Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

TÜRKİYƏ SÜLH PROSESİNƏ QOŞULUR –ABŞ dəstəkləyir, Rusiya narahatdır...

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Türkiyənin iştirakının genişlənməsində maraqlıdır. Bir neçə gün əvvəl Dövlət katibi Antoni Blinkenlə Türkiyə Xarici İşlər naziri Hakan Fidan arasında telefon danışığında bu məsələ geniş müzakirə olunub.

Yenixeber.org: Bu gün isə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Birləşmiş Ştatlar Türkiyənin Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində səmərəli rolunu alqışlayır.

Xatırladaq ki, həftənin əvvəlində Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər bəyan edib ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh üçün “fürsət qapısı” açılıb.

Dünən Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Azərbaycana gəldi və sülh prosesinə tam dəstəyini ifadə etdi: "Azərbaycanla Ermənistan arasındakı sülhün bərqərar olması üçün əlimizdən gələni etməyə hazırıq. Sülh danışıqlarının hansı mərhələdə olduğunu Prezident İlham Əliyev və nazir Ceyhun Bayramovla danışmışıq. Hesab edirik ki, sülhün bərqərar olması üçün kiçik texniki detalları çıxmaq şərti ilə heç bir problem yoxdur". 

Əlbəttə, sülh prosesində Ankaranın rolunun genişlənməsi Türkiyənin regionda yürütdüyü siyasətin tərkib hissəsidir və onun maraqlarını ifadə edir. Ankara 44 günlük müharibədən sonra Cənubi Qafqazda mövqelərinin möhkəmləndirilməsi üçün çalışır. Bu, Azərbaycanın da maraqlarına uyğundur, çünki onun strateji müttəfiqinin bölgədəki imkanları genişlənir və Rusiyanın prosesə neqativ təsiri balanslaşdırılır.

Türkiyənin regionla bağlı xarici siyasətində Qərbin yeritdiyi xətlə ortaq nöqtələrlə yanaşı bəzi ziddiyətlər də var. Məlumdur ki, Türkiyə regionda 3+3 prinsipinin əsas təşəbbüskarıdır, regional problemlərin elə regionun böyük ölkələrinin iştirakı ilə həll olunmasına tərəfdardır. Bu mesaj həm Yaşar Gülərin, həm də Hakan Fidanın bəyanatlarında yer alıb.

Müdafiə naziri Gülər “Bizim gözləntilərimiz ondan ibarətdir ki, Ermənistan digər ölkələrlə deyil, qonşuları ilə əməkdaşlıq mövqeyindən çıxış edəcək", açıqlaması Qərbə xəbərdarlıq mahiyyəti daşıyır. Yəni, Ermənistan sülh istəyirsə, yalnız ABŞ və Avropa İttifaqına ümid etməməlidir.

Xarici işlər naziri Hakan Fidanın bu xüsusda Bakıda dedikləri daha maraqlıdır: “Biz Azərbaycanla Ermənistan arasında normallaşma yönündə müzakirələri dəstəkləyirik və bu sahədə üzərimizə düşən hansı vəzifələr varsa, yerinə yetirməyə hazırıq. Bəzi ölkələrin yanlış yanaşmalarına qarşı da mövqeyimizi ortaya qoyuruq".

Fidan “yanlış yanaşmalar” dedikdə Qərbin Ermənistana birtərəfli dəstəyini nəzərdə tutur. Beləliklə, Türkiyənin əsas mesajı bundan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli qaydada əldə olunan sülh razılaşması Ankaranın maraqlarına uyğundur. Bir şərtlə, proses Azərbaycanın mövqeyinə uzlaşdırılmalıdır, kənar təzyiq və müdaxilələr yolverilməzdir.

Bakıda keçirilən Türkiyə-Azərbaycan danışıqlarında Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsinə də toxunulub. O, bildirib ki, bu məsələdə Ankara Bakı ilə ortaq hərəkət etməkdə davam edəcək.

Bu, Ankaranın 90-cı illərdən etibarən dəyişməyən mövqeyidir. Türkiyə Azərbaycanın maraqlarını nəzərə alır, bununla paralel sülh sazişinin imzalanmasını, onun nəticəsi olaraq Ermənistanla quru sərhədlərinin açılmasını istəyir. Bu isə Rusiyanın maraqlarına ziddir və dünən Rusiya XİN-dən Ermənistanın ünvanına səsləndirilən hədə bəyanatları prosesin dayandırılması cəhdlərindən xəbər verir.

Moskva Cənubi Qafqazda davamlı sülhə öz həyati maraqlarına təhlükə mənbəyi kimi baxır. Kremldə əmindirlər ki, prosesin sürətlənməsi Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına, Türkiyə və Qərbin güclənməsinə gətirib çıxaracaq. Ona görə də ən zəif bənd olan İrəvanın üzərinə səlib yürüşü başlayıb. Yaxın dövrlərdə bu gərginliyin qarşıdurma həddinə çıxacağı gözləniləndir.(Azpolitika)

E.Rüstəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam