Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Rusiyada inqilab təhlükəsi:Mənə “Putinin qəssabı” deyin… - ŞOK AÇIQLAMA

Rusiyanın "Vaqner" muzdlu qruplaşmasının sahibi Yevgeni Priqojin Ukraynanın Baxmut şəhərinin tamamilə ələ keçirildiyini və əməliyyatın başa çatdığını bildirib. 

Yenixeber.org:Bu barədə o, siyasi strateq Konstantin Dolqova müsahibəsində danışıb. 

O deyib ki, indi "Vaqner" müəyyən idarəetmə işlərini formatlaşdırmaq və dəyişmək, yenidən silahlanmaq məcburiyyətindədir: "Heç bir bölmə, ümumiyyətlə, bir və ya iki aydan çox döyüşmür. 427 gün Papa Karlo kimi işlədik, çünki lazım idi". 

Priqojinin sözlərinə görə, qruplaşma iyunun 1-nə kimi Baxmutdan çıxacaq və mövqeləri Rusiya Müdafiə Nazirliyinə verəcək. O, həmçinin bildirib ki, Rusiya Müdafiə Nazirliyi buna hazır olmalıdır: 

"Əgər "Vaqner" Rusiya ordusunun qəbul etməyə hazır olmadığına görə mövqeləri təhvil verə bilmirsə, deməli, "Vaqner" rus ordusundan üstün olub. Bu, dövlətçilik baxımından düzgün deyil". 

"Vaqner"in sahibi müsahibə zamanı Rusiya hakimiyyətində təmsil olunan bəzi məmurları tənqid edib. O, Lavrov və Şoyqunun qızlarının özbaşınalıqlarından danışıb. Priqojin, eyni zamanda xəbərdarlıq edib ki, rus elitası müharibə ilə ciddi məşğul olmasa, Rusiyada inqilab olacaq. 

"Bu, 1917-ci ildə olduğu kimi, inqilabla başa çata bilər. Əvvəlcə əsgərlər ayağa qalxacaq, ondan sonra isə onların yaxınları ayağa qalxacaq", - o deyib. 

Priqojin vurğulayıb ki, Qərbin müharibədən yorulacağı və Çinin sülh sazişinə vasitəçilik edəcəyi ilə bağlı optimist fikir var, lakin o, bunlara inanmır. Onun sözlərinə görə, Ukrayna rus qoşunlarını öz sərhədlərinə sıxışdırmaq məqsədi daşıyan əks-hücum əməliyyatı hazırlayır: "Çox güman ki, bu ssenari Rusiya üçün yaxşı olmayacaq, ona görə də biz çətin müharibəyə hazırlaşmalıyıq". 

"Biz elə vəziyyətdəyik ki, Rusiyanı itirə bilərik - əsas problem budur... Biz hərbi vəziyyət tətbiq etməliyik", - "Vaqner"in rəhbəri bildirib. 

Priqojin ona “Putinin aşpazı” deyilməsini axmaqlıq adlandırıb. Çünki o yemək bişirməyi bacarmır və heç vaxt aşpaz olmayıb. O, “Putinin qəssabı”nın daha uyğun ləqəb ola biləcəyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam