Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sülh sazişinin mətninin son variantı Ermənistana göndərilib -Prezidentin nümayəndəsi

 

Sülh prosesinin bu həlledici mərhələsində İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi yanaşması zəruridir.

Yenixeber.org xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "The Guardian"a müsahibəsində deyib.

O qeyd edib ki, ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi İrəvandan öz təkliflərinə cavab gözləyir.

Onun sözlərinə görə, Ermənistan özü üçün Azərbaycanla sülh sazişinin imzalanmasının bütün faydalarını tam dərk etməli, eləcə də, sülh prosesini pozmağa və ölkəmizlə hərbi qarşıdurmaya qayıtmağa yönəlmiş bütün zərərli illüziyalardan və hiylələrdən imtina etməlidir.

Bakının hazırladığı sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi qeyd edən Prezidentin nümayəndəsi eyni zamanda bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəbliyi və vaxt aparması nəzərə alınaraq sonrakı mərhələdə həll oluna bilər.

E.Əmirbəyov sülh sazişinin imzalanmasından sonra tərəflər arasında mübahisələrin həlli mexanizmi barədə suala cavabında vurğulayıb ki, Azərbaycan bu məsələdə heç bir kənar müdaxilə olmadan ikitərəfli Ermənistan-Azərbaycan Komissiyasının yaradılması ideyasına üstünlük verir: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə birləşdirən Orta Dəhliz üçün alternativ marşrutun yaradılması kontekstində deyil, həm də öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi dəyərləndirir”.

E.Əmirbəyov vurğulayıb ki, cərəyan edən hadisələr göstərir ki, Bakı üç il Ermənistandan aydın cavab gözlədikdən sonra daha çox vaxt itirmək fikrində deyil: “Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında öz faydasını başa düşə bilmirsə, hələ də Azərbaycanın ona qarşı guya gözlənilən təcavüzünün olması barədə absurd rəvayətləri yaymaqda davam edib regional dalana dirənmək niyyətindədirsə, Azərbaycan artıq konkret fəaliyyətə keçib və qonşu İran ərazisindən yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin yaradılmasına üstünlük verməklə “B planı”nı həyata keçirməyə başlayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam