Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

TRAMP ABŞ-ın YENİ PREZİDENTİ OLA BİLƏR – Bayden yeddi əsas ştatın beşini uduzur

“Ukraynadakı müharibə, pandemiya və qlobal böhran zamanı yaşanan iqtisadi problemlər səbəbindən ABŞ seçicilərinin hazırkı Prezident Co Baydenə olan inamı azalıb. Seçici dəstəyinə görə, ABŞ-ın 45-ci Prezidenti və Baydenin əsas rəqibi Donald Tramp bir sıra mühüm ştatlarda ondan öndədir”.

Yenixeber.org: Bu barədə ABŞ-ın “Bloomberg” nəşrində yayımlanan məqalədə bildirilir.

“Bloomberg”-in keçirdiyi sorğunun nəticələrinə görə, Tramp Arizona, Corciya, Şimali Karolina, Pensilvaniya və Viskonsin kimi aparıcı ştatlarda Baydendən öndədir. Onların səs nisbəti müvafiq olaraq 47 və 43 faizdir.

Qeyd olunur ki, Bayden yalnız Nevada ştatında Trampı qabaqlayır, Miçiqanda isə namizədlərin səs nisbəti demək olar bərabərdir.

ABŞ nəşri yazır ki, bu ştatlar növbəti prezidentin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edəcəklər.

Həmçinin bildirilir ki, ABŞ əhalisinin böyük əksəriyyəti düşünür ki, ölkə iqtisadiyyatı Trampın dövründə daha yaxşı idi. Bundan əlavə, insanlar Trampın immiqrasiya və infrastrukturun inkişafı ilə bağlı mövqeyini, eləcə də Ukrayna və Çinə münasibətini bəyənirlər.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam