Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putinin hədəfində Cənubi Qafqazdır -Bölgədə nələr baş verə bilər?

 Bunları yalnız ehtimal kimi qəbul edə bilərsiniz, amma qarşıdan gələn yanvar ayında Rusiya bizim bölgədə hər-hansı bir qarışıqlıq törətsə təəccüblənməyin.
Yenixeber.org: Bu iddia politoloq Ərəstun Orucluya məxsusdur. Ərəstun bəy Fb səhifəsində Rusiya prezidentinin Cənubi Qafqazı hədəfləməsindən yazıb: 
Ukrayna müharibəsi "ölü nöqtədə" ilişib qaldı, qarşıdan da Rusiyada prezident seçkiləri gəlir.
İndi Putinə hətta kiçik bir uğur da hava-su kimi lazımdır. Hədəfdə Cənubi Qafqazdır. Mərkəzi Asiyaya müdaxilə Kremlin Çinlə onsuz da həssas olan münasibətlərinə neqativ təsir edərdi və həmin bölgə onsuz da Rusiya üçün hələ xeyli müddət əlçatan olacaq.
Rusiya üçün strateji baxımdan daha əhəmiyyətli olan Cənubi Qafqazda isə vəziyyət mürəkkəbdir. Ermənistan Rusiyadan uzaqlaşır, Gürcüstan AB-nə üzvlüyə namizəd oldu, Azərbaycan isə Moskvaya loyallıq göstərməklə yanaşı Türkiyə ilə tərəfdaşlığı davam etdirir.
Bütün bunlar Moskvanın durmadan qaynayan Yaxın Şərqə yolunda maneələr yaradır. Bunların qarşısını almaq üçün də Rusiya Gürcüstanı hədəfə götürməlidir. Təsəvvür edək ki, belə də olur. O zaman bölgədə və onun ətrafında nələr baş verərdi?
Moskvanın bunu texniki baxımdan necə edə biləcəyi haqda xeyli mülahizələr yürütmək olar, amma əsas belə bir addımın nəticəsində nələrin baş verə biləcəyidir.
1. Türkiyə-Azərbaycan əlaqələri faktiki kəsilir;
2. Ermənistan-Qərb yolu nəzarətə götürülür;
3. Azərbaycanın enerji daşıyıcılarının Avropaya nəqli Rusiyanın nəzarəti altına keçir;
4. Gürcüstanın Avropaya inteqrasiyası dayandırılır və ya gecikdirilir;
5. Türkiyənin Cənubi Qafqaza təsiri azaldılır;
6. Rusiyanın isə Yaxın Şərqə yolu açılır.
Hadisələrin bu cür inkişafı Cənubi Qafqaz uğrunda mübarizəni yekun - qaynar fazaya keçirmiş olardı. İlk növbədə də Moskva ilə Ankara arasında. Əlbəttə bütün bunlar baş verərsə və Cənubi Qafqazın hüdudlarından kənara çıxmazsa. İkinci ehtimal da çox azdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam