Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Sunak zərbələrə razılıq verdi –Türkiyə və Rusiya narazıdır

Böyük Britaniyanın hind əsilli Baş naziri Rişi Sunak gün ərzində iki əhəmiyyətli addım atıb. Onun birinci addımı Ukrayna Prezidenti Vladimir Zelenski ilə təhlükəsizlik sahəsində ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalamasıdır.

Yenixeber.org: Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, London Kiyevlə hərbi əməkdaşlığı gücləndirməyə qərar verib:

“Bu qərar Kremlin narahatlığına səbəb olub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, əgər Böyük Britaniya Ukraynada hərbi baza yaradarsa, bu, Londonun Rusiyaya qarşı müharibə elan etməsi olacaq. Rişi Sunak Kremlin hədəsindən ehtiyat etsəydi, Kiyevlə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa qərar verməzdi. London Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirməsini istəyir.

Rişi Sunakın ikinci addımı ABŞ-la birgə Yəməndə husilərin mövqelərinə raket zərbəsi endirməsinə razılıq verməsidir. Bu, Rusiya ilə yanaşı, Türkiyənin də narazılığına səbəb olub.

Husilərin mövqelərinin raketlərlə vurulacağı gözlənilən idi. Çünki husilər Qırmız dənizdə üzən ticarət gəmilərinə hücum əməliyyatlarından imtina etməyiblər”.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam