Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tehranın Qəzzada “qırmızı xətt”i niyə yoxdur? –TƏHLİL

    İran müsəlman ölkələrini qabağa verməyə çalışır – neft və ərzaq satışı ilə bağlı absurd çağırış

Yenixeber.org: İranın dini lideri Əli Xamneyi İsrailin Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı apardığı hərbi əməliyyat fonunda müsəlman ölkələrini İsrailə neft və ərzaq ixracını dayandırmağa çağırıb. İran mediası onun sözlərindən sitat gətirib:

“Qəzzanın bombalanması dərhal dayandırılmalı, neft və ərzaq ixracat yolları sionist rejim üçün bağlanmalıdır”.

İran rəhbərliyi bu çağırışı İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında da səsləndirib.

Daha sonra Hizbullah lideri ərəb ölkələrini İsrailə neft ixracını dayandırmağa çağırıb. Bu çağırışı hərəkatın lideri Həsən Nəsrullah dünən İsrail-Fələstin müharibəsinə həsr olunmuş çıxışında edib. Müraciət Livan televiziya kanalları tərəfindən yayımlanıb. Nəsrullah çıxışında bildirib ki, ərəb və islam ölkələri düşmənlə əlaqələri kəsməli, ona neft, qaz və ərzaq tədarükünü dayandırmalıdırlar.

İranın çağırışından dərhal sonra OPEC-dəki dörd mənbə Reuters agentliyinə bildirib ki, İranın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) İsrailə neft embarqosu tətbiq etmək çağırışından sonra OPEC-in fövqəladə iclaslar çağırmaq və ya hər hansı tədbir görmək planı yoxdur. Təşkilatda hesab edirlər ki, Tehranın təklifinin reallaşması mümkün deyil. OPEK-dəki mənbələrdən biri agentliyə “Biz siyasi təşkilat deyilik” deyib.

Başqa bir mənbə isə 1973-cü ildə Səudiyyə Ərəbistanı və tərəfdaşlarının İsrailin tərəfdaşlarına - ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya və Hollandiyaya neft embarqosu qoyduğu vəziyyəti xatırlatmaqla, "geosiyasi mühit 50 il əvvəlkindən çox fərqlidir" fikrini səsləndirib.

Bloomberg analitiklərinə görə, müsəlman ölkələri neft satışını dayandırarsa, İsrail dəniz yolu ilə nəqli yoluna qoymaqla neftsiz qalmayacaq. Belə ki, Bloomberg Kpler analitiklərinə istinadən xəbər verir ki, mayın ortalarından bəri İsrail gündəlik təxminən 220 min barel neft  idxal edib ki, bunun da təxminən 60 faizi iki ölkədən - Qazaxıstan və Azərbaycandan reallaşıb. Digər əsas təchizatçılar Qərbi Afrika istehsalçıları, ilk növbədə Qabondur.

Lakin müsəlman ölkələri tam miqyaslı embarqo tətbiq edərsə, İsrailin çoxlu təchizat alternativləri olacaq. Agentlik hesab edir ki, İsrail ABŞ və Braziliyadan çatışmayan neft həcmlərini asanlıqla təmin edə bilər. Bu baxımdan, islam ölkələri qadağaya gedərsə, Təl-Əviv üçün ən çətin iş limanlarının təhlükəsizliyini təmin etmək olacaq. Hazırda ölkənin üç terminalı var:

Aralıq dənizində Aşkelon və Hayfa və Qırmızı dənizdə Eylat. Neft idxal terminallarının ən əhəmiyyətlisi olan Aşkelon gündə təxminən 180 min barel neft qəbul edir. O, Qəzza zolağının yaxınlığında yerləşir və HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan az sonra bağlanıb. “Kpler”in məlumatına görə, 2020-ci ildən bəri Eylatdakı Qırmızı dəniz terminalı vasitəsilə heç bir xam neft idxal edilməyib, Hayfaya axın isə gündə orta hesabla 40.000 barel təşkil edir.

Qeyd edək ki, 2022-ci ildə İsrail 9,8 milyard dollarlıq neft idxal edib. Lakin onun yarıya qədərinin hansı ölkədən alındığı açıqlanmır. “S&P Global Commodity Insights”a görə, 2022-ci ildə İsrailə neftin əsas tədarükçüləri İraq Kürdüstanı, Azərbaycan və Qazaxıstan, daha kiçik həcmdə isə Nigeriya, Qabon və Braziliya olub. Və bu ilin yanvar-oktyabr aylarında İsrail nefti əsasən Türkiyə, Rusiya və Qabon limanlarından alıb. Türkiyədən tədarüklər Azərbaycanla yanaşı, İraq Kürdüstanından və Şimali Suriyanın Türkiyənin nəzarətində olan bölgələrindən əldə olunur. Həcm baxımından İsrailin 2023-cü ilin 10 ayında xam neft idxalı gündə təxminən 300 min barel, neft məhsulları isə 50 min barrelə qədər olub.

Bir sıra mənbələrdə BƏƏ, Oman, Sudan, Anqola, Meksika, Albaniyadan və başqa ölkələrdən neftin təkrar ixrac yolu ilə İsrailə çatdığı da qeyd olunur. Adı çəkilən ölkələrdən İslam Əməkdaşlıq Təşkilatına Azərbaycan, Qazaxıstan, İraq, Türkiyə, Sudan, Nigeriya və Qabon, eləcə də bütün OPEK üzvü olan ölkələr daxildir.

Son vaxtlara qədər İsrail neft idxalına BƏƏ-dən də təchizat daxil idi. Belə ki, BƏƏ neftinin 2020-ci illərin əvvəllərindən etibarən Eylat limanından (Qırmızı dəniz) Aşkelon limanına (Aralıq dənizi) qədər yaradılmış trans-İsrail neft kəməri vasitəsilə tranzitinin haqqı qismən  əmtəə şəklində ödənir. Ərəb ölkələrinin İranın təşəbbüsünə reaksiyasından görünür ki, İsrail-BƏƏ neft əlaqələrinə son qoyulması ehtimalı azdır.

Üstəlik, Ərəbistandakı demək olar ki, bütün neft və qaz ölkələri İrana bitişik Hörmüz boğazı, eləcə də Qırmızı dəniz - Süveyş kanalı vasitəsilə ənənəvi ixrac marşrutlarından asılılığını azaltmağa çalışır. Müvafiq olaraq, artıq Fars körfəzi və Qırmızı dəniz limanları arasında trans-ərəb neft kəmərləri, həmçinin trans-İsrail boru kəməri fəaliyyət göstərir. Ərəb ölkələri həmin kəmərlə neft nəqlinə İran və Süveyş kanalından asılılığın azaldılması yolu kimi baxırlar.

Ekspertlərə görə, İsrail üçün neft tapmaq həm də ona görə çətin olmayacaq ki, dünya bazarında çoxlu “naməlum” neft var: Cənubi Sudan, Liviya, İraq Kürdüstanı, Şimali Suriya, sanksiyaya məruz qalmış Myanma, qismən Şərqi Timor, Papua Yeni Qvineya, Venesuela, Konqo Demokratik Respublikası, Çad, Trinidad və Tobaqo və sair. Bu ölkələrin xeylisindən gizli yolla satılan neftin bir hissəsinin İsrailə çatdığı çoxdan məlumdur. Mövcud məlumatlara görə, hazırda neft ixracı və idxalının qlobal həcminin ən azı üçdə biri “sahibi olmayan” xammaldan ibarətdir.

Maraqlıdır ki, 2023-cü ilin əvvəlində İsrailin özü də neft ixracatçıları arasında idi. O, Aralıq dənizindəki “Kariş” yatağından qara qızıl ixrac etməyə başlayıb. “Kariş” iki ölkənin şelfinin sərhədində yerləşdiyi üçün İsrail və Livan arasında uzun müddət mübahisə mövzusu olub. Onun həlli ilə bağlı yalnız 2022-ci ilin oktyabrında ABŞ-ın iştirakı ilə razılaşma əldə etmək mümkün olub. İndi bu yatağın təhlükəsizliyi məsələsi çox kəskindir.

Politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, İsrailə neft satışının dayandırılması çağırışı reallaşması mümkün olmayan təşəbbüsüdür:

_elxan234.jpg (76 KB)

“Bəzi ərəb ölkəsi İsraillə diplomatik əlaqələrə fasilə verib, ancaq bu müvəqqəti xarakter daşıyacaq, Türkiyə belə İsraili sərt tənqid etməsinə baxmayaraq, bu ölkə ilə iqtisadi əlaqələri dayandırmayıb”.

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə bildirir ki, İsrail gündəlik 220 min barel neft idxal edir:

SABAN.jpg (28 KB)

“Onun 40 min bareli Azərbaycandan, 85 min bareli Qazaxıstandan, 25 min bareli Afrikanın müsəlman ölkələrindən, 90 min bareli isə dünyanın müxtəlif ölkələrindəndir. Yəni İranın çağırışı İsrailin neftlə təhcizatına təsir edə biləcək gücdə deyil. Bundan əlavə, əksər ərəb ölkələrinin İsraillə xeyli gəlişmiş iqtisadi əlaqələri var. Məsələn, Misirlə İsrailin enerji əməkdaşlığında böyük əlaqələri var: İsrail qazı Misirdəki xarici konsorsiumun mayeləşdirilən qaz zavoduna ixrac edilir, Misirdən isə İsrailə neft də gəlir. Digər tərəfdən, əlaqələr də sırf hökumətlər üzərində cəmləşməyib: Qərb kapitallı özəl sektora əsasən gerçəkləşdirilir”.

Aydın məsələdir ki, İsrailə qarşı neft embarqosu çağırışı irəli sürən İran Qazaxıstan və Azərbaycanın Tə-Əvivə neft satdığını bilməmiş deyil. Azərbaycanın torpaqları Ermənistanın quldur ordusu tərəfindən işğal olunanda, minlərlə müsəlman azərbaycanlı qətlə yetiriləndə, məscidlərimizdə donuz saxlananda Tehran nəinki ermənilərə hər hansı embarqo qoyulmasını təklif etmədi, hətta özü işğalçı qonşunu təchiz etməyə başladı. 30 ilə yaxın dövrdə İrandan Ermənistana güzəştli qiymətlərlə yanacaq, ərzaq daşındı. 2020-ci ildə Azərbaycan öz ərazilərinin mühüm hissəsini azad etdikdən sonra belə fars rejimi Xankəndindəki separatçı rejimə maşın-maşın yanacaq göndərməkdən çəkinmədi, üstəlik, Ermənistan sərhədlərini özü üçün qırmızı xətt elan edib, hər mümkün fürsətdə Azərbaycana hədə-qorxu gəlməyə çalışdı. İndi isə özü ABŞ-ın təhdidləri qarşısında birbaşa HAMAS-a dəstək verməyə cəsarət etməyib, digər ölkələri zərbə altına salmağa çalışır. Burada çox məntiqli sual yaranır: Əgər Tehranın Fələstində həlak olan günahsız insanlara bu qədər ürəyi yanırsa, niyə Qəzza bölgəsini də Ermənistan sərhəddi kimi özü üçün qırmızı xətt elan etmir? Axı İsrail artıq həmin ərazidə faktiki olaraq quru əməliyyatı həyata keçirir?(musavat.com)

Dünya SAKİT


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam