"Təəssüflər olsun ki, İsrailin Qəzzada HƏMAS-ın təsirinə son qoymaq məqsədilə başlatdığı bölgədə uşaq və qoca demədən qırğınlar davam edir. Hər kəsi bu suallar maraqlandırır: Bəs sonra nə olacaq? Orada yeni administrasiya qurulacaqmı, Mahmud Abbasın və ya Əl-Fətihin başçılığı ilə yeni bir quruluş olacaqmı? HƏMAS olmadan həll yolu mümkündürmü? Maraqlıdır, bu müddət ərzində HƏMAS ilə Əl-Fətih arasında hər hansı əlaqə olubmu? Bu atəşkəsdən sonra bölgə iki dövlətli həllə nə dərəcədə yaxındır? Türkiyənin buradakı rolu nədir?"
Yenixeber.org: Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstandan vətənə qayıdarkən jurnalistlərə verdiyi açıqlamada deyib.
Ərdoğan deyib ki, Əl-Fətih (Hərəkat əl-Tahrir əl-Vətəni əl-Fələstini, Fələstin Milli Qurtuluş Hərəkatı) və HƏMAS-ı öz kabinetində bir araya gətirib:
"Mən dəfələrlə demişəm və yenə deyirəm ki, HƏMAS terror təşkilatı deyil, siyasi partiyadır. Siyasi partiya olaraq qazanacaqları hüquqlar uğrunda mübarizə aparırlar. Əl-Fətih və HƏMAS-ı, yəni İsmayıl Haniyə və Mahmud Abbası öz kabinetimdə bir araya gətirdim. Əl-Fətih və HƏMAS-ın görüşməməsi deyə bir şey yoxdur. Danışıqlar gedir və onların bu danışıqları daha da irəli aparması mümkündür. İnanıram ki, bizim Türkiyə olaraq bu məsələdə gördüyümüz və edə biləcəyimiz çox şey var. Çünki Əl-Fətih və HƏMAS bir-biri ilə sülh içində yaşamalıdırlar. Hazırda HƏMAS-ın adı çəkiləndə biz Fələstindən danışırıq. Deməli, onlar bir-biri ilə ət və sümük kimidirlər. Hazırda biz bu birliyi qoruyub saxlamağa çalışmalı və birlikdə bu məsələni yekunlaşdırmalıyıq. Hesab edirəm ki, belə nəticə əldə etməliyik".
Ərdoğan vurğulayıb ki, hazırda yeganə narahatlığı Qəzzadan olan nə qədər yaralı və xəstəni Türkiyəyə aparıb müalicə etdirə biləcəyidir:
"Bundan sonra bu hücumlar bitərsə və bir məqam ortaya qoyulsa, gündəmimiz Qəzzanın tikintisi və dirçəldilməsi olacaq. Bunun üçün İslam dünyasını səfərbər etməliyik. Biz quruculuq və dirçəlişdə əlimizdən gələni etməyə hazırıq və bunu görüşdüyümüz Körfəz ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə qiymətləndiririk".(musavat)