Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

444 günlük girovluq, 40 illik düşmənçilik, 4,4 milyonluq kompensasiya…-Tehrandakı ABŞ səfirliyinə hücumdan 40 il keçir (FOTOLAR)

40 il əvvəl – 1979-cu il noyabrın 4-də Ayətullah Xomeyninin davamçıları ABŞ-ın Tehrandakı səfirliyinə girib orada işləyən Amerika vətəndaşlarını girov götürdülər. Bu günə qədər bölgədəki münasibətləri və siyasəti müəyyənləşdirən ABŞ-İran böhranı məhz həmin vaxtdan başladı.

Yenixeber.org: İrandakı İslam İnqilabının qızğın vaxtında kütlə tərəfindən dəstəklənən tələbələr Amerika səfirliyinin binasını ələ keçirmişdilər. Tələbələr bəyan etmişdilər ki, bütün bunları ABŞ-ın İranın keçmiş rəhbəri şah Məhəmməd Rza Pəhləvinin Amerikaya girişinə icazə verməsinə etiraz olaraq edirlər. Giriş icazəsi humanitar səbəblərdən verilmişdi – şahın xərçəngdən müalicə olunmağa ehtiyacı vardı.

Xomeyni rejimi girovları şahla dəyişdirməyi təklif edəndən sonra Pəhləvi Misirə köçdü və orada xəstəlikdən öldü.

Girov böhranı 444 gün davam etdi. 52 amerikalı yalnız 1981-ci ildə sərbəst buraxıldı. İranla qarşıdurma prezident Cimmi Karterin Amerikanın daxili siyasətindəki mövqeyini ciddi şəkildə sarsıtdı və Yaxın Şərqdəki qüvvələr nisbətini müəyyənləşdirdi. İki ölkə bu böhrandan sonra münasibətləri heç cür bərpa edə bilmədi.

Üç min nəfərlik kütlənin dəstəklədiyi bir neçə yüz iranlı tələbə ABŞ-ın Tehrandakı səfirliyinin ətrafındakı hasarın üstünə çıxdı. Bu, 4 noyabr 1979-cu il tarixində səhər 10:30 radələrində baş vermişdi. İçəridəki onlarla Amerika vətəndaşının gözlərini bağlayıb, əllərini qandalladılar.

Buna qədər səfirliyə artıq hücum olumuşdu. Elə həmin ilin 14 fevralında etirazçılar da diplomatik kompleksə girib bir nəfəri girov götürdülər. Lakin o zaman asayiş bir neçə saat ərzində bərpa edildi.

Şah Məhəmməd Rza Pəhləvi 16 yanvar 1979-cu ildə ölkəni tərk etdi. Əvvəlcə xanımı ilə birlikdə Misirə yollandı. Fotoda şah və xanımı Fərəh Pəhləvini Misir prezidenti Ənvər Sadat (sağdan ikinci) qarşılayır.

Tehrandakı tələbələr ABŞ prezidenti Cimmi Karterə şaha Nyu-Yorka gəlməyə (xərçəngdən müalicə olunmaq üçün) icazə verdiyi üçün qəzəblənmişdilər.

Şah ölkədən inqilabın qızğın vaxtında qaçmışdı. Bundan əvvəl ona sadiq qalan qvardiya İranın müxtəlif şəhərlərində hökumət əleyhinə etiraz aksiyalarını vəhşicəsinə yatırmışdı.

9 Noyabr 1979-cu il. Etirazçılar Tehrandakı ABŞ səfirliyinin divarında Amerika bayrağını yandırırlar.

Şah ölkəni tərk etdikdən bir neçə həftə sonra Ayətullah Xomeyni Parisdəki 14 illik sürgündən sonra İrana qayıtdı. 1979-cu ilin martındakı referendum zamanı iranlıların böyük əksəriyyəti monarxiyanın ləğvinə və İslam dövlətinə keçməyə tərəfdar oldular.

Girov böhranı həll edilmədiyindən ABŞ-da insanlar ümidsiz və qəzəbli idilər. 9 noyabr 1979-cu ildə Vaşinqtonda İran əleyhinə ilk nümayiş keçirildi.

İranlılar hər vəhclə nümayiş etdirməyə çalışırdılar ki, amerikalı girovlar rahat şəraitdədirlər.

Bir səfirlik işçisinin və dəniz piyadaçısının bu fotoşəkili 9 noyabr 1979-cu ildə keçirilən mətbuat konfransında təqdim edildi.

Lakin girovların yanına kənardan heç kim buraxılmırdı. Əslində girovları döyürdülər və onlara qarşı psixoloji təzyiq göstərirdilər. Onlardan iki nəfəri intihara cəhd etmişdi.

10 noyabr 1979-cu il. Tələbə səfirliyin keşiyini çəkir. Ətrafda toplaşan izdiham isə anti-Amerika şüarları səsləndirir.

Amerika vətəndaşlarını girov götürən tələbələr onları bir neçə saat saxlamaq istədiklərini etiraf etmişdilər. Lakin Ayətullah Xomeyni onların hərəkətlərini dəstəklədikdə bütün planlar dəyişdi.

Amerika səfirliyindən 19 noyabr 1979-cu ildə sərbəst buraxılan 3 girov maşınla hava limanına gedir. Soldan sağa: Pensilvaniyadan olan 22 yaşlı Keti Qross, Arkanzasdan olan 23 yaşlı dəniz piyada qoşununun çavuşu Leydell Meypls, Vaşinqtondan olan 23 yaşlı dəniz piyada qoşununun çavuşu Vilyam Kuarles.

21 noyabr 1979-cu ildə daha 13 girov azad edildi. Sərbəst buraxıldıqdan sonra onları Qərbi Almaniyada (Visbadendə) ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bazaya gətirdilər.

Bazada onlar jurnalistlər qarşısında çıxış etdilər. Lloyd Rollins kürsüdə dayanaraq onları girov saxlayanların bəyanatını oxudu. Bəyanatda deyilirdi ki, şah hakimiyyətdə olduğu dövrdə çox vəhşiliklərə imza atıb və Amerika mətbuatı ictimaiyyəti baş verənlər barədə yaxşı məlumatlandırmayıb.

Bu bəyanatdan sonra girovluqdan buraxılan səfirlik işçiləri jurnalistlərdən xahiş etdilər ki, onları başa düşsünlər və Tehranda qalan Amerika vətəndaşlarının maraqlarına uyğun hərəkət etdiklərini anlasınlar.

Beynəlxalq Qırmızı Xaçın girovların vəziyyətini yoxlamaq cəhdləri uğursuzluqla nəticələndi.

24 noyabr 1979-cu ildə nümayəndə heyətinin üzvlərindən birinə – Andre Şiffelə (ortada) girov götürən tələbələrlə iki saat söhbət etmək imkanı yaradıldı. Lakin o, girovların özləri ilə danışa bilmədi. BMT nümayəndəsinə belə, amerikalılarla görüşə icazə vermədilər.

29 noyabr 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyində müqəddəs Tasua günü şərəfinə kütləvi mitinq keçirildi.

Təxribat və hücumların qarşısını almaq üçün səlahiyyətlilər divarların yaxınlığında əlavə metal maneələr qurmuşdular.

Bəzi amerikalılar iranlı tələbələrin tələbinə rəğbətlə yanaşdılar. Kaliforniyadan olan Kerol Dauner (solda) və Florida ştatından olan Rebeka Çalker (sağda) səfirliyin qarşısında “Şaha ölüm” yazılan plakatın önündə durublar.

15 dekabr 1979-cu il. Şahın Nyu Yorkdan Panamaya getdiyi məlum olub. Bundan sonra iranlılar girovları saxlayan tələbələrlə həmrəylik nümayiş etdirdilər.

1979-cu il, yeni il ərəfəsi girovların görüntüsü. Onlara ABŞ-dan təbrik mesajlı yüzlərlə açıqca göndərilmişdi.

İranlı mühafizəçilər onların hamısının girovlara təhvil veriləcəyinə söz versə də, bunu heç vaxt etmədilər.

Girovluqda keçən ikinci Milad bayramından sonra girovlara ailələrinə xəbər göndərməyə icazə verildi. Onların açıqlamaları 27 dekabr 1980-ci ildə Amerika televiziyasında nümayiş olundu. Saat istiqamətində: Bruklindən Barri Rozen, Vernondan Uert Mur, Hyustondan Uilyam Royer, Virciniyadan Con Reston.

25 aprel 1980-ci il. ABŞ prezidenti Cimmi Karter televiziyada girovların azad edilməsi üçün əməliyyat keçirmək qərarının faciə ilə nəticələndiyini elan etməyə hazırlaşır.

Hökumət “Qartal pəncəsi” əməliyyatını məhdudlaşdırlmalı olmuşdu. Səkkiz ABŞ əsgəri həyatını itirmişdi.

26 aprel 1980-ci il. İran qoşunları Tehrandan 500 kilometr məsafədə yerləşən Deşte-Kevir səhrasında Amerikanın C-130 Hercules təyyarəsinin qalıqlarını yoxlayır.

Girovların azad edilməsi əməliyyatı zamanı RH-53 helikopteri yük təyyarəsi ilə toqquşub. Əməliyyat zamanı texnikada problemlər yaranır. Üstəlik, səhrada qum fırtınası başlayır, göz-gözü görmür. Komandanlıq Karterə əməliyyatı ləğv etməyi tövsiyə edir, o da razılaşır. Toqquşma onun əmrindən sonra baş verir.

1980-ci ildə Karter seçkini uduzur. Məğlubiyyətini girovları azad etmək üçün keçirilən əməliyyatın uğursuzluğa düçar olması ilə izah edir.

20 yanvar 1981-ci ildə Əlcəzairin vasitəçiliyi ilə aparılan uzun danışıqlar nəticəsində amerikalı girovlar sərbəst buraxıldı və Visbadendəki bazaya gətirildi. Girovlar Ronald Reyqan ABŞ prezidenti kimi and içdikdən bir neçə dəqiqə sonra sərbəst buraxıldı.

Keçmiş girov – Merilənddən olan Alan Qolaçinskiy 30 yanvar 1981-ci ildə girovların geri qaytarılması şərəfinə Manhettendə keçirilən parad zamanı.

Razılaşma İranın xaricdəki donmuş hesablarının (təqribən 8 milyard dollar) açılmasını nəzərdə tuturdu. Girovlar İranı məhkəməyə verə bilmədilər. Amma 2015-ci ildə onların hər biri ABŞ hökumətindən 4,4 milyon dollar aldı. Kompensasiya Fransanın “BNP Paribas” bankının İrana qarşı iqtisadi sanksiyaları pozduğuna görə ödədiyi 8.9 milyard dollarlıq cərimədən götürülərək ödənmişdi…

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam