Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İmişlinin seçki konseyi ifşa olundu

1zx

Deputatlığa namizəd Əsabil Qasımovun seçki qərargahında DSK sədri, icra başçısının müavini və bir çox başqa məmurlar təmsil olunub

"Xeberinfo.com":   Seçkilərdə müxalifətdə təmsil olunan şəxslərin deputatlığa namizədliyinin qeydə alınmaması, onlar üçün imza toplayan şəxslərin polis özbaşınalığı ilə üzləşməsi, onların ailə üzvlərinə, hətta imza verən seçicilərə təzyiq edilməsi haqqında məlumatlar adətən gizli qalmır, mətbuatda yayımlanır. 
Amma seçki dövründə bütün namizədlərə eyni gözlə baxmalı olan seçki komissiyaları üzvlərinin və İcra Hakimiyyəti təmsilçilərinin Seçki Məcəlləsini kobud pozaraq, rejimin deputat görmək istədiyi namizədin seçki qərargahının üzvüləri qismində fəaliyyət göstərməsi haqda faktlar ortaya nadir hallarda çıxır.  Bu fotoları “Basta”ya Müsavat Partiyası tərəfindən 79 saylı İmişli seçki dairəsindən namizədliyi irəli sürülən, İmişlinin əvvəlki deputatı İltizam Əkbərli təqdim edib.
IMG 20151014 WA0010
Şəkildə sağdan sola:
1.Əlirza Haqverdiyev – İmişli Bələdiyyəsinin sədr müavini
2.Sabit Yaqubov – 79 saylı İmişli seçki dairəsinin sədri
3.Naib Xəlilov- Deputatlığa namizəd Əsabil Qasımovun vəkili, xalası oğlu, “Karmen” şirkətinin İmişli üzrə satış müdiri
4.  İftixar Əliyev- İmişli Bələdiyyəsinin sədri
5.Nəvaşir Bəşirov – 7 saylı Ərazi  Ekoloğiya və Təbii sərvərlər şöbəsinin rəisi
6.Valid Ağayev – İmişli rayon İH-nin iqtisadi məsələlər üzrə müavini
7.Səməd Səmədov –  Yerli qəzetin redaktoru
8.  Saleh Səmədov – Standartlaşdırma, Metroloğiya və Patent üzrə İmişli Ərazi İdarəsinin rəisi
9.Səlim Mehdizadə-Rayon İH başçısının müavini
10.Rahim Zahidov- Rayon İH aparatında hüquq şöbəsinin müdiri
11.Əsabil Qasımovun seçki qərargahının üzvü
12.Əlişir Əhmədov- Rayon İH-nin işçisi
13.  Sabit Səmədov- Rayon İH-nin işçisi
Rayon İH-nin rəhbərliyinin, vəzifəli şəxslərin, dairə seçki komissiyasının sədrinin və iqtidarın deputatlığa namizədinin vəkilinin iştirakı ilə keçirilən məclisin bu şəkilindən sonra haqlı bir suala cavab tapmaq zərurəti yaranır – 79 saylı dairənin ərazisində qeydiyyata alınmış 15 namizədin hamısına ədalətli və bərabər münasibətdən danışmağa dəyərmi? (Seçki Məcəlləcinin 17.6.2-ci maddəsi).
Parlament seçkilərinin təşviqat-təbliğat mərhələsinin davam etdiyi indiki dövrdə 79 saylı dairə seçki komissiyasının sədri Sabit Yaqubovun YAP-n namizədi Əsabil Qasımovu dəstəkləməsi kimi başa düşülən bu hərəkətinə nə ad vermək olar? (Seçki Məcəlləsinin 17.64-cü maddəsi).
İltizam Əkbərli bildirdi ki, Əsabil Qasımov formal olaraq başqa bir seçki qərargahı yaratsa da, əslində onun seçki qərargahı bu fotodakı insanlardan ibarətdir. Ölkədə elə bir vəziyyət yaranıb ki, müstəqil və müxalifətçi namizədlər əslində hakimiyyət partiyasının dəstəklədiyi rəqibləri ilə yox, bütöv bir dövlət aparatı ilə, üstəlik seçki administrasiyası ilə mübarizə aparmaq zorunda qalıblar.
 Əldə etdiyimiz məlumata görə, Rayonda Ə.Qasımovun təbliğatını əsasən rayon İH-nin və bələdiyyələrin işçiləri aparırlar. Yerlərdə iclasları təşkil edənlər də yerli icra nümayəndələri və yerli bələdiyyə sədrləridir. Bu gün isə görüşlərdə daha ciddi qanun pozuntusuna yol verilib. Rayonun həm Çahar kəndində, həm də Göhərli kəndində kənd çeçki məntəqələrinin sədrləri, katibləri və üzvləri çıxışa məcbur ediliblər. Seçki məntəqəsinin rəhbərləri və üzvləri deputatlığa namizəd Ə.Qasımovu tərifləyərək, seçiciləri ona səs verməyə çağırıblar. Qanun pozuntusunu izləyən Göhərli kəndinin nüfuzlu ziyalısı Kamil müəllimin Seçki Məcəlləsinin tələblərinin belə açıq şəkildə pozulmasına etirazı isə namizədlə ziyalı arasında mübahisəyə səbəb olub.
 Mərkəzi Seçki Komissiyası və onun sədri Məzahir Pənahovun, eləcə də YAP-ın və iqtidarın yüksək rütbəli təmsilçilərinin İmişlidə seçki konseyinin bu cür ifşasına necə reaksiya verəcəkləri maraq doğurur.(bastainfo.com)
IMG 20151014 WA0009
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam