Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Qarabağ münaqişəsinə hələ nöqtə qoyulmayıb –Rusiya rəsmisi

Qarabağda münaqişə hələ də yekunlaşmayıb. İlk növbədə onu deyim ki, sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə əldə edilib.

Yenixeber.org: Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Beləliklə, Rusiya Cənubi Qafqazda özünün ən mühüm sabitləşdirici rolunu yerinə yetirməyə davam etdi. Hesab edirəm ki, münaqişə vəziyyətinə hələ də son qoyulmayıb. Və burada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər kompleksi aktual olaraq qalır. Söhbət Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması, sərhədin delimitasiyası ilə onun sonradan demarkasiyası, sülh müqaviləsinin imzalanması və ictimai xadimlər, ekspert icmaları, Azərbaycan və Ermənistan parlamentariləri arasında əlaqələrin qurulması kimi mühüm komponentlər üzrə razılaşmaların əldə olunmasından gedir. Bütün bunlar birlikdə gələcək razılaşmada müəyyən ediləcək qarşılıqlı məqbul normallaşma şərtlərinə gətirib çıxarmalıdır. Rusiya isə hər iki ölkə ilə tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan dövlət kimi iki qonşumuz arasında davamlı, balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək etməyə çalışacaq”, - o bildirib.(Axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam