Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıdakı müharibə müşavirəsi İrəvanı qorxuya salıb

 

 

        "xeberinfo.com":  Azərbaycanda hərbi səfərbərlik məsələsi də gündəmdədir, düşməni canlı və hərbi qüvvə baxımından üstələsək də, ekspertlər bir neçə mühüm amili ciddiyə almağın tərəfdarıdır...

      Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. Əksər müşahidələr vəziyyətin hər an nəzarətdən çıxa biləcəyini, müharibənin alovlanaraq geniş miqyas alacağını deməyə əsas verir. Azərbaycanın baş naziri Artur Rasizadənin son illərin təcrübəsində ilk dəfə Müdafiə Nazirliyinə gedərək ordunun döyüş hazırlığı ilə bağlı müşavirəyə rəhbərlik etməsi də durumun kritik olmasından irəli gələn addım kimi qiymətləndirilir. 

      Görüşün detalları açıqlanmasa da, məlumdur ki, bu, cəbhədəki gərgin vəziyyətdən qaynaqlanır. Görüşə Ermənistan mətbuatı da ciddi yer ayırıb. Erməni tərəfdə də bir həyəcan, gərginlik var ki, hər halda, ölkənin baş naziri müdafiə naziri və hərbçilər görüşübsə, bu, sıradan görüş ola bilməz. Bu, ciddi mətləblərdən xəbər verir. 
    Yada salaq ki, bir neçə gün əvvəl Prezident Administrasiyası (PA) rəhbərinin müavini Novruz Məmmədov durumu şərh edərkən müharibəni istisna etməmişdi. Milli Məclisin vitse-spikeri Bahar Muradova da “Yeni Müsavat”da eyni məzmunlu açıqlama ilə çıxış edib. Dünən PA-dan vəziyyətlə bağlı növbəti reaksiya gəlib. 
“Ermənistan hakimiyyəti cəbhə xəttində gərginlik yaratmaqla əhalinin diqqətini daxildəki gərgin vəziyyətdən, çətin sosial-iqtisadi durumdan yayındırmaq istəyir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Ermənistanın daxilindəki fəlakətli sosial-iqtisadi vəziyyət ölkə iqtidarının yürütdüyü siyasətlə birbaşa bağlıdır və bunu cəbhə bölgəsində gərginlik yaratmaqla ört-basdır etmək mümkünsüzdür: “Digər tərəfdən, artıq əvvəllər olduğu kimi beynəlxalq təşkilatlar qarşısında işğal faktını ört-basdır etmək mümkün deyil”.
    “Azərbaycan Ordusu bir neçə gün ərzində Ermənistanı yerində oturtmaq, hətta İrəvana qədər irəliləmək iqtidarındadır”. Bunu isə aznews.az-a açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.
    Vəziyyətin gərgin olduğu günlərdə ölkədə səfərbərliyə hazırlıqların getdiyi barədə xəbərlər yayılmaqdadır. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, deputat Zahid Oruc modern.az-a deyib ki, “Səfərbərlik haqqında” Qanuna əsasən, səfərbərlik ölkə miqyasında aparıla bilər. Lakin o, Milli Məclisdə bu yöndə hələlik hansısa hazırlıqların görülmədiyini deyib: “Çünki Azərbaycan Silahlı Qüvvələrinin sayı kifayət qədərdir”.
      Hərbi ekspert Azad İsazadə də vəziyyətin kritik olduğu qənaətindədir: “Sözsüz ki, hər bir an müharibə başlaya, hər bir atəşkəs pozuntusu döyüşlərin bərpa olunmasına gətirib çıxara bilər. Amma fikrimcə, bu dəfə də vəziyyəti nəzarət altına almaq mümkün olacaq. Çünki nə Azərbaycan, nə də Ermənistan döyüşlərin bərpasında o qədər də maraqlı deyil. Qərbin başı Ukraynadakı hadisələrə qarışıb və sözsüz ki, indiki şəraitdə təxribat törədə bilən yeganə qüvvə Rusiyadır”. Ekspert Qarabağ cəbhəsində baş verənlərin səbəbləri ilə bağlı ciddi bir versiyanı irəli sürdü: “Rusiyanın bu regionda imkanları, ilk növbədə silahlı qüvvələrin tərkibi baxımından daha genişdir. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi bəlkə də Qərbə bir mesajdır ki, Ukrayna və Suriya məsələsində bizimlə razılaşmasanız, üçüncü bir ocaq yaradacağıq. Çünki Ukraynada doğrudan da vəziyyət getdikcə Rusiyanın təsiri altından çıxır. Həmçinin Suriyada vəziyyət Rusiyanın istəyinə uyğun deyil. Qərb sözsüz ki, narahatdır və imkan daxilində qarşıdurmanı növbəti dəfə dayandırmağa çalışacaq”. 
      Hərbi ekspert istənilən halda, Azərbaycan daxilində Qarabağ naminə həlli vacib olan məsələləri reallaşdırmağı zəruri sayır: “İlk növbədə cəbhə boyu rayonlarda əhali ilə işləmək, situasiyanı sakinlərə izah etmək, onları sakitləşdirmək lazımıdır. Çünki birinci Qarabağ müharibəsinin təcrübəsi göstərdi ki, mülki əhali evlərini tərk edən kimi ordu hissələri də mövqelərindən çıxmağa başlayır. Bu mənada pis olmaz ki, cəbhə boyu rayonlarda vaxtilə əsgərlikdə olmuş, hərbidə qulluq etmiş gənc kişilər çağırış məntəqələrinə çağırılsın, onlara müəyyən müddət təzədən təlim keçilsin. Yəni birdən müharibə başlasa, o halda ikinci-üçüncü eşelon üçün qüvvə yığılsın. ”Şər deməsən xeyir olmaz". O cümlədən texniki ehtiyaclar, ərzaq, tibbi ləvazimat və sair məsələlər həllini tapmalıdır. Cəbhə bölgəsinə yaxın olan yaşayış məntəqələrini əlavə tikinti materialları ilə təmin etmək, bütün infrastrukturu möhkəmləndirmək lazımıdır ki, arxa cəbhə də möhkəm olsun. Həmçinin ehtiyat hospitallar, çevik və stasionar hospitallar yaradılmalı, təxribatlarla iş aparmaq, antiterror əməliyyatları keçirməyə hazır olmaq gərəkdir".
     Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Aqil Abbas son hadisələri ermənilərin böyük təxribatçı hərəkətləri kimi qiymətləndirir: “Bundan sonra hansı qərarların verilməsini generalitet müəyyənləşdirə bilər. Erməni öz xoşu ilə o yerlərdən gedəsi deyil. Quran oxumaqla donuzun darıdan çıxdığını görən olmayıb. Mən həmişə savaşın tərəfində olmuşam. Amma onun vaxtı var, savaşa dövlət, Ali Baş Komandan qərar verir”. Deputat Qarabağ uğrunda əməliyyatların müharibə adlandırılmasını da düzgün saymır: “Müharibə iki ölkənin arasında gedir. Bir ölkənin torpağı işğal olunubsa və orda separat bir qurum yaradılıbsa, bu halda terrorçuluğa qarşı mübarizə başladılmalıdır. Əslində bu, bizim Daxili Qoşunların işidir. Amma burada başqa güclər olduğuna görə təbii ki, həmin əməliyyatlarda iştirak etmək Müdafiə Nazirliyinin də borcudur. Buna müharibə deyəndə dünya da məsələyə qarışır”. 
Bu arada Azərbaycan və Ermənistan ordularının gücü, imkanları, sahib olduğu texnika ilə bağlı statistik məlumatlar yayılıb. Azərbaycanın 2003-cü ildə 135 milyon ABŞ dolları olan hərbi büdcəsi hazırda 3 milyard 800 milyon dollar civarındadır (Ermənistan   2013-cü il dövlət büdcəsinin bütövlükdə gəliri 2,9 mlrd. dollardır, hərbi xərclər isə 495,3 mln. ABŞ dollara  çatdırıb). Azərbaycanın 126.400 nəfərlik canlı qüvvəsi - əsgəri var. Ehtiyat əsgərlərin sayı 550 mindir. Ermənistanda bu rəqəmlər müvafiq olaraq 60 min və 320 mindir (axar.az). Məlumatlara görə, işğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı çağırışçılarla yanaşı, 3.200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 300 ABŞ dolları məvacib verilir. 
      Texnikanın müqayisəsinə gəldikdə, Azərbaycanın 24 ədəd Mi-35M döyüş helikopterləri, 70 ədəd Mi-24: hücum helikopteri,   T-129 ATAK: 60 - ədəd hücum helikopterləri (Türkiyə istehsalı),   həmçinin Mi-2: 10 - ədəd   Mi-6: 15 - ədəd   Mi-8: 18 ədəd   Mi-17-1V: 72 ədəd   Mi-17-1Ş: 14 ədəd   Mi-172: 1 - ədəd   Ka-32: 12 - ədəd   Eurocopter Super Puma: 2 - ədəd   AW-139: 8 - ədəd (İtaliya ilə bağlanılan müqaviləyə əsasən, 2 ədədi təhvil alınıb, 6-sı isə gətiriləcək) tipli helikopteri var. Ermənistan 15 ədəd (Su-25: hücum təyyarəsi), 6 ədəd (səhih deyil) Su-27: 4 ədəd   MiQ-25PD: 1 ədəd   İl-76 - 2 ədəd (yük təyyarəsi) Mi-24 helikopteri - 12 ədəd MiQ-29: 18 ədəd (Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyaya məxsus təyyarələrdir). Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan əlavə 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Azərbaycandan fərqli olaraq, Ermənistan ordusunda pilotsuz uçan qırıcılar yoxdur, bundan başqa, Ermənistanın hərbi sənayesi yerli silah və texnika istehsalı baxımından çox aşağı səviyyədədir. 
    Əksər sahələrdə Azərbaycandan geri qalan düşmənin savaş halında məğlub olacağını artıq erməni ekspertlər də təsdiqləyir. İşğalçı ölkənin Rusiyanın canlı qüvvə və silah-sursatına ümid etdiyi şübhəsizdir. Bu mənada ekspertlər hesab edir ki, Azərbaycan bu sahədə də üstünlük əldə etmək üçün dərhal müttəfiq ölkələr, xüsusilə də Türkiyə ilə yüksək səviyyədə hərbi əməkdaşlıq müqaviləsi imzalamalıdır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam