Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Makronun özünü Qarabağda “oda atması”nın şok səbəbi -"Azərbaycan onu bizə versin..."

Fransa neçə müddətdir ki, Azərbaycan Dəmir Yollarının özəlləşdirilməsini və 99 illiyə nəzarət paketinə sahiblənmək istəyir

Yenixeber.org: Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron “Le Point” qəzetinə müsahibəsində yenə Azərbaycanı ittiham edən tonda danışıb. “Laçın yolunun blokadaya alınmasına təəssüf edirəm və pisləyirəm”, - deyən Makron sonra bunları əlavə edib:  “Biz həmişə demişik ki, xalqların suverenliyini dəstəkləyirik. Dağlıq Qarabağ məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı deyilən ən sərt mövqeləri təkrarlaya bilmərəm. Fransa 2020-ci il müharibəsini birmənalı olaraq pislədi və bir çox humanitar aksiyalar təşkil etdi. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına, xalqların və mədəniyyətlərin qorunmasına xidmət edən saziş tapmaq üçün əlimizdən gələni edirik. Bu sülh müqaviləsi zəruridir, lakin bu, beynəlxalq hüquqa uyğun olmalıdır”.

Fransa prezidentinin sözlərinə görə, Qarabağda “qəbuledilməz humanitar vəziyyət” yaranıb və Fransanın bu məsələdə rolu Azərbaycana “təzyiq göstərməkdir”. “Biz bu istiqamətdə əlimizdən gələni edirik”, - deyən Makron fikirlərinə belə davam edib: “Xüsusilə biz Qarabağa ərzaq, dərman çatdırmaq və bu bölgəyə sərbəst girişi təmin etmək üçün təşəbbüslərlə çıxış etməyə davam edirik. Bundan başqa, bu gün Ermənistanın öz sərhədləri də təhlükə altındadır”.

Fransa prezidenti Makronun qatı ermənipərəstliyi və anti-Azərbaycan təbliğatını  dayandırmamasının səbəbləri haqda çox yazılıb. Hələ müharibənin bitməsindən dərhal sonra belə iddialar vardı ki, Makron və ona bağlı biznesmenlərin Kəlbəcərin “Söyüdlü”, Zəngilanın isə “Vejnəli” qızıl yataqlarında maddi maraqları olub. Ermənistanın işğal illərində genişmiqyaslı talan əməliyyatına Fransanın erməni əsilli və ya erməni diasporu ilə əlaqəli iş adamlarının cəlb edildiyi bilinən faktlardır.

Bəs Makron Azərbaycandan nə istəyir ki, bu qədər “özünü yandırır”, dinclik tapmır? Bu, ermənilərə dəstək vermək istəyidir, yoxsa ortada açıqlanmayan başqa məsələlər var? 

Redaksiyamıza mötəbər mənbələrdən daxil olan məlumata görə, Fransa neçə müddətdir ki, Azərbaycan Dəmir Yollarının özəlləşdirilməsini və 99 illiyə nəzarət paketinə sahiblənmək istəyir. Mənbə deyib ki, bu, ağlasığmaz və gerçəyi yansıltmayan təklifdir. Çünki Azərbaycan Dəmir Yolları qapalı səhmdar cəmiyyətdir, yəni dövlətin nəzarətindədir və özəlləşdirilərək nəzarət paketlərinə bölünməsi müzakirə mövzusu deyil. Azərbaycan dövləti dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyur. Son illərdə ölkənin dəmiryol sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu sahəyə həm dövlət, həm də kredit vəsaitləri hesabına milyardlarla manat investisiya yatırılır.

AbzasMedia - Makron Rusiyanı Ermənistan-Azərbaycan münaqişəsini  gərginləşdirməkdə ittiham edib

Azərbaycan dəmir yolunda təkmilləşdirmə işləri həm Şimal və Cənub istiqamətində, həm də Qərb istiqamətində həyata keçirilir. Hökumət xüsusilə Rusiyanın Ukraynaya hücumundan sonra ticarət marşrutlarında yaranan dəyişiklikləri, onların formalaşdırdığı yeni şərtləri nəzərə alır. Yeni reallıqlar Avropa-Asiya ticarət daşımalarının Rusiyadankənar ərazilərdən yeni marşrutlarla reallaşmasını tələb edir. Belə marşrutlardan ən əlverişlisi olaraq Orta Asiya-Xəzər dənizi-Azərbaycandan keçən Orta dəhliz irəli sürülür. Yaxın və ortamüddətli dövrdə bu dəhlizlə yükdaşımaların dəfələrlə artması gözlənilir. Eyni zamanda Qərb yollarından məhrum olan Rusiya ticarət əlaqələrini Asiyaya yönəldir. Bu zaman ticarətin Azərbaycan üzərindən keçərək İrana, oradan Hindistana qədər uzanan Qərb marşrutu ilə aparılması ən səmərəli hesab edilir. Rusiya və İran Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olaraq bu marşrutun imkanlarını genişləndirməyə çalışırlar. Azərbaycan bunları nəzərə alaraq hər iki istiqamətdə dəmiryol sisteminin ötürücülük gücünü artırmaqdadır.

Maraqlıdır ki, Fransanın dövlət maliyyə qurumları, özəl şirkətləri 2010-cu ildən Azərbaycan dəmir yolları ilə maraqlanmaqdadır. Azərbaycan 2017-ci ildə Fransanın şimal-şərqində yerləşən Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib.

Fransanın “Alstom Transportation S.A.” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 12 may 2014-cü il tarixdə müqavilə imzalanıb. Həmin müqavilənin tərkib hissəsi kimi “Alstom” şirkəti ADY üçün 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal etməli idi. İlk lokomotiv 2017-ci ildə ADY-yə təqdim olunub. 2018-ci ildə 1, 2019-cu ildə isə qalan 8 lokomotiv Azərbaycana gətirilib. Onların ümumi dəyəri 54 milyon 460,33 min dollar təşkil edib.

Azərbaycan dəmir yollarında apardığı yenidənqurma işlərinə xaricdən kredit cəlb edir. Bu məsələdə Fransa İnkişaf Agentliyi (AFD) xüsusi fəallığı ilə seçilir. Agentliklə bağlı Fransanın Azərbaycandakı səfirliyinin internet səhifəsində yerləşdirilən məlumatda bildirilir ki, AFD Qrupu Fransanın inkişaf və beynəlxalq həmrəyliklə bağlı siyasətini həyata keçirir: “Dövlət sektoru və QHT-lərə maliyyə dəstəyi verən AFD (Fransa İnkişaf Agentliyi), özəl sektoru maliyyələşdirən "Proparco" və texniki əməkdaşlıq agentliyi olan “Expertise France”dan ibarət olan bu qrup daha bütöv və dözümlü dünyaya keçidi maliyyələşdirir, dəstəkləyir və sürətləndirir. Qrup fəaliyyət göstərdiyi ölkələrdəki tərəfdaşları ilə birlikdə ortaq həllər üzərində çalışır. Fransanın və fransız xalqının Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı götürdüyü öhdəliklərin icrasına töhfə vermək məqsədilə AFD Qrupunun heyətləri yerlərdə - Fransada (Avropa xaricindəki ərazilərdə) və 115 ölkədə - ortaq dəyər kəsb edən iqlim, biomüxtəliflik, sülh, gender bərabərliyi, təhsil və ya səhiyyə sahələrində 4000-dən artıq layihədə fəaliyyət göstərir".

AFD-nin Cənubi Qafqaz ofisi üç ölkəni - Azərbaycan, Ermənistan və Gürcüstanı əhatə edir. 2016-cı ildə Tiflisdə açılıb: “Azərbaycanda AFD "yaşıl və inklüziv inkişaf" mandatı çərçivəsində hökuməti inkişaf layihələrində dəstəkləyir. Nəqliyyat sektorunda bir sıra layihələr, ayrıca olaraq Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolu xəttinin Azərbaycan hissəsinin yenilənməsi, Şimal-Cənub xəttinin (Sumqayıt-Yalama) müasirləşdirilməsi və Azərbaycan dəmir yolları şirkətinin maliyyə restrukturizasiyasına dəstək kimi layihələri həyata keçirir. Asiya İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir. Hazırda AFD “Azərbaycan 2030: gələcəyə baxış konsepsiyası”na dəstək olaraq, iqlim dəyişikliyi, şəhərlərin dayanıqlı inkişafı, regional inkişaf və su ehtiyatlarının idarə edilməsi mövzuları ətrafında çoxillik proqramını formalaşdırmaqdadır. 2015-ci ildən bəri Azərbaycanda AFD tərəfindən ölkəyə fayda gətirən layihələrə 276 milyon avro ayrılmışdır".

AFD-nin Azərbaycan dəmir yollarında maliyyələşdirdiyi layihələr bunlardır:

Şərq-Qərb dəhlizinin inkişafı. AFD 2015-ci ildən Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolu xəttinin Azərbaycan hissəsinin yenilənməsinə dəstək verir. Layihə iki texniki xidmət emalatxanasının tikintisinə, maşinist və lokomotiv maşinistlərinin hazırlanmasına imkan verəcək. O, həmçinin dəmir yolu personalının texniki potensialının artırılmasına və yeni lokomotivlərin saxlanmasına öz töhfəsini verir.

Şimal-Cənub xəttinin yenilənməsi. Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində AFD 2018-ci ildən Sumqayıt-Yalama dəmir yolu xəttinin yenilənməsinə dəstək verir. İşlər yüklərin və sərnişinlərin sürətli və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə 166,5 km ikixətli dəmir yolu xəttinin yenilənməsini nəzərdə tutur. Bu layihənin maliyyələşməsinə AFD 175 milyon dollar ayırıb. Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında 11 mart 2019-cu il tarixdə bu məqsədlə kredit sazişi imzalanıb və o, 06 iyun 2019-cu il tarixdə qüvvəyə minib.

Makron vətəndaşlara ÇAĞIRIŞ ETDİ

ADY milli dəmir yolu şirkətinin maliyyə restrukturizasiyası. AFD şirkətin institusional və əməliyyat islahatlarını dəstəkləyir. Məqsəd: ADY-ni dəmir yolu hərəkəti üçün aydın tənzimləyici çərçivə daxilində səmərəli və iqtisadi cəhətdən səmərəli şirkətə çevirmək.

Fransa səfirliyi və Fransanın “Alstom” şirkətinin dəstəyi ilə Bakı Texniki Universitetində Dəmiryol Tədris Mərkəzi də yaradılıb. Bu ilin iyununda mərkəzin ilk buraxılışı ilə bağlı mərasim keçirilib və Fransa səfiri xanım Anne Boillon mərasimdə iştirak edib.

ADY “Alstom”la əməkdaşlığı indi də davam etdirir. 2019-cu ildə Bakıda “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom” şirkəti arasında lokomotivlər parkına dair texniki dəstəyin göstərilməsi üzrə müqavilə imzalanıb.

qaynarinfo.az

Asif Nərimanlı

Göründüyü kimi, Fransanın Azərbaycan dəmir yollarına marağı böyükdür. Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Fransanın Azərbaycana təzyiq cəhdinin  çox səbəbi var: “Burada Fransadakı erməni diasporu/lobbisinin maraqlarının olduğu sirr deyil, eyni zamanda 44 günlük müharibədən sonra Cənubi Qafqazdan uzaq düşən Fransa Ermənistan üzərindən bölgədəki təsir imkanlarını gücləndirmək niyyətindədir. Hərçənd bütün bunlar Fransanın hədəfinə çatmaq istiqamətindəki vasitələridir. Dünyanın güc mərkəzlərindən birinə çevrilmək istəyən Fransa Avropa İttifaqında əsas söz sahibi olmağa çalışır, xüsusilə çoxqütblü dünyanın yaranması perspektivi fonunda əsas hədəfi bu qütblərdən biri olmaqdır. Fransa və Almaniya Çinlə əməkdaşlıq müstəvisində Aİ-ni gücləndirmək, ABŞ/NATO çətiri altından çıxarmağa çalışsalar da, Ukrayna müharibəsi bu yolda ciddi maneələrdən biri oldu. Lakin hədəf dəyişməyib, bu prosesdə Fransaya Avrasiyanın nəqliyyat şəbəkələrində təsir imkanlarına nail olmaq lazımdır. Cənubi Qafqaz Avrasiyanın nəqliyat şəbəkəsində yeni əsas hablardan, xüsusilə aktual olan Orta dəhlizin keçid məntəqələrindən biridir. Fransanın Azərbaycan dəmir yollarını ələ keçirmək planı da Orta dəhlizin əsas habına nəzarət etmək planından qaynaqlana bilər. 44 günlük müharibədən sonra Fransanın bu hab üzərindən təsir imkanları xeyli zəiflədi, eləcə də perspektivdə buna nail ola biləcəyi gözləntisi də az görünür. Fransanın Azərbaycana təzyiq göstərmək cəhdləri də bölgə üzərindəki maraqlarından, perspektivi öz xeyrinə dəyişdirmək istəklərindən qaynaqlanır”.(musavat.com)

Dünya SAKİT


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam