Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Namizədlərin sayı 1246-ya çatdı

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirılib.

"Xeberinfo.com":  Məlumata görə, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda indiyə qədər 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Dairələrdə müşahidəçi kimi qeydiyyatdan keçən şəxslərin sayının 22 min 606 nəfəri ötdüyünü bildirən MSK sədri eyni zamanda 20 ölkədən 138 müşahidəçinin də qeydiyyatdan keçidiyini deyib.


MSK sədri bu günə qədər MSK-ya deputatlığa namizədliyin qeydə alınması ilə bağlı təqdim olunan 64 müraciətdən 15-nin təmin olunduğunu da nəzərə çatdırıb.

Daha sonra iclasda Milli Məclisə seçkilərlə bağlı daxil olmuş şikayətlərə baxılıb. MSK 24 saylı Nizami Birinci Seçki Dairəsindən namizədliyi öz təşəbbüsü irəli sürülmüş Xalid Bağırov, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizədliyi öz təşəbbüsü irəli sürülmüş Mehdi Əhmədov, 66 saylı Biləsuvar Seçki Dairəsindən “Azadlıq-20115” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Mirzəkulla Zəki, 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Aynur Bağırzadə, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Ülvi Həsənov, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Nizami Abdurazaqov, 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş hüquqşünas Akif Hüseynovun müvafiq dairə seçki komissiyaları (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsassız sayıb, DSK-ların qərarlarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Xalid Bağırov vəkil olub, Vəkillər Kollegiyasının qərarı ilə bu statusunu itirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam