, müəyyən uğurlar əldə edib və Qərbin Ukraynaya yardımla bağlı qeyri-müəyyənliyindən faydalanır: “Prezident Vladimir Putin yəqin ki, Ukraynanın əhəmiyyətli əraziləri azad etmək cəhdlərinin qarşısını ala bildiyinə, öz hesablamalarının işə yaradığına və xüsusən də İsrail və HƏMAS arasında müharibə fonunda Qərbin, o cümlədən Amerikanın Ukraynaya yardımının məhdudlaşdığına inanır”.

Kəşfiyyat bildirir ki, Ukraynaya qarşı başlayan müharibə Rusiya üçün böyük problemlərə çevrilib, lakin o, hələ də sabit və imkanlı rəqib olaraq qalır, sanksiyaların öz iqtisadiyyatı üçün nəticələrini yumşaltmağa çalışır, ABŞ və Qərbin Çin, İran və Şimali Koreya kimi əsas düşmənləri ilə əlaqələri gücləndirir.

Kəşfiyyatın gəldiyi nəticələrə görə, Moskva demək olar ki, NATO ilə birbaşa hərbi qarşıdurma istəmir və bu həddi keçməyərək “asimmetrik fəaliyyətlərlə” məhdudlaşacaq.

Kəşfiyyat bildirir ki, Pekinlə sıx iqtisadi əməkdaşlıq Rusiyaya enerji və digər resurslarının satışı üçün böyük bazar, gələcək sanksiyalardan daha çox müdafiə və ABŞ-yə qarşı mübarizədə güclü tərəfdaş tələbini təmin edir.(Azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam