Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Hindistan Ermənistana hansı silahları satır? –Ötən il erməni məmur onları sınaqdan keçirib

Yenixeber.org: Nəşrin məlumatına görə, ötən il Hindistana gedən Ermənistan nümayəndə heyəti silahı almazdan əvvəl onları sınaqdan keçirib. Lakin rəsmi erməni mənbələri bu barədə məlumat verməkdən imtina edib.

Hindistan Müdafiə Araşdırmaları Mərkəzinin yaydığı məlumata görə, bundan 40 gün sonar “MARG 155/39” özüyeriyən haubitsalar Ermənistan rəsmilərinin iştirakı ilə yenidən sınaqdan keçirilib və müdafiə sərgisində satış müqaviləsi bağlanıb.

Ötən ilin payızında Ermənistanın müdafiə naziri Hindistan silahları DEFEXPO sərgisində iştirak edib. Səfər çərçivəsində Suren Papikyan Hindistanın müdafiə naziri ilə görüşüb. O zaman Hindistan tərəfi, faktiki olaraq, Ermənistanın yaxın iki il ərzində Dehlidən İrəvana daşınmalı olan “Pinaka” adlı üç model reaktiv yaylım atəşi sistemləri sifariş etdiyini rəsmən təsdiqləmişdi.

Hindistan mətbuatı öz mənbələrinə istinadən iddia edib ki, hərbi-texniki əməkdaşlığı yeni silahların əldə edilməsi ilə genişləndirmək olar.

Bu ilin əvvəlində Hindistan mətbuatında Ermənistan tərəfinin Hindistan istehsalı olan MR-SAM orta mənzilli hava hücumundan müdafiə sistemlərini əldə etmək imkanını nəzərdən keçirdiyi barədə məlumatlar yayılıb. Nəşrin məlumatına görə, Ermənistan ordusunda xidmətdə olan Rusiya istehsalı olan “S-125 Peçora” hava hücumundan müdafiə sistemləri onlarla əvəz edilməlidir. Ermənistan tərəfi bu xəbərləri nə təkzib edir, nə də təsdiqləyir.

Ermənistan Müdafiə Nazirliyi hələlik hind haubitsalarının alınması ilə bağlı yerli mətbuatda dərc olunan məlumatı şərh etməyib.

Hindistan Müdafiə Araşdırma Mərkəzinin məlumatına görə, özüyeriyən haubitsa 8 ay ərzində hazırlanıb və Hindistan ordusu tərəfindən sınaqdan keçirilib. Haubitsa intensiv atəş altında 3 dəqiqə ərzində 10, sabit sürətlə 60 dəqiqə ərzində 42 atəş ata bilir. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam