Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İran nüvə silahının bir addımlığında:Tezliklə gec ola bilər...

İran nüvə silahının bir addımlığında:  Tezliklə gec ola bilər... 
Molla rejiminin laxladığı bir vaxtda Qərb ekspertləri xəbərdarlıq edirlər ki, İranın nüvə silahı əldə etməsi vaxt məsələsidir. Britaniyanın “Express” saytının etibarlı mənbələrinə istinadən yazdığına görə, İranın uran ehtiyatlarını 90%-dək saflaşdırmasına həftələr qalıb. Bu səviyyə ballistik raketlər üçün nüvə başlığı hazırlamağa bəs edir.
Yenixeber.org: Nüvə başlığının effektiv daşınma sisteminin yaradılması üçün daha 18 ay lazım olsa da, 90 faizlik hədd və bunun yaratdığı xof Qərbi, həmçinin regional oyunçuları İrana qarşı daha sərt tədbirlər görməyə məcbur edəcək. İranın nüvə ehtiyatlarını zərərsizləşdirmək üçün son çarə olaraq hərbi əməliyyatlar nəzərdə tutulub. İsrail Səudiyyə Ərəbistanından dəstək alacağına ümid etsə də, bunu təkbaşına həyata keçirməyə hazır olduğunu bəyan etdi.


İranın Qum yaxınlığındakı Fordo Nüvə Zavodunda saflaşdırılmış materialı 60 metr dərinlikdə saxlaya biləcəyi ilə bağlı məlumatlar əldə edilib. Hesab edilir ki, İsrailin İrana son hava zərbələri məhz bununla bağlıdır.
Bu vaxta qədər İran 75 kq. uranı 60 faiz saflaşdırıb. Bu, nüvə bombası yaratmaq üçün kifayət etsə də, döyüş başlığı daşınması mümkün olmayacaq qədər ağır olacaq.
Nüvə eksperti Bəhram Qiyasinin sözlərinə görə, texniki olaraq, uranı 90 faiz zənginləşdirmək üçün İrana bir neçə həftə bəs edər: “İran MAQATE-yə (Beynəlxalq Atom Enerjisi Agentliyi) məhdud nəzarət imkanı versə də, nüvə bombası düzəltməsi vaxt məsələsidir. İranda etirazlar görünməmiş həddə çatıb. Rialın dollara nisbəti də ən aşağı səviyyədədir. Tehran inanır ki, nüvə silahı istehsal edəcəyi təqdirdə mövqeyini möhkəmləndirəcək və ölkədə rejim dəyişməz qalacaq, bundan sonra hakimiyyəti devirmək mümkün olmayacaq”.
Rusiya və Çinlə əlaqələr rejimə zəifliklərini aradan qaldırmağa imkan yaradır. Odur ki, itirilən hər saat Qərbin və İsrail kimi regional oyunçuların əleyhinə işləyir. "Özünün neftlə bağlı təklifləri ilə Çin rejim əleyhinə sanksiyaları yumşaltmağa şərait yaratmaqla başağrısına səbəb olsa da, Tehranın Rusiya ilə əməkdaşlıq daha çox narahatlıq doğurur”, - deyə Britaniya saytı İsraildəki mənbəyə istinadən yazır.
Xatırladaq ki, bir müddət əvvəl İsrailin müdafiə naziri Benni Qantz İrana qarşı effektiv hərbi hücumlar başlatmaq üçün daha iki ilə ehtiyac ola biləcəyini bəyan etmişdi. “İki və ya üç ildən sonra siz təyyarələrinizi şərqə doğru yönəldib, İranın nüvə obyektlərinə hücumda iştirak edə bilərsiniz",- deyə Benni Qantz Hərbi Hava Qüvvələrinin məzunlarına demişdi.
İranlı analitik Ketrin Perez-Şakdam isə ölkədə molla rejiminin tezliklə devriləcəyinə əmindir: “Rejimin sağ qalması şübhə altındadır və Tehran bunu bilir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam