Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Türkiyə “S-400”- lərin ikinci partiyasının alınmasını ləngidir –Səbəb açıqlandı

Yenixeber.org:  Türkiyədə nəşr olunan “Aydınlıq” qəzetinə istinadla xəbər verir ki, Ankara kompleksin üçüncü ölkələrə satılmasını qadağan edən müddəa ilə razılaşmır.

“Türkiyə Rusiyadan “S-400” Zenit-Raket Kompleksinin ilk partiyasını alıb, lakin real imtiyazlar əldə edəcəyi ikinci mərhələ hələ başlamayıb. 2017-ci ildə imzalanmış müqavilədə iki partiya kompleksin Türkiyəyə satılması nəzərdə tutulub.

Müqaviləyə əsasən, birinci partiya birbaşa satınalma, ikinci partiya isə texnologiya mübadiləsi, birgə istehsal və proqram təminatının inteqrasiyası kimi tələblərə cavab verməli idi” – deyə,Türkiyə mediası yazır.

Məqalədə deyilir ki, Rusiya nəinki məlumat mübadiləsinə dair saziş imzalayıb, həm də bu kontekstdə Türkiyəyə bir sıra müsbət mesajlar verib. Bununla belə müqavilənin ikinci mərhələyə keçməsi hələlik təxirə salınıb və sənəd hazırda Milli Müdafiə naziri Hulusi Akarın masasının üzərindədir.

Qeyd olunur ki, Ankara müqavilənin bir bəndinə - üçüncü ölkələrə satış qadağasına etiraz edir.

Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə “S-400” Zenit-Raket Kompleksinin alınması ilə bağlı 2,5 milyard dollar dəyərində ilk müqavilə imzalayıb. Birinci partiyanın Ankaraya təhvili 2019-cu ilin yay-payız aylarında həyata keçirilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam