Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Türkiyə Bilnkenin səfər xahişini iki dəfə rədd edib – Ankarada baş verən olayın pərdəarxası

Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti ABŞ dövlət katibi Entoni Blinkenin Ankaraya səfəri zamanı baş verən hadisələrin pərdarxası məqamlarından yazıb. Hande Fıratın qələmə aldığı məqalədə xarici işlər naziri Hakan Fidanın Vaşinqton təmsilçisini soyuq qarşılamasının indiyə qədər mediada yazılmayan səbəblərinə işıq salıb.

Yenixeber.org: Məqalədə qeyd olunur ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında başlayan müharibədən sonra Blinken iki dəfə Ankaraya gəlmək istəyib, amma Türkiyə rəhbərliyi gərgin diplomatik trafiki əsas gətirərək onu qəbul etməkdən imtina edib.

Hande Fırat yazır:

“Nəhayət, dünən cəmi yarım saat planlaşdırılan görüş iki saat yarım çəkib, nazirlər Qəzzada baş verən hadisələrin bütün detallarını müzakirə edib, Hakan Fidan Türkiyənin mövqeyini çox açıq şəkildə ABŞ rəsmisinin diqqətinə çatdırıb.

Blinken Xarici İşlər Nazirliyinin girişində Hakan Fidanla əl sıxdıqdan sonra onu qucaqlamaq üçün irəli addım atsa da, Hakan Fidanın geri çəkilməsi diqqətdən yayınmayıb.


           Bəs Fidan niyə geri çəkildi?

Blinkenin maşını Xarici İşlər Nazirliyinin qapısına çatanda Hakan Fidan aşağı enərək hərzamankı olduğu kimi nazirliyin giriş qapısının önündə dayanıb. Lakin telefonla danışan Blinken maşından düşməyib, Fidan isə içəri keçib. Diplomatik ədəbsizlik nümayiş etdirən Blinkeni içəridə qarşılayan Fidan, bu zaman ABŞ dövlət katibinin onu öpmək cəhdini rədd edib.

Nazirlər əvvəlcə təkbətək, sonra nümayəndə heyətləri arasında müzakirələr aparıblar. Gündəmin ən qaynar mövzusu Yaxın Şərqdəki müharibə və İsrailin törətdiyi qırğınlar olub. Fidan ABŞ-ın dünya ictimai rəyində və regiondakı imicinin hazırkı durumu ilə bağlı açıq danışıb və Blinkenə aydın ifadələrlə xəbərdarlıq edib”.

“Hürriyet” yazarı əldə etdiyi məlumatlara əsasən görüşlərdə Blinkenə və ABŞ-a verilən mesajları belə sıralayıb:

- Fidan və Türkiyə nümayəndə heyəti Qəzzada baş verənləri, İsrailin mülki vətəndaşları və uşaqları öldürməsini, infrastrukturu dağıtmasını insanlığa qarşı törədilən cinayət hesab edir;

- Parisdən Londona, Vaşinqtona qədər bütün dünya xalqları, eləcə də region ölkələri şahidi olduqları qırğınlara etiraz edir, ABŞ isə İsraili müdafiə etməklə bütün dünyada öz imicinə xələl gətirir”.

Hande Fırat yazır ki, Ankarada keçirilən danışıqların əsas bəndlərinə gəldikdə onları belə ümumiləşdirmək olar:

- Ankara dərhal atəşkəs tələb edib;

- Hələlik atəşkəs sözünü tələffüz etməkdən çəkinən ABŞ rəsmisi isə “Pauza” sözünü işlədib.

ABŞ-ın məqsədi belə izah edilib:

- Pauza, yəni dayanmağı təmin etmək;

- Girovların azad edilməsi;

- Girovların Qəzzanı tərk etməsinin təmin edilməsi;

- Bunun üzərinə yeni bir proses yaratmaq.

- ABŞ mülki ölümlərin qarşısını almaq və humanitar yardımı artırmaq üçün səyləri sürətləndirəcəyini bildirib.

- Blinken və ABŞ nümayəndə heyəti də Qəzzanı boşaltmaq planlarının olmadığını bildiriblər; “hər kəs yerində qalacaq” mesajı verilib.



Danışıqlar zamanı Blinken ABŞ-ın problemin həlli ilə bağlı mövqeyini təkrarlayıb: “Münaqişə iki dövlət prinsipi ilə həllini tapmalıdır”. Hakan Fidan və Türkiyə heyəti də münaqişənin 1967-ci il sərhədləri çərçivəsində iki dövlət prinsipi əsasında həllin vacib olduğunu bildirib və Türkiyənin bu həll üçün gündəmə gətirdiyi qarant formulunu açıqlayıb. Görüşün sonunda Blinken Fidana “gəlin daim əlaqə saxlayaq” deyib.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam