Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Bir də görəcəyik ki, 100 min azərbaycanlı Ermənistandadır -Bu gün isə artıq nimçədə Ermənistandır

Paşinyanın hərəkətləri və onun hakimiyyəti sayəsində biz Qarabağı viran qoyduq və gümüş nimçədə Azərbaycana təqdim etdik.

Yenixeber.org: Bu sözləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan videomüraciətində bildirib.

“Müstəqillik əldə etdikdən sonra Ermənistanda 4 lider olub - 3 prezident, Konstitusiyaya dəyişikliklərdən sonra isə baş nazir. Üç prezidentin dövründə Qarabağda “yeni prezidentlər seçilib”. Amma bu 3 prezidentdən heç biri Qarabağdakı “andiçmə mərasimi”ndə rəqs etməyib. Bu üç prezidentdən heç biri Xankəndi meydanında deməyib: “Qarabağ Ermənistandır, vəssalam”.

Paşinyan bunu etdi. 44 günlük müharibədən cəmi bir neçə gün əvvəl o, Matenadaran zalında Ermənistan üçün 20-50 illik baxışını təqdim etdi. Paşinyan və hökuməti sadəcə yuxudadır və bu gün də vəziyyət eynidir. Bütün bunların nəticəsi o oldu ki, biz Qarabağı viran qoyub, nimçədə Azərbaycana təhvil verdik. Bu gün isə artıq nimçədə Ermənistandır, lakin onlar bunu kimə verəcəklərini hələ bilmirlər”, - Oskanyan bildirib.

Onun fikrincə, “Dünyanın kəsişməsi” belədir: Ermənistanı gümüş nimçəyə qoyublar və bilmirlər kimə versinlər:

“Çox güman ki, heç bir Qarabağ sakini (Qarabağın keçmiş sakini – red.) öz evinə qayıda bilməyəcək və hansısa anda biz görəcəyik ki, Azərbaycana anklavları qaytarmışıq və 100 mindən çox azərbaycanlını qəbul etmişik. Təəccüblənməyin, bu mümkündür, ən inanılmaz hadisə baş versə də təəccüblənməyin, çünki bu insanlar nə etdiklərini bilmirlər”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam