Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Putin seçki öncəsi kompaniyaya başladı:təqvim “doldurulur”

Vladimir Putin səs verib

Vladimir Putin seçki öncəsi kompaniyaya start verib. 2024-cü ildə Rusiyada baş tutacaq prezident seçkilərinə qatılmaq istəyən Putin beşinci dəfə Rusiya Federasiyasına rəhbərlik etmək istəyir.

Yenixeber.org: Siyasi şərhçi Andrey Pertsev “Meduza”ya açıqlamasında Rusiya Prezident Administrasiyasının Putinin seçiləcəyi 2024-cü ilə keçidi növbəti bayramlarla, tədbirlərlə doldurmaq üçün artıq əməli işə keçdiyini bildirib.

Andrey Pertsev Kremlin “Bu bizdə ailəvidir” adlı ümumrusiya müsabiqəsi planlaşdırdığını da söyləyib. Məqsəd müsabiqə iştirakçılarına ev udmaq və Rusiya ərazilərinə səfərlər etmək imkanı qazandırmaqdır.

Pertsevin sözlərinə görə, müsabiqənin məhz 4 noyabrda reallaşması, həmin gün Rusiya Forumunun işə başlaması Putinin təbliğatı kompaniyasının bir hissəsidir, burada təsadüf ola bilməz.

Andrey Pertsevin iddia etdiyinə görə, artıq Kremldə “sadiq” şəxslərin siyahısı hazırlanır. Siyahıda adı yer alacaq sənətçilərin vəzifəsi isə Rusiya turuna çıxmaq, patriotik ruhda təbliğat aparmaqla Vladimir Putin rejimini müdafiə etməkdir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam