Makronun sammit fiaskosu:Heç nəyi yox idi...
Qranada sammiti fiaskoya uğradı.
Yenixeber.org: "Politico" portalı 50-yə yaxın liderin, siyasətçilərin və jurnalistlərin qatıldığı Qranada sammitinin Avropanın astanasında münaqişələrin, yaxud hər hansı digər regional problemin həlli baxımından əhəmiyyətli irəliləyişin əldə olunmadığı tədbir kimi yadda qaldığını bildirib.
Qeyd olunur ki, Emmanuel Makronun layihəsi olan Avropa Siyasi Birliyinin üçüncü toplantısı məsləhətçilər tərəfindən Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq, Balkanlarda gərginliyi azaltmaq və qitənin təhlükəsizliyi ilə bağlı strateji danışıqlar imkanı kimi təqdim edilib.
"Liderlər ABŞ-ın Ukraynaya yardımı ilə bağlı narahatlıqlar fonunda Avropaya dəstək vermək üçün Qranadada olan Ukrayna Prezidenti Vladimir Zelenskinin ətrafında toplaşsalar da, əsas oyunçuların olmaması səbəbindən digər münaqişələrdə irəliləyiş əldə edə bilmədilər", - xəbərdə qeyd olunub.
"Politiko" yazıb ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşü buraxmaq qərarına gəldilər, amma iştirakçılar Əliyevlə Paşinyan arasında Azərbaycanın antiterror əməliyyatından sonra ilk görüşü keçirməyə ümid edirdilər:
" Azərbaycan Fransanı danışıqlarda qərəzli olmaqda ittiham edib. Lakin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial şəbəkə hesabında rəsmi Bakının Brüsseldə AB, Azərbaycan və Ermənistan formatında üçtərəfli görüşlərə hazır olduğunu bildirib".
Nəşr qeyd edib ki, sammitin heç də yaxşı nəticələnmədiyini yazıb:
"İspaniyanın 700-ə yaxın jurnalisti dəvət etdiyi sammitdə gözlənilmədən mətbuat konfransı ləğv edildi. Amma ev sahibi (İspaniya) bəyanatları ehtiva etməli və Avropa Siyasi Birliyinin rəhbərliyinin İspaniyadan Böyük Britaniyaya keçməsini rəsmi şəkildə qeyd etməli idi. İspaniya administrasiyası əsas mətbuat konfransının niyə ləğv edildiyini izah etməkdən imtina edib.
Liderlərin sammitə həvəssizliyi günün əvvəlindən açıq-aydın görünürdü.
Nə Almaniya kansleri Olaf Şolts, nə də Böyük Britaniyanın Baş naziri Rişi Sunak mətbuata açıqlama verdi. İdeyası Avropa Siyasi Birliyinin yaradılması olan Emmanuel Makronun görüşə gedən yolda deyəcək heç nəyi yox idi.(Publika.az)