Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

MSK sədrinin müavini : “Azad edilmiş ərazilərdə ilk dəfə -22 mindən çox seçici səs verəcək”

 

“Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək”.

 Yenixeber.org: Bunu müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir və məntəqələr prosesə tam hazırdır: “Seçki bülletenlərinin çatdırılmasını nəzərə almasaq, onları hazır adlandıra bilərik. 22 mindən artıq seçicimiz işğaldan azad olunmuş ərazilərdə olan məntəqələrin seçici siyahılarına daxil edilib. Onlar səsvermə hüququnu həmin məntəqələrdə reallaşdırmaq imkanı əldə ediblər”.

R.Qasımov bildirib ki, bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki 6 seçki məntəqəsində MSK-da akkreditə olunmuş təşkilatlardan biri - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə “exit-poll” həyata keçirəcək: “Həmin ərazilərdəki məntəqələrin hazırlığı prosesi tam başa çatıb və azad olunmuş ərazilərimizdə səs verəcək seçicilərimiz artıq seçki günü öz hüquqlarını sərbəst şəkildə bu ərazilərdə reallaşdıracaqlar”.

MSK sədrinin müavini vurğulayıb ki, bu, tarixi bir şansdır və onlara qibtə etməmək mümkün deyil: “MSK işğaldan azad edilmiş ərazilərdə olan seçicilərimiz üçün xüsusi formatlı bildirişlər hazırlayıb, hansı ki, həmin bildirişlərin üzərində eyni zamanda təbrik mətni də yer alıb. Bu, həqiqətən də əlahiddə və hər insanın həyatında çox rast gəlinməyən hallardandır”.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımovla müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam