Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cəbhədə artan gərginlik və müharibə hazırlıqları-EKSPERT ŞƏRHİ

 

Müdafiə Nazirliyi və ekspertlər Azərbaycan-Ermənistan cəbhəsində baş verənləri şərh etdilər

 

 
"Xeberinfo.com":   Cəbhə xəttində gərginlik davam edir. Son günlər atışmaların intensivləşməsi, düşmənin itkilərinin artması, eyni zamanda Ermənistana məxsus iki pilotsuz uçuş aparatlarının məhv edilməsi Avropa Oyunları sonrası müharibə ehtimalını yenidən ciddi şəkildə gündəmə gətirib. 
 
Bir müddət öncə “Yeni Müsavat” Azərbaycan ordusunun “ildırımsürətli əməliyyatlara” başlayacağı barədə məlumatlar yaymışdı. Məlumatlı mənbə iddia edirdi ki, Rusiya da Ermənistandakı anti-rus ovqatını səngitməkdən və ermənilərə dərs verməkdən ötrü Azərbaycanın hərbi əməliyyatlarına bir neçə saatlıq da olsa, göz yummağı düşünür.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a dedi ki, düşmənin faktı təkzib etməsi anlaşılandır: “Amma pilotsuz uçan aparatların ikisi də vurulub. Ermənilər bu aparatlardan hərbi məqsədlər üçün istifadə edirlər. Bu ilin yanvar ayında da onların bir pilotsuz uçan aparatı vurulmuşdu. Bu dəfə isə daha iki aparat məhv edilib”. 
Dron, yaxud pilotsuz uçuş aparatı (ingil. drone - vızıltı, uğultu) - hərbi təyinatlı pilotsuz uçan aparat (PUA) hərbi robotun bir növüdür. Daha geniş mənada: hər hansı məqsədin yerinə yetirilməsi üçün proqramlaşdırılan mobil, muxtar aparatdır.
Məsələn, “Şahin” (Aerostar) - Pilotsuz Uçuş Aparatı 10 km hündürlüyə qədər yüksələ bilir və 12 saat fasiləsiz yüksək dəqiqliklə düşmən hədəflərinin videogörüntüsünü alaraq eyni anda ötürə bilir. Azərbaycan Silahlı Qüvvələri belə aparatlara malikdir və 2011-ci ildə keçirilən hərbi paradda nümayiş etdirilib. Müdafiə Sənayesi Nazirliyi isə öz müəssisələrində 2013-cü ildə 10 “Orbiter-2M” tipli pilotsuz uçuş aparatı istehsal edib. 
 
Yeri gəlmişkən, bu arada cəbhə bölgəsində müharibənin hər an başlana biləcəyi barədə ajiotajın hökm sürdüyü barədə xəbərlər gəlir. 
“Yeni Müsavat”a verilən xəbərlərdə deyilir ki, ayrı-ayrı cəbhəyanı bölgələrdə istinad divarlarının tikilməsi, atəş xəttinə yaxın sakinlərin daha təhlükəsiz evlərə köçməsi, cəbhəyanı rayonların avtomobil yollarının dövlət səviyyəsində təmirinə böyük miqdarda maliyyə vəsaitinin ayrılması, həmçinin Azərbaycanın ağır texnikanı Qarabağ bölgəsində yerləşdirməsi müharibə hazırlıqlarının getdiyini düşünməyə əsas yaradır.
Hərbi ekspert Üzeyir Cəfərov dedi ki, düşmənin havaya pilotsuz təyyarələri qaldırması son vaxtlar cəbhə bölgəsindəki vəziyyətlə bağlı ermənilərin narahatlığından irəli gələn addımdır: “Ermənistan tərəf Azərbaycan ərazisində hansı addımların atılması barədə məlumatları toplamaq istəyir. Əvvəllər də belə addımlar olub. Sadəcə, bu dəfə ”doza"sını çox ediblər və iki aparat qaldırıblar. Bizdə isə bu aparatları vaxtında aşkar edib sıradan çıxartmaq üçün ən müasir avadanlıqlar var, görünür, düşmən bunu unudub. Son vaxtlar Azərbaycanın müdafiə naziri və qərargah rəisinin ön cəbhədə olması, müxtəlif mesajlar erməniləri təşvişə salıb". 
Ü.Cəfərovun sözlərinə görə, Ermənistanın imkanları yeni aparatlar almaq üçün yetərli deyil: “Bu aparatların qiymətləri müxtəlifdir. Şübhəsiz ki, bunlar Rusiya istehsalı olan aparatlardır. Düşmən bir daha gördü ki, Azərbaycan müasir silah-sursata malikdir və hər zaman onun cavabını vermək iqtidarındadır”.   
Politoloq Arzu Nağıyev hesab edir ki, müharibə başlayacağı haqda deyilənlər şayiə xarakterlidir: “Lakin bununla yanaşı, cəbhə boyu rayonlarda müəyyən hazırlıqların aparılması da həqiqətdir. İstər istinad divarlarının tikintisi, atəş xəttində texnikanın sayının artması da vacib məsələdir. Çünki bu hər şeydən əvvəl münaqişənin ağrı-acısını öz üzərinə götürən yerli əhalinin təhlükəsizliyi, kənd təsərrüfatı, heyvandarlıq və digər xırda təsərrüfatla məşğul olmaq üçün bir qarantiyadır. Digər tərzdə yerli sakinlərin köçməsi və həmin ərazilərin boşalmasına gətirib çıxara bilər. Belə hadisələr də düşmənin lehinə olan proseslərdir. Məhz buna görə də belə hazırlıqların getməsi, ilk növbədə yerli əhalinin təhlükəsizliyinin qorunması üçün labüd və zəruridir. 
Bundan başqa, yeni alınmış texnikanın yerdəyişməsi, yenilənməsi prosesi də gedir. Düşünürəm ki, xırda, lokal münaqişələrlə müharibə anlayışında böyük fərq var. Müharibə başlamazdan əvvəl ölkə üzrə ümumi səfərbərlik elan olunmalı, bütün müəssisə və təşkilatlar öz iş rejimlərini müharibə şəraitinə uyğunlaşdırmalıdırlar. Bundan başqa, qarşıda ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü nəzərdə tutulur. Bir sözlə, hazırlıq daima gedir, son zamanlar bu proses daha da intensivləşib, ancaq bu, müharibənin başlanması demək deyil”.
Müharibə xəbərlərinə reaksiya verən Vaqif  Dərgahli  xüsusi ajiotaja ehtiyac olmadığını bildirdi: “Cəbhədəki durumla bağlı yayılan məlumatlar da ənənəvi məlumatlardır, başqa, qeyri-adi bir şey yoxdur. İstinad divarlarını isə Müdafiə Nazirliyi çəkmir, bu barədə yerli icra hakimiyyətləri məlumat verə bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam